23 Dekabr 2024, Bazar ertəsi

İyulun 8-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi Sədərək Rayon İcra Hakimiyyəti ilə birgə rayonda sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirib.
Tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq sığorta işinin əhəmiyyətindən danışıb.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikamızda sığorta fəaliyyətinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Baş direktor sığorta olunmağın vacibliyindən danışaraq sığortanın inkişaf edən cəmiyyətin tələbi olduğunu bildirib. Qeyd olunub ki, sığorta hər hansı gözlənilməz hadisə və ya qəzadan zərərçəkən insanların maddi vəziyyətini bərpa etmək, zərərləri aradan qaldırmaq üçün bir vasitədir.

Çıxışda tətbiq olunan icbari və könüllü sığortaların əhəmiyyətindən bəhs olunub və bu istiqamətdə Sədərək rayonunda görülmüş işlərdən danışılıb.
Vurğulanıb ki, görülmüş işlərlə bərabər, Sədərək rayonunda daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bəzi vətəndaşlar tərəfindən sığorta müqavilələri bağlanılmayıb.
Bildirilib ki, 2014-cü ildə Sədərək kəndindəki kommersiya obyektində baş vermiş yanğınla əlaqədar sahibkarlara 8 min 640 manat məbləğində sığorta ödənişləri verilib. Həmçinin rayonda avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, ev əmlakının sığortası, fərdi qəza sığortası üzrə də zərərçəkənlərə müxtəlif həcmdə sığorta ödənişləri verilib. Qarşıda duran əsas vəzifə ondan ibarətdir ki, bütün sığorta növlərini inkişaf etdirməklə hər bir hüquqi və fiziki şəxs üçün gözlənilməz hadisələrə qarşı etibarlı sığorta təminatı yaradılsın.
Tədbirdə Sədərək Rayon Dövlət Sığorta Agentliyinin direktoru, Naxçıvan Muxtar Respublikası Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Sədərək Rayon Şöbəsinin və Sədərək Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisləri və Qaraağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndə görülmüş işlər barəsində məlumat veriblər.
Tədbirə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov yekun vurub.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR