22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən və 2008-ci ildən həyata keçirilən “Naxçıvan Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində işlər Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdində yaradılmış layihə idarəetmə qrupu tərəfindən uğurla davam etdirilməkdədir.
Komitədən aldığımız məlumata görə, 2014-cü ilin ötən dövrü ərzində “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində 116,13 kilometr daxili kanalizasiya şəbəkəsi, 181,6 kilometr daxili su şəbəkəsi çəkilib və 5390 ev birləşməsi aparılaraq sayğac quraşdırılıb.
Hazırda Araz çayı kənarında bioreoktor membrantipli çirkab sutəmizləyici qurğunun tikintisi həyata keçirilir.

Naxçıvan şəhərində adıçəkilən layihə çərçivəsində 15,24 kilometr şəhərdaxili kanalizasiya şəbəkəsi, 6 kilometr şəhərdaxili su şəbəkəsi çəkilib və 1440 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılıb. Hazırda çirkab sutəmizləyici qurğunun tikintisi həyata keçirilir.
Məlumatda o da bildirilir ki, muxtar respublikanın rayon mərkəzlərində və ətraf kənd yaşayış məntəqələrində də sözügedən layihə çərçivəsində bir çox işlər görülüb. Belə ki, Şərur rayonundakı Arpaçay Su Anbarında 72 metr yeni qalareya tikilib və 62 metr mövcud qalareya təmir olunub. Qalareyadan su anbarına qədər 1,48 kilometr magistral xətt çəkilib. Su anbarından Şərur şəhərinə qədər aparıcı boru xəttinin 3,97 kilometri inşa edilib, həmçinin su şəbəkəsindən müxtəlif diametrli borularla 25,87 kilometr su xətti çəkilib və 509 ədəd ev birləşməsi işi aparılıb.
Babək rayonunda da bu işlər sürətlə davam etdirilir. Bəhs olunan dövr ərzində su anbarından Babək qəsəbəsinə qədər aparıcı boru xəttinin 2,06 kilometri inşa edilib, müxtəlif diametrli borularla daxili kanalizasiya şəbəkəsinin 34,43 kilometri, daxili su şəbəkəsinin 41,53 kilometri çəkilib və 2567 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılıb.
Şahbuz rayonunda müxtəlif diametrli borularla daxili kanalizasiya şəbəkəsinin 1,86 kilometr, daxili su şəbəkəsinin 16,18 kilometr xətti çəkilib və 376 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılıb. Rayonda 30 metr kaptaj tikilib, bulaqlardan yığılan su əsas xəttə birləşdirilib. Su hovuzlarında izolyasiya işləri aparılır.
Culfa rayonunda isə müxtəlif diametrli borularla daxili kanalizasiya şəbəkəsinin 2,14 kilometrliyində və daxili su şəbəkəsinin 4,9 kilometr xəttində işlər yekunlaşdırılıb.
Layihə çərçivəsində Ordubad rayonunda müxtəlif diametrli borularla daxili kanalizasiya şəbəkəsinin 18,14, daxili su şəbəkəsinin isə 23,33 kilometr xətti çəkilib, 498 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılıb.
Kəngərli rayonunda müxtəlif diametrli borularla 5,09 kilometr daxili su şəbəkəsinin, 0,86 kilometr kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb.
Sədərək rayonunda su anbarından Heydər­abad qəsəbəsinə qədər aparıcı boru xəttindən 1,79 kilometri çəkilib, müxtəlif diametrli borularla 58,7 kilometr daxili su şəbəkəsinin, 43,46 kilometr kanalizasiya şəbəkəsinin tikintisi başa çatıb.
Bütün rayonların su hovuzlarında və sutəmizləyici qurğularında işlər davam etdirilir.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR