23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvanqaz” İstehsalat Birliyi davamlı və dayanıqlı təbii qazla təminat üçün qaz təchizatı sistemində texniki baxış tədbirlərini davam etdirir, təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun gələn texnoloji rejimdə həyata keçirilməsi üçün tədbirlər görür.
Bu barədə məlumat qəzetimizə “Naxçıvanqaz” İstehsalat Birliyindən daxil olub. Məlumatda bildirilir ki, muxtar respublika üzrə 1 dekabr 2015-ci il tarixə təbii qaz istehlakçılarının ümumi sayı 85 min 421, o cümlədən 83 min 510 əhali abonenti və 1911 qeyri-əhali abonenti olub. Cari ilin ötən dövründə 1346 abonent, o cümlədən 1189 əhali abonenti və 157 qeyri-əhali abonenti tərəfindən daxil olan müraciətlərə əsasən ev, mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb. İstehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi ilə yanaşı, bu sahədə infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanılıb. Yeni sosial-inzibati obyektlərin tikilməsi, yolların genişləndirilməsi ilə əlaqədar daşıyıcı-paylayıcı qaz kəmərlərinin yerləri dəyişdirilib və yeni qaz xətləri çəkilib.

Əhali qrupu üzrə təbii qaz istehlakçılarının mavi yanacaqdan istifadəsində müasir standartlara cavab verən texnologiyalardan istifadə etmək məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkarttipli qaz sayğaclarının quraşdırılmasına başlanılıb, dekabrın 21-nə qədər, ümumilikdə, 7869 qaz sayğacı quraşdırılıb. İlkin olaraq sifariş əsasında Türkiyə istehsalı olan 10 min ədəd sayğac gətirilib. Sayğacların kənar müdaxilələrdən mühafizəsi üçün qutular alınıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçirilir.
“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq sayda ödəmə məntəqələri yaradılıb. Həmin məntəqələr müasir avadanlıqlarla təmin edilib.
Qəza hallarının aradan qaldırılmasında operativliyin təmin edilməsi, yeni qaz xətləri çəkilərkən və bərpa olunarkən mövcud standartların tələblərinin gözlənilməsinə diqqətin artırılması, yaradılmış mal və material ehtiyatlarından səmərəli istifadə edilməsi, işlənən materialların yerinə yenilərinin alınıb gətirilməsi, sabit ehtiyatın yaradılması və işçilərin qış mövsümünə uyğun xüsusi geyim və avadanlıqlarla təmin olunması diqqət mərkəzində saxlanılıb.
Avtomat qazpaylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət işləri qrafik üzrə müəyyən olunan vaxtlarda aparılıb. Təbii qazın mexaniki qarışıqlardan təmizlənməsi üçün tətbiq olunan qaztəmizləyici separator və süzgəclərə, texnologiyaya uyğun qurulmuş bağlayıcı avadanlıqlara, təzyiq tənzimləyicilərinə, qaz sərfinin hesablanması üçün qaz sərfini ölçən cihazlara, elektrokimyəvi mühafizə qurğularına və bütün texnoloji avadanlıqlara zəruri texniki xidmət göstərilib, detal və hissələr yenisi ilə əvəz olunub. Ümumiyyətlə, abonentlərin fasiləsiz və təhlükəsiz təbii qazla təmin olunması üçün hər cür şərait yaradılıb.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR