22 Dekabr 2024, Bazar

İqtisadi inkişafın əsas göstəricisi kimi 1 milyard 808 milyon 616 min 500 manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1,1 faiz çoxdur.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,7 faiz artaraq 4134,9 manata (5272,1 ABŞ dollarına) çatmışdır.

* * *

Muxtar respublikada yaradılan Ümumi Daxili Məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 743 milyon 886 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələmişdir.

 * * *

İnfrastruktur quruculuğu çərçivəsində əsas kapitala 772 milyon 211 min manat həcmində investisiya yönəldilmişdir ki, bunun da 678 milyon 610 min manatı və ya 87,9 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

Cari ilin yanvar-oktyabr ayları ərzində informasiya və rabitə xidmətlərinin həcmi 39 milyon 715 min manat olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 33 milyon 600 min manat olmaqla bir il öncəki göstəricini 0,9 faiz üstələmişdir.

* * *

Cari ilin yanvar-oktyabr ayları ərzində 296 milyon 201 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 6,1 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublikada 16,2 min ton ət (diri çəkidə), 72,8 min ton süd istehsal edilmiş, 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə ət istehsalı 1,9 faiz, süd istehsalı 0,4 faiz artmışdır.

* * *

Əhali gəlirlərinin artımı davam etməkdədir. Bu ilin yanvar-oktyabr aylarında muxtar respublikada əhalinin gəlirləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 1 milyard 363 milyon 282 min manat, onun hər bir nəfərə düşən həcmi isə 0,6 faiz yüksələrək 3116,8 manat təşkil etmişdir.

* * *

2014-cü ilin yanvar-oktyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 388,2 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz artmışdır.

* * *

İqtisadi münasibətlərə paralel olaraq bank işi təkmilləşməkdədir. 1 noyabr 2014-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 36178-ə çatmışdır ki, bunun da 33148-i və ya 91,6 faizi aktiv hesablardır. 2014-cü ilin yanvar-oktyabr ayları ərzində açılmış 15866 bank hesabının 15810-u və ya 99,6 faizi aktiv hesab olmuşdur.
1 noyabr 2014-cü il tarixə muxtar respublikada pos-terminalların sayı 836-ya çatmışdır ki, bu da 1 yanvar 2014-cü il tarixdəki göstəricidən 588 ədəd çoxdur.

* * *

Muxtar respublikada iqtisadi siyasətin əsas istiqaməti kimi xarici ticarət əlaqələrinin genişləndirilməsi davam etdirilməkdədir. Ötən dövr ərzində muxtar respublikanın 395 milyon 60 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi olmuşdur ki, bu da bir il öncəki göstəricini 2,1 faiz üstələmişdir. İxracın həcmi son bir il ərzində 5,1 faiz artaraq 302 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 210 milyon ABŞ dollarına yaxın həcmdə müsbət saldo yaranmışdır. İdxalın həcmi bir il öncəyə nisbətdə 6,6 faiz azalmışdır.

* * *

Sahibkarlıq strukturlarının kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2014-cü ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 44 milyon 448 min manata yaxın həcmdə kreditlər verilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 23 faiz çoxdur.

* * *

2014-cü ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 4 milyon 909 min 600 manat olmuşdur ki, bu da 2013-cü ilin yanvar-oktyabr aylarındakı göstəricidən 561 min 300 manat və ya 12,9 faiz çoxdur.

* * *

Qeyd olunan dövrdə muxtar respublikaya 305 min 746 nəfər turist gəlmişdir. Bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz və ya 6279 nəfər çoxdur.

* * *

1 oktyabr 2014-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 5207 nəfər və ya 1,2 faiz artaraq 439161 nəfər təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət
Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR