Naxçıvan özünün sürətli inkişaf dövrünü yaşayır. Son illər muxtar respublikanın sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq bir sıra mühüm qərarlar qəbul edilmişdir. Muxtar respublikada davamlı xarakter alan inkişaf və tərəqqi regionda müxtəlif sahələrin inkişafını sürətləndirmişdir və bu sahələr içərisində kənd təsərrüfatı aparıcı mövqeyə malikdir. Kənd təsərrüfatının iqtisadi səmərəliliyinin yüksəldilməsində üzümçülük, meyvəçilik və tərəvəzçilik mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” əhalinin artan tələbatına uyğun olaraq, meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı üçün qəbul edilmiş mühüm dövlət sənədidir. Həmin proqramda muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq, 2015-ci ildə ümumi meyvə istehsalını 45 min tona çatdırmaq bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Bu məqsədə nail olunması üçün intensiv texnologiyaya əsaslanan yüksəkkeyfiyyətli və məhsuldar sortlardan ibarət meyvə bağlarının salınması, unudulmuş aborigen sortların bərpası, tərəvəz əkini sahələrinin genişləndirilməsi və artımına nail olunması, yabanı meyvə-tərəvəz bitkilərindən istifadə imkanlarının müəyyənləşdirilməsi, meyvə və tərəvəzçiliyin genişləndirilməsi zamanı müasir texnologiyanın tətbiqi, əkin sahələrinin gübrələrlə, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizəsi üçün kimyəvi preparatlarla dolğun təmin edilməsi, mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz giləmeyvə, meyvə və tərəvəz məhsulları ilə təmin edilməsi üçün anbar şəbəkələrinin, saxlama və soyuducu kameralarının yaradılması, daxili bazarın qorunması, meyvə-tərəvəz məhsullarının tədricən idxalının azaldılması və ixracının təşkili, yeni müasir istehsal müəssisələrinin yaradılması kimi mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın muxtar respublikada uğurla həyata keçirilməsi son illər kənd təsərrüfatı sahəsində çox böyük uğurların əldə edilməsinə şərait yaratmışdır.
Toxumçuluğun inkişaf etdirilməsi aqrar sektorun qarşısında duran vacib məsələlərdən biri olmuşdur. Yüksək məhsuldarlığın əldə edilməsi, yüksək reproduksiyalı, məhsuldar toxum təminatının yaxşılaşdırılması böyük əhəmiyyət daşıyır. Buna görə də toxumçuluq təsərrüfatlarının müasir tələblər səviyyəsində inkişafı daim dəstəklənmişdir. Bu istiqamətdə Naxçıvan şəhərində ümumi tutumu 30 min ton olan “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün yeni kompleksin inşası davam etdirilir.
Proqramda xarici ölkələrdən daha məhsuldar meyvə tinglərinin gətirilməsi, yerlərdə yeni tingçilik təsərrüfatlarının, yüksək reproduksiyalı və məhsuldar toxumları əldə etmək məqsədilə təchizat bazarlarının yaradılması istiqamətində əməli işlər aparılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə 2012-2014-cü illər ərzində muxtar respublika üzrə 587,4 hektar ərazidə 541063 meyvə tingi əkilmişdir.
Aqrar sektorda son illər ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının dinamik inkişafına imkan yaratmaqla kənd təsərrüfatı bitkilərinin əkin strukturunda əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. Dövlət proqramına uyğun olaraq, muxtar respublikada yeni meyvə bağları salınmışdır. Barverən meyvə bağlarından 24328 ton məhsul yığılmışdır ki, bu da 1 avqust 2014-cü illə müqayisədə 1,3 faiz çoxdur.
Meyvəçiliyin və tərəvəzçiliyin iqtisadi əhəmiyyəti onun yüksək gəlirli təsərrüfat sahəsi olması ilə müəyyənləşdirilir. Dövlət proqramına uyğun olaraq, muxtar respublikada orta dağlıq və dağlıq, xüsusilə səhralaşmaya meyilli ərazilərdə cəviz, badam, ərik, alma və armud kimi meyvə sortlarından ibarət yeni meyvə bağlarının salınmasının planlaşdırılması kəndlərdə əhalinin məşğulluğunun yüksəldilməsinə səbəb olmuşdur. Bu istiqamətdə meyvə bağları salan sahibkarlara güzəştli kreditlər verilir, yaranan çətinliklərdə əməli köməkliklər göstərilir. Bu qayğının nəticəsidir ki, ötən dövr ərzində 7-si üzümçülük olmaqla, ümumilikdə, 59 bağçılıq təsərrüfatının yaradılmasına 1 milyon 297 min 200 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Toplanmış məhsulun satış bazarlarına yüksək keyfiyyətlə çatdırılması, bütün mövsümlərdə bazarların meyvə məhsulları ilə təmin edilməsi üçün saxlama və soyuducu anbarların yaradılması mühüm mərhələni təşkil edir. Son illər ümumi tutumu 12.610 ton olan 21 soyuducu anbarın tikilib istifadəyə verilməsinin kənd təsərrüfatı məhsullarının saxlanılmasında müstəsna əhəmiyyəti olmuşdur.
Əhalinin tələbatının kеyfiyyətli kənd təsərrüfatı məhsulları ilə ödənilməsi məqsədilə muхtar rеspublika ərazisində fəaliyyət göstərən mеyvə-tərəvəz məhsullarının saхlanması anbarlarına 1 iyul 2015-ci il tariхdən ötən dövr ərzində 650 tоndan çox məhsul tədarük edilmişdir.
Muхtаr rеspublikа əhаlisinin qış mövsümündə kеyfiyyətli tərəvəz məhsullаrı ilə təmin оlunmаsındа istiхаnа kоmplеksləri də mühüm əhəmiyyət kəsb еdir. Əhalinin qış aylarında faraş tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması və mövcud sahələrin genişləndirilməsi istiqamətində sahibkarlarla iş aparılmış, 2012-ci ildən ötən dövr ərzində 4-ü limonçuluq olmaqla, ümumilikdə, 13 istixana kompleksinin qurulmasına 3 milyon 936 min 500 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Artıq muxtar respublikada fəaliyyət göstərən istixana komplekslərinin ümumi sahəsi 100 min kvadratmetri ötmüşdür.
Muxtar respublikada meyvə-tərəvəz konserv məhsullarının keyfiyyətinin dünya standartlarına çatdırılması istiqamətində müvafiq işlərin həyata keçirilməsi müəyyənləşdirilmişdir. Bu məqsədlə meyvə və tərəvəz məhsullarının konservləşdirilməsi sahəsində araşdırmalar aparılmış, Türkiyə mənşəli istehsal gücü saatda 1 ton xammal olan konservləşdirilmiş qarğıdalı, Çin mənşəli istehsal gücü saatda 1 ton xammal olan limon suyu, Rusiya mənşəli istehsal gücü gündə 500 litr olan kompot, Türkiyə mənşəli istehsal gücü gündə 500 kiloqram olan üzüm və tut doşabı, Rusiya mənşəli istehsal gücü saatda 500 ədəd tara olan göbələk konservi istehsalı sahəsi üzrə hazırlanmış layihələrin sahibkarlara təqdimatı keçirilmişdir.
Dахili bаzаrdа idхаl məhsullаrının kеyfiyyətinə nəzаrətin gücləndirilməsi, üzərində istеhsаl və sоn istifаdə müddəti, istehsalçısı və məhsulun tərkibi haqqında başa düşülə bilən dildə dolğun məlumat olmayan məhsullаrın gətirilmə istiqаmətlərinin müəyyənləşdirilməsi və qаrşısının аlınmаsı, gömrük-kеçid məntəqələrində idхаl еdilən tеz хаrаb оlаn ərzаq məhsullаrının dаşınmаsı və sахlаnmаsı zаmаnı nоrmаtiv-tехniki sənədlərin tələblərinə uyğunluğuna nəzarətin həyаtа kеçirilməsi məqsədilə idxal olunan 2810 halda meyvə-tərəvəz məhsullarından və 94 halda konservləşdirilmiş meyvə-tərəvəz turşularından orta nümunələr götürülərək “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin beynəlxalq akkreditasiyadan keçirilmiş laboratoriyasında analiz edilmişdir.
Meyvə-tərəvəz və kоnserv məhsullarının keyfiyyətinin standartlara uyğunluğunun nəzarətdə saxlanılması məqsədilə 2012-2014-cü illər ərzində daxili bazarda satışı həyata keçirilən 2067 halda meyvə-tərəvəz məhsullarında nitrat göstəricisi yoxlanılmış və məhsulların müəyyən olunmuş normalardan kənarlaşmaların olmadığı müəyyən edilmişdir.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada aqrar sektorun müasir tələblər səviyyəsində dinamik inkişafını təmin etməklə, əhalinin meyvə-tərəvəz məhsulları ilə daha yaxşı təchiz olunmasına, nəticədə, kənd adamlarının maddi-rifah halının daha da yüksəldilməsinə müsbət təsir göstərmişdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti