23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada cari ilin yanvar-avqust aylarında 1 milyard 525 milyon 381 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 5,9 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 6,6 faiz artaraq 3458,1 manata çatmışdır.

* * *

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 665 milyon 706 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 3,3 faiz üstələmişdir.

* * *

İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-avqust ayları ərzində əsas kapitala 623 milyon 633 min manat həcmdə investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,6 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 545 milyon 110 min manatı və ya 87,4 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

 

* * *

2015-ci ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin həcmi 31 milyon 738 min manat olmuşdur ki, bu da 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 26 milyon 747 min manat olmaqla, bir il öncəki göstəricini 2 faiz üstələmişdir.

* * *

Cari ilin yanvar-avqust ayları ərzində 253 milyon 812 min manatdan artıq həcmdə kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 8,6 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublikada diri çəkidə 12,6 min ton ət, 60,7 min ton süd istehsal edilmiş, 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə ət istehsalı 3,2 faiz, süd istehsalı 1,4 faiz artmışdır.

* * *

Əhali gəlirlərinin artımı davam edir. Cari ilin yanvar-avqust aylarında muxtar respublikada əhalinin gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 1 milyard 155 milyon 387 min manat, onun hər bir nəfərə düşən həcmi isə 4,8 faiz yüksələrək 2619,3 manat təşkil etmişdir.

* * *

2015-ci ilin yanvar-avqust aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 393,1 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,6 faiz artmışdır.

* * *

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 sentyabr 2015-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 46021-ə çatmışdır ki, bunun da 42267-si və ya 91,8 faizi aktiv hesablardır. 2015-ci ilin yanvar-avqust aylarında açılmış 7791 bank hesabının 7737-si və ya 99,3 faizi aktiv hesablar olmuşdur.
Qeyd olunan dövrdə muxtar respublikada 147 POS-terminal quraşdırılmış və bu göstərici 1 sentyabr 2015-ci il tarixə 1014-ə çatdırılmışdır.

* * *

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmışdır. Cari ilin yanvar-avqust aylarında muxtar respublikada 316 milyon 219 min Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 6,2 faiz artaraq 275 milyon 460 min Amerika Birləşmiş Ştatları dollarını ötmüş, idxalın həcmi isə 45,3 faiz azalaraq 40 milyon 759 min Amerika Birləşmiş Ştatları dolları həcmində olmuşdur. Xarici ticarət üzrə 234 milyon 701 min Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2015-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 52 milyon 892 min manatdan çox kreditlər verilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 42,9 faiz çoxdur.

* * *

Bu dövrdə muxtar respublikada bütün sığorta növləri üzrə daxil­olmalar 3992,3 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 167,9 min manat və ya 4,4 faiz çoxdur.

* * *

Cari ilin yanvar-avqust aylarında muxtar respublikaya 224 min 182 nəfər turist gəlmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz və ya 4818 nəfər çoxdur.

* * *

1 avqust 2015-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4176 nəfər və ya 1 faiz artaraq 442210 nəfər təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət
Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR