23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən yaradılan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi üçün ayrılan binada yenidənqurma işləri aparılır. Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan binada həyata keçirilən tikinti işlərinin keyfiyyətli olmasına ciddi önəm verilir. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yenidən qurulan binanın fasadında üzləmə işləri gedir, interyerin dizaynı aparılır, kommunikasiya xətləri yenilənir. Elektron lövhəli siniflərin, laboratoriyaların, fənn kabinələrinin yaradılacağı binada yenidənqurma işlərinin sürətlə aparılması onu deməyə əsas verir ki, bina vaxtında müəllim və şagirdlərin istifadəsinə veriləcək.

İş icraçısı Umud İsayevin bildirdiyinə görə, 240 şagird yerlik binanın ikinci mərtəbəsində qəlib-beton işləri başa çatdırılıb.
Onu da bildirək ki, lisey üçün inşa olunan yataqxana binasının üçüncü mərtəbəsində işlər davam etdirilir.
Məlumat üçün bildirək ki, Şərur şəhərində təhsil sahəsində aparılan quruculuq işləri bununla məhdudlaşmayıb. Belə ki, şəhər 2 nömrəli tam orta məktəbin əvvəlki ikimərtəbəli binası müasir tələblərə cavab vermədiyindən bu məktəb üçün yeni binanın inşasına başlanılıb. Bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR