22 Dekabr 2024, Bazar

Muxtar respublikada cari ilin on bir ayı ərzində 2 milyard 81 milyon 307 min 500 manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,2 faiz çoxdur.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2013-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,8 faiz artaraq 4758,4 manata (6067,1 ABŞ dollarına) çatmışdır.

 

* * *

Muxtar respublikada yaradılan Ümumi Daxili Məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 812 milyon 920 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələmişdir.

* * *

İnfrastruktur quruculuğu çərçivəsində əsas kapitala 833 milyon 708 min manat həcmində investisiya yönəldilmişdir ki, bunun da 728 milyon 797 min manatı və ya 87,4 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

2014-cü ilin yanvar-noyabr ayları ərzində informasiya və rabitə xidmətlərinin həcmi 43 milyon 655 min manat olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 36 milyon 867 min manat olmaqla bir il öncəki göstəricini 1,1 faiz üstələmişdir.

* * *

Cari ilin yanvar-noyabr ayları ərzində 303 milyon 855 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 5,3 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublikada 17,8 min ton ət (diri çəkidə), 75,4 min ton süd istehsal edilmiş, 2013-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı 0,3 faiz artmışdır.

* * *

Əhali gəlirləri üzrə müsbət dinamika davam etməkdədir. Qeyd olunan dövrdə muxtar respublikada əhalinin gəlirləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 1 milyard 567 milyon 610 min manat, onun hər bir nəfərə düşən həcmi isə 0,5 faiz yüksələrək 3583,9 manat təşkil etmişdir.

* * *

2014-cü ilin yanvar-noyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 388,5 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3 faiz artmışdır.

* * *

İqtisadi münasibətlərə paralel olaraq bank işi təkmilləşməkdədir. 1 dekabr 2014-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 37520-yə çatmışdır ki, bunun da 34292-si və ya 91,4 faizi aktiv hesablardır. 2014-cü ilin yanvar-noyabr ayları ərzində açılmış 17235 bank hesabının 17144-ü və ya 99,5 faizi aktiv hesab olmuşdur.
1 dekabr 2014-cü il tarixə muxtar respublikada POS-terminalların sayı 845-ə çatmışdır ki, bu da 1 yanvar 2014-cü il tarixdəki göstəricidən 597 ədəd çoxdur.

* * *

Muxtar respublikada iqtisadi siyasətin əsas istiqaməti kimi xarici ticarət əlaqələrinin genişləndirilməsi davam etdirilməkdədir. Ötən dövr ərzində muxtar respublikanın 447 milyon 292 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi olmuşdur. Bu da bir il öncəki göstəricini 2,8 faiz üstələmişdir. İxracın həcmi son bir il ərzində 6,7 faiz artaraq 350 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 254 milyon ABŞ dollarına yaxın həcmdə müsbət saldo yaranmışdır. İdxalın həcmi bir il öncəyə nisbətdə 9,2 faiz azalmışdır.

* * *

Sahibkarlıq strukturlarının kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2014-cü ilin yanvar-noyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 47 milyon 291 min manat həcmdə kreditlər verilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 13,3 faiz çoxdur.

* * *

Qeyd olunan dövrdə muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 5 milyon 393 min 600 manat olmuşdur ki, bu da 2013-cü ilin yanvar-noyabr aylarındakı göstəricidən 609 min 600 manat və ya 12,7 faiz çoxdur.

* * *

Cari ilin yanvar-noyabr aylarında muxtar respublikaya 342 min 261 nəfər turist gəlmişdir ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz və ya 6949 nəfər çoxdur.

* * *

1 noyabr 2014-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4715 nəfər və ya 1,1 faiz artaraq 439263 nəfər təşkil etmişdir.


Naxçıvan Muxtar Respublikası Dövlət
Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR