23 Dekabr 2024, Bazar ertəsi

Nахçıvаn şəhərində fəаliyyət göstərən “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti son illər yaradılan sənaye müəssisələrindəndir. Sənaye şəhərciyində inzibati bina, istehsal sexləri, yeməkxana, satış şöbəsi üçün bina, xammal və hazır məhsulun saxlanılması məqsədilə anbar tikilib istifadəyə verilib.
Müəssisədə keyfiyyətli müxtəlif meyvə şirələri, meyvə quruları, şərab, halva istehsal olunur. Müəssisənin illik istehsal gücü 120 dekalitr meyvə şirələri və şərab, 180 ton şirniyyat məhsullarıdır. Burada İtaliya və Almaniya istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. Naxçıvanda yetişdirilən meyvələrdən tam gigiyenik qaydada yüksəkkeyfiyyətli müxtəlif həcm və çeşidlərdə alma, ərik, şaftalı, gilənar, üzüm və qarışıq tərkibli nektarlar istehsal edilir. Həmin məhsullar “Badamlı” əmtəə nişanı ilə satışa çıxarılır.
Diyarımızın ən qədim əkinçilik sahələrindən biri olan üzümçülüyün inkişaf perspektivləri nəzərə alınaraq qurulan şərab emalı sahəsində istehsal prosesi tam avtomatlaşdırılıb. Müəssisədə istehsal olunan 4 çeşiddə kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları “Mirvari” və “Qızıl damla” adları ilə satışa çıxarılır. Cəmiyyət həmçinin 3 çeşiddə müxtəlif çəki və formalarda küncüdlü halva istehsalı ilə də məşğuldur. Əsasən, sadə, kakaolu və qarışıq növdə istehsal olunan halva yüksək keyfiyyətə malikdir. Çərəzqovurma və paketləmə sahəsində də texnoloji proseslərə ciddi əməl olunur, günəbaxan, qabaq, noxud, püstə və qarışıq çeşidli çərəzlər təmizlənib qovrularaq 90 və 200 qramlıq paketlərdə qablaşdırılır.

Müəssisədə 2011-ci ilin iyul ayından yeni meyvə nektarlarının karton taralara qablaşdırılması layihəsinin həyata keçirilməsinə başlanılıb. Bunun üçün yeni bina inşa olunub və burada İsveçin “Tetra Pak” firmasının istehsal gücü saatda 7 ton 1 litrlik və 1600 litr 200 millilitrlik taralar olan müasir texnoloji avadanlıqları quraşdırılıb. 2012-ci ilin mart ayından istehsala başlanılıb. Nəfis tərtibatla bəzədilmiş karton taraların üzərində Azərbaycan, ingilis və rus dillərində məhsulun istehsal və son istifadə tarixi, tərkibi, istifadə qaydası, saxlanma şəraiti, standart göstəriciləri və mənşəyi haqqında məlumatlar göstərilir.
Daxili bazarın tələbatına uyğun yeni çeşidlərdə yerli ərzaq məhsullarının istehsalı da diqqət yetirilən sahələrdən olub, 2013-cü ildən tahin (küncüd yağı) və bəkməz istehsalına başlanılıb. Onu da qeyd edək ki, yerli xammaldan hazırlanan məhsullar yüksəkkeyfiyyətli qida məhsulu olmaqla yanaşı, həm də müalicəvi əhəmiyyətə malikdir.
İstеhsаl оlunаn məhsullаr ölkəmizin digər rеgiоnlаrındа da satışa çıxarılır, xаrici ölkələrə ixrac olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, müəssisədə möhkəm baza yaradılıb, bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sisteminin və ərzaq təhlükəsizliyi tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO 9001 və İSO 22000 sertifikatlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılıb. Məlumat üçün qeyd edək ki, ötən ildən “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal edilən meyvə nektarları Gürcüstan bazarına çıxarılır.
Müəssisədə istеhsаl оlunаn məhsullаrın хаmmаlı, əsаsən, yеrli sahibkarlardan аlınır ki, bu da аqrаr sеktоrun inkişаfınа, eləcə də torpaq mülkiyyətçilərinin alıcı problemi ilə üzləşməmələrinə öz müsbət təsirini göstərir. Cari ildə də bu istiqamətdə işlər uğurla davam etdirilir. Meyvə bağlarında yetişdirilən məhsulların tədarük olunması diqqət mərkəzində saxlanılır. Ayrı-ayrı rayonlardan gətirilən məhsullar vaxtında qəbul edilir. Müəssisədə olarkən məhsullarını təhvil verən sahibkarlar Namiq Əziz­ov, Cavanşir Vəliyev, Qabil Qəhrəmanov və Natiq Zeynalovla həmsöhbət olduq.
Natiq Zeynalovun dediklərindən: – Uzun illərdir, bağçılıqla məşğul oluram. Yetişdirdiyim məhsulun şəxsi istifadədən artıq hissəsini bazara çıxarıram. Amma məhsul eyni vaxtda yetişdiyindən az bir müddətdə bazarda satıb qurtara bilmir, minbir əziyyətlə ərsəyə gətirdiyim meyvə bağında yetişdirdiyim məhsulun, demək olar ki, yarıdan çoxu zay olurdu. Son illər muxtar respublikamızda tikilib istifadəyə verilən soyuducu anbarlar, emal və sənaye müəssisələri bu problemi aradan qaldırıb. Yetişdirilən məhsulun daimi alıcısı olduğuna inanıb daha səylə çalışır, daha çox məhsul əldə etmək üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstəririk. Bu həm də emal və sənaye müəssisələrinin yüksəkkeyfiyyətli yerli xammalla təchiz edilməsinə əlverişli şərait yaradır. Yerli məhsullardan hazırlanan meyvə nektarları isə yüksək keyfiyyəti ilə seçilir, bazarda özünəməxsus yer tutur. Bu da həm istehsalçı, həm də istehlakçı üçün sərfəlidir. Söhbətimizə qoşulan digər sahibkarlar da yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdilər.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR