23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada cari ilin yanvar-iyul aylarında 1 milyard 294 milyon 428 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 5,8 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 6,5 faiz artaraq 2935,9 manata çatmışdır.

* * *

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 566 milyon 401 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 2,8 faiz üstələmişdir.

 * * *

İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-iyul ayları ərzində əsas kapitala 558 milyon 821 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,8 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 494 milyon 143 min manatı və ya 88,4 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

2015-ci ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin həcmi 27 milyon 677 min manat olmuşdur ki, bu da 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2,1 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 23 milyon 290 min manat olmaqla, bir il öncəki göstəricini 1,8 faiz üstələmişdir.

* * *

Cari ilin yanvar-iyul ayları ərzində 202 milyon 127 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 8,7 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublikada 11,9 min ton ət (diri çəkidə), 57 min ton süd istehsal edilmiş, 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ət istehsalı 5,5 faiz, süd istehsalı 1,4 faiz artmışdır.

* * *

Əhali gəlirləri üzrə müsbət dinamika davam etməkdədir. Cari ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artaraq 977 milyon 244 min manat, onun hər bir nəfərə düşən həcmi isə 4,3 faiz yüksələrək 2216,5 manat təşkil etmişdir.

* * *

2015-ci ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 392,8 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artmışdır.

* * *

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 avqust 2015-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 45394-ə çatmışdır ki, bunun da 41675-i və ya 91,8 faizi aktiv hesablardır. 2015-ci ilin yanvar-iyul aylarında açılmış 7164 bank hesabının 7145-i və ya 99,7 faizi aktiv hesablar olmuşdur.
Bu ilin yanvar-iyul aylarında muxtar respublikada 145 POS-terminal quraşdırılmış və bu göstərici 1 avqust 2015-ci il tarixə 1012-yə çatdırılmışdır.

* * *

Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmışdır. Cari ilin yanvar-iyul aylarında muxtar respublikada 242 milyon 222 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 5,8 faiz artaraq 213 milyon 61 min Amerika Birləşmiş Ştatları dollarını ötmüş, idxalın həcmi isə 58,1 faiz azalaraq 29 milyon 161 min Amerika Birləşmiş Ştatları dolları həcmində olmuşdur. Xarici ticarət üzrə 183 milyon 900 min Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. Qeyd olunan dövrdə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 47 milyon 347 min manata yaxın kreditlər verilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 44,2 faiz çoxdur.

* * *

2015-ci ilin yanvar-iyul aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 3500,3 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 165,2 min manat və ya 5 faiz çoxdur.

* * *

Bəhs olunan dövrdə muxtar respublikaya 207 min 374 nəfər turist gəlmişdir. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz və ya 6807 nəfər çoxdur.

* * *

1 iyul 2015-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4193 nəfər və ya 1 faiz artaraq 441731 nəfər təşkil etmişdir.

 

 

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR