22 Dekabr 2024, Bazar

İqtisadiyyatın real sektorunun inkişafı sahələrarası balansın tənzimlənməsi istiqamətində görülən işlərdən çox asılıdır. Sahənin fəaliyyətinin canlandırılması üçün kredit qoyuluşları həmişə öz əhəmiyyətini qorumaqdadır.
Muxtar respublika iqtisadiyyatının əsas sahələri olan sənaye, inşaat, nəqliyyat və rabitə ilə yanaşı, kənd təsərrüfatına da kredit qoyuluşlarının artımı bu sahənin əhəmiyyətindən xəbər verir. Muxtar respublikamızda ərzaq təhlükəsizliyi istiqamətində görülən işlər, kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsinə göstərilən dövlət qayğısı bu sahənin kreditləşdirilməsində də görünməkdədir. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən 2014-cü ilin ilk 7 ayının yekunları üzrə aldığımız məlumata əsasən, kənd təsərrüfatına verilmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarının 30,1 faizini əhatə etməklə, 9 milyon 879 min manata yaxın olmuşdur. Bu sahəyə ayrılan kredit məbləği isə, ümumən, digər sahələrlə müqayisədə ilk yeri tutmaqdadır. Ötən ilin müvafiq dövrünə baxdıqda kənd təsərrüfatına qoyulan kredit qoyuluşlarının həcmində 0,9 faiz müsbət artım görünməkdədir. Qeyd edək ki, kənd təsərrüfatı sahələri arasında kreditlə yüklənmə əmsalına görə ilk yeri 70,1 faizlə heyvandarlıq, ikinci yeri 25,7 faizlik göstərici ilə bitkiçilik, üçüncü yeri isə 3,5 faizlə arıçılıq tutur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR