22 Dekabr 2024, Bazar

Əhalinin banklarla qarşılıqlı etibarlılığa əsaslanan partnyorluğu bank xidmətlərindən istifadə məqsədilə edilən müraciətlərin kəmiyyət baxımından da artımına səbəb olub. Bu, bank hesablarının artımında da özünü büruzə verib.
Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin mətbuat xidmətindən aldığımız məlumata görə, banklar tərəfindən 2014-cü il noyabr ayının 1-i tarixinə 2 min 233 hüquqi, 33 min 945 fiziki şəxs olmaqla, 36 min 178 müştəriyə xidmət göstərilibdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 min 199 ədəd çoxdur. Xidmət olunan hesabların 33 min 145-i aktiv hesab olub ki, onların 1312-si hüquqi, 31 min 836-sı fiziki şəxsdir.

Cari ilin 10 ayında 95-i hüquqi, 15 min 771-i fiziki şəxs olmaqla, 15 min 866 nəfər müştəriyə yeni bank hesabı açılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 min 698 ədəd çoxdur. Açılmış bank hesablarının 15 min 810-u aktiv hesab olub.
1 noyabr 2014-cü il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 97 milyon 767 min, o cümlədən qısamüddətli kredit qoyuluşu 14 milyon 872 min manat, uzunmüddətli kredit qoyuluşu 82 milyon 896 min manat təşkil edib.
Bank və digər kredit təşkilatları tərəfindən 2014-cü ilin ilk 10 ayı ərzində 44 milyon 448 min manat kredit verilibdir ki, bunun da 27 milyon 245 min manatını uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditin 14 milyon 533 min manatı kənd təsərrüfatının, o cümlədən 3 milyon 831 min manatı bitkiçiliyin, taxılçılığın, kartofçuluğun və bostan-tərəvəz məhsulları istehsalının, 541 min manatı isə arıçılıq və quşçuluğun payına düşür. Ümumilikdə, verilmiş kreditlərin 2 milyon 267 min manatı sənaye, 6 milyon 530 min manatı tikinti, 3 milyon 967 min manatı kommersiya, 14 min 700 manatı nəqliyyat, 17 milyon 135 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditləri və digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilib.
Banklar tərəfindən əhalidən cəlb edilmiş əmanətlərin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 noyabr 2014-cü il tarixə 1 milyon 815 min manat artaraq 6 milyon 568 min manat olması əsas verir deyək ki, əhali artıq banklara etibar edir. Xarici valyuta ilə cəlb olunan əmanətlərin həcmi isə 1 milyon 748 min manat təşkil edir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 653 min manat artım deməkdir.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR