22 Dekabr 2024, Bazar

Blokada şəraitində yaşayan Naxçıvan üçün hava nəqliyyatı mühüm əhəmiyyət daşıyır. Buna görə də muxtar respublikada bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Son illər Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti üçün kompleks quruculuq işləri görülmüş, maddi-texniki baza gücləndirilmiş, ölkə və beynəlxalq uçuşların təhlükəsiz təşkili təmin olunmuşdur.

Bu istiqamətdə işlər noyabr ayında da davam etdirilmiş, hava limanının səmərəli fəaliyyəti diqqətdə saxlanılmışdır. Xidmətin müasir tələblər səviyyəsində təşkili üçün quruculuq tədbirləri davam etdirilmiş, işçilər üçün yeni bina istifadəyə verilmişdir.

Rəsmi qonaq evi və VIP binasının ətrafına yeni asfalt örtük verilmiş, abadlıq işləri görülmüşdür. Bundan əlavə, aerovağzal binasında aparılan yenidənqurma və dayanacaqların genişləndirilməsi işləri davam etdirilir. Aerodromun qış mövsümünə hazır olması üçün lazımi tədbirlər görülmüş, uçuş-enmə zolağında, perronda cari təmir işləri aparılmışdır. Həmçinin bu sahədə çalışan əməkdaşlarla məşğələlər aparılmış, uçuş-enmə zolağının ilişmə əmsalını ölçən skidometr cihazı saz vəziyyətə gətirilmişdir.

Ötən müddət ərzində təhlükəsizlik tədbirləri də gücləndirilmiş, əraziyə daimi nəzarət etmək üçün əlavə olaraq daha 9 müşahidə kamerası quraşdırılmışdır. Aparılan yenidənqurma işləri zamanı mövcud transformator 2500 kilovolt-amper gücündə 2 ədəd yeni transformatorla əvəz edilmişdir. Teleskopik trapları mütəmadi elektrik enerjisi ilə qidalandırmaq üçün 1 ədəd 500 kilovolt-amper gücündə ehtiyat dizel generatoru qoyulmuşdur. İstilik və sanitariya texnikası ilə təchizat xidməti üzrə qışa hazırlıq tədbirləri zamanı qazanxanalara texniki baxış olmuş, yeni avadanlıqlar quraşdırılmışdır.
Ötən ay uçuşların fasiləsiz və qrafikə uyğun təşkil olunması məqsədilə tələbata uyğun yanacaq ehtiyatı yaradılmışdır. Belə ki, noyabr ayı ərzində “AZAL OİL” Yanacaq-Sürtkü Materialları İdarəsindən 272 min litr TS-1 təyyarə yanacağı, 2 min 400 litr dizel yanacağı daşınaraq yanacaq-sürtkü materialları anbarına tədarük edilmişdir. Həmin müddət ərzində 62 min 207 litr TS-1 təyyarə yanacağı, 3 min 173 litr A-92, 10 min 714 litr dizel yanacağı sərf olunmuşdur. Bakı-Naxçıvan marşrutu üzrə TS-1 yanacağının davamlı olaraq daşınması təmin olunmuşdur. Hava limanının balansında olan avtomobillərdən əlavə, yeni alınmış üçüncü MAN TGX18-400 yəhərli dartıcı avtomobilinin yanacaq daşıması üçün bütün razılaşdırmalar əldə edilmiş və dekabr ayının 3-dən etibarən növbəti yanacaqdaşıma işlərinə başlanılmışdır.
Qış aylarında fəaliyyətin səmərəli təşkili məqsədilə bütün növ maşınlara texniki baxış keçirilmiş, aşkar olunan nasazlıqlar aradan qaldırılmışdır. Noyabr ayında yanğınsöndürən avtomobillərdə və xidməti ərazilərdə profilaktik yoxlamalar aparılmış, yararsız yanğınsöndürənlər yenilənmişdir. Hava gəmilərinin buzlaşmaya qarşı emalı üçün istifadə edilən Globaltipli xüsusi maşına baxış keçirilmiş, texniki heyətlə müntəzəm olaraq buzlaşmaya qarşı nəzəri və praktik məşğələlər keçirilmişdir.
Xidmətin müasir tələblər səviyyəsində təşkilində ixtisaslı və peşəkar kadr təminatının da böyük rolu vardır. Buna görə də hava limanının müxtəlif xidmət sahələri üzrə ixtisaslı kadrlarla komplektləşdirilməsi işləri və ixtisas­artırma kurslarının təşkili noyabr ayında da davam etdirilmişdir. Daşımaların təşkili və koordinasiyası xidmətinin şəxsi heyəti Bakı şəhərində Milli Aviasiya Akademiyasının kurslarında iştirak etmiş və imtahandan keçmişlər. Bu müddət ərzində 8 gənc Aviasiya təhlükəsizlik xidmətində agent vəzifəsinə, 2 gənc isə Əlahiddə hərbiləşdirilmiş mühafizə komandasına keşikçi vəzifəsinə qəbul olunmuşdur.
Ümumilikdə, noyabr ayı ərzində yerli hava xətti ilə 15 min 666 sərnişin, 273 min 682 kiloqram baqaj, 60 min 229 kiloqram yük və 2834 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq hava xətləri ilə, ümumilikdə, 266 sərnişin daşınmışdır.

Naxçıvan Beynəlxalq Hava Limanının kollektivi bundan sonra da qarşıda duran vəzifələrin icrasını vaxtlı-vaxtında yerinə yetirəcək, əhaliyə nümunəvi xidmət göstərəcəkdir.

Naxçıvan Beynəlxalq Hava Limanı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR