23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada nəqliyyat xidmətinin təşkili və səmərəliliyin artırılması diqqət mərkəzində saxlanılır. 2015-ci ilin sentyabr ayı ərzində əhaliyə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Belə ki, “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkşafı üzrə Proqram”a əsasən, şəhərdaxili nəqliyyatda işləyən avtobusların beynəlxalq standartlara cavab verən müasir avtobuslarla əvəz olunması işləri davam etdirilmişdir. Ötən ay 7 yeni avtobus gətirilərək Naxçıvan şəhərdaxili nəqliyyatında istifadəyə verilmişdir. Hesabat dövründə təhlükəsiz və rahat idarəetmənin təşkili məqsədilə avtobuslara gündəlik texniki baxış keçirilmiş, nasaz hissələri təmir olunmuşdur. Nəticədə, muxtar respublikada sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilmiş, fəaliyyətdə olan 138 marşrut xəttində 303 avtobusla şəhər, rayon mərkəzləri və kəndlərin hər biri marşrutla təmin edilmiş, 487 taksi vasitəsilə əhalinin bu nəqliyyat növünə olan tələbatı tamamilə ödənilmişdir.

İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətlərində hərəkət edən marşrut üzrə xidmətin nümunəvi təşkili diqqət mərkəzində saxlanılmışdır. Bu dövr ərzində Naxçıvan-Bakı istiqamətində 125 reys həyata keçirilmiş, 5 min 533 sərnişin daşınmışdır. Əks istiqamət üzrə isə xidmətdən 5 min 426 nəfər istifadə etmişdir.
Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin nəzarətdə saxlanması xidmətin keyfiyyətinin yüksəldilməsini şərtləndirən mühüm amillərdəndir. Ötən ay ərzində nazirlik tərəfindən marşrut avtobuslarının təmizliyinə, sürücülərin geyim formasına və hərəkət qrafikinə nəzarət edilmiş, xüsusilə axşam saatlarında şəhərdaxili marşrutların işinin daha səmərəli qurulması, avtobusların marşrut qrafikinə uyğun hərəkəti diqqət mərkəzində saxlanılmışdır. Bundan başqa, ay ərzində 12 fiziki və hüquqi şəxs lisenziyaya cəlb edilmiş, 13 avtonəqliyyat vasitəsinə lisenziya kartları verilmişdir. Qanunsuz sahibkar­lıqla məşğul olan avtonəqliyyat vasitələri də aşkarlanaraq aid təşkilatlarla birlikdə onların sürücüləri barəsində müvafiq tədbirlər görülmüş, yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin avtonəqliyyat vasitələrinə baxış keçirilmiş, 209 nəqliyyat vasitəsinə “İcazə blankı” verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR