23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının inkişafın yeni keyfiyyət mərhələsinə yüksəlməsində son on ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət pro­qramlarının uğurlu icrası böyük əhəmiyyət kəsb edir.
Bu tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 sentyabr 2014-cü il tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” və 31 yanvar 2014-cü il tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” təsdiq edilmişdir.
Sosial-iqtisadi inkişafın davamlı­lığının təmin edilməsi məqsədilə hər bir rayonun istehsal potensialından səmərəli istifadə etməklə sahibkarlığın inkişaf etdirilməsi mühüm şərtdir.
Bu baxımdan adıçəkilən dövlət proqramının icrası muxtar respublika iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, sahibkarlıq fəaliyyətinin genişlənməsində, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsal edən yeni müəssisələrin yaradılmasında, əhalinin məşğulluq səviyyəsinin və gəlirlərinin artırılması məqsədilə iş yerlərinin açılmasında müstəsna rol oynayır.

Məlum olduğu kimi, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, infrastrukturu yeniləşdirmək, sosial məsələlərin həllinə nail olmaq mümkün deyil. Bu məqsədlə muxtar respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini məhz sahibkarlığın inkişafı təşkil edir.
Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Yerli istehsalın inkişaf etdirilməsi isə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil nəzərə alınaraq muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, yaxud mövcud olanların fəaliyyəti bərpa edilir və ya genişləndirilir.
İstehsal potensialının gücləndirilməsi istiqamətində 2015-ci ilin ilk 6 ayı ərzində muxtar respublikada ət qovurması, süd məhsullarının emalı, lavaş istehsalı sahələri, forel balıqçılıq təsərrüfatı, istixana kompleksləri və xidmət olmaqla, 18 sahənin yaradılması başa çatdırılmış­dır. Yaradılmış istehsal və xidmət sahələri hesabına 89 yeni iş yeri açılmışdır.
Silikon yorğan-döşək və yataq bazası, müxtəlif ölçü və formada qızıl-gümüş zinət əşyaları, medal və döş nişanları, elektrik açarları, alçıpan örtüklər, gips, əhəng, beton istehsalı, unlu-qənnadı məmulatlar, lavaş istehsalı, bərk pendir istehsalı, şirniyyat, kompot, mürəbbə və turşu istehsalı, qarğıdalı, toxumçuluq, heyvandarlıq, keçiçilik, quşçuluq, arıçılıq təsərrüfatları, istixana kompleksləri və xidmət olmaqla, 35 sahənin yaradılması istiqamətində isə işlər davam etdirilməkdədir.
2015-ci ilin 6 ayı ərzində yaradılması və ya fəaliyyətinin genişləndirilməsi başa çatdırılan istehsal və xidmət sahələri Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərini və kəndləri də əhatə edir. Şərur rayonunun İbadulla, Dəmirçi, Oğlanqala, Qarxun, Məmmədsabir, Babək rayonunun Nehrəm, Ordubad rayonunun Əylis kəndlərində, Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Qarabağlar kəndində, Sədərək rayonunun Sədərək kəndində istehsal sahələrinin yaradılması başa çatdırılmışdır.
Muхtаr rеspublikаdа fəаliyyəti bərpа еdilmiş və yа yеnidən qurulmuş istеhsаl müəssisələrində 119 növdə, 507 çеşiddə ərzaq, 235 növdə, 588 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 354 növdə, 1095 çeşiddə məhsul istеhsаl оlunur. Müəssisələr 107 növdə ərzаq, 229 növdə qеyri-ərzаq olmaqla, cəmi 336 növdə məhsulа оlаn tələbаtı tаmаmilə yеrli istеhsаl hеsаbınа ödəmək gücünə malikdir.
Bir sözlə, dövlət proqramında qeyd olunan istiqamətdə həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında nəzərdə tutulan məqsədlərə nail olunmasında, sahibkarlığın inkişafında, sosial problemlərin həllində və əhalinin rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR