23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında təbii qaz təminatı mühüm yer tutur. Artıq muxtar respublikada bütün yaşayış məntəqələri qazlaşdırılmışdır. Abonentlərin dayanıqlı mavi yanacaqla təmin olunması sahəsində ardıcıl tədbirlər görülür. Təkcə 2015-ci ildə muxtar respublikada qazlaşdırılan yeni mənzillərin, fərdi evlərin və müxtəlif təyinatlı obyektlərin sayı 1343 olmuşdur. İl ərzində yaşayış məntəqələrində fərdi və ictimai yaşayış evlərinin qazlaşdırılması, korroziyaya uğramış boruların dəyişdirilməsi, tikinti işlərinin aparılması, yolların, su-kanalizasiya xətlərinin çəkilməsi və digər abadlaşdırma işləri ilə əlaqədar olaraq 185 min 961 paqonometr qaz kəmərlərinin yeri dəyişdirilmiş və ya yenilənmişdir.

Payız-qış mövsümündə istehlakçıları fasiləsiz və təhlükəsiz təbii qazla təmin etmək qarşıda duran ən vacib vəzifələrdəndir. Birliyin kollektivi bu istiqamətdə işlərini günün tələbləri səviyyəsində qurmuş, payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin icrası təmin edilmişdir. Qış mövsümündə təbii qaza olan tələbatın artması nəzərə alınaraq bütün sistem boyu qaz kəmərlərinə nəzarət edilmiş, texniki baxış zamanı aşkar olunan 25 min 628 sızma və digər nasazlıqlar aradan qaldırılmışdır. Qaz itki­sinin qarşısının alınması məqsədilə yeraltı və yerüstü kəmərlər mütəmadi yoxlanılmış, korroziyaya uğrayanlar yeniləri ilə dəyişdirilmişdir. İstismara yararsız sayğaclar da yenisi ilə əvəzlənmiş, nasazlıq və qəzalarla bağlı daxil olan 18 min 547 müraciətə vaxtında baxılaraq qazın nəqli bərpa olunmuşdur. İl ərzində Naxçıvan şəhərindəki mənzillərdə 7 min 793 smartkarttipli qaz sayğacı quraşdırılmışdır.

“Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən normal təzyiqin saxlanılması üçün texnoloji rejimə nəzarət olunmuş, sutka ərzində rejim və sərflərin qeydiyyatı aparılmışdır. Qrafik üzrə müəyyən olunan vaxtlarda avtomat qazpaylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət göstərilmişdir. Bu sahədə işlərin normal təşkili məqsədilə 485 ədəd yeni qaztənzimləyici, siyirtmə və nəzarət ölçü cihazı quraşdırılmışdır. Həmçinin qaz təsərrüfatında istismarda olan qaztənzimləyici məntəqə və qurğuların texniki pasportlarının hazırlanması işi tamamlanmış, tənzimləyicilərə yerlərdə texniki xidmət göstərilmiş və istehlakçıların sərfiyyat qabiliyyətinə uyğun nizamlanmışdır. Bundan başqa, istismarda olan yeraltı yüksək və orta təzyiqli magistral qaz kəmərlərinin üzərində quraşdırılmış katod elektrokimyəvi mühafizə qurğularına vaxtlı-vaxtında nəzarət olunmuş, xətdəki potensial fərq ölçülərək nəzarətdə saxlanmışdır.
Təhlükəsizlik tədbirlərinə əməl edilməsi və israfçılıq hallarına yol verilməməsi məqsədilə istehlakçılarla aparılan maarifləndirici söhbətlər də 2015-ci ildə görülən əsas işlər sırasında olmuşdur. İl ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və digər təşkilatlarla birlikdə mütəmadi reydlər keçirilmiş, ortaya çıxan nöqsanlar aradan qaldırılmış, əhaliyə təbii qazdan istifadə qaydaları izah olunmuşdur.
Birliyin aid strukturlarının ixtisaslı kadrlarla təminatı da diqqət mərkəzindədir. Ötən dövrdə rayon qaz istismar idarələrində çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində Qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər peşəsi üzrə kurslar davam etdirilmişdir.
Qaz təsərrüfatının normal fəaliyyətini təmin etmək məqsədi ilə bundan sonra da bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.

“Naxçıvanqaz” İstehsalat
Birliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR