23 Dekabr 2024, Bazar ertəsi

Əhalinin etibarlı elektrik enerjisi və mavi yanacaqla təmin olunması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir. Bu ildən etibarən Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılmasına başlanılıb. Qeyd edək ki, bu sayğacların əsas xüsusiyyəti abonentlərin elektrik enerjisi və təbii qazla təminatını öncədən ödəniş etməklə həyata keçirməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyindən aldığımız məlumata görə, cari ilin iyul ayından Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılmasına başlanılıb.

İlkin olaraq, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, Əziz Əliyev, “Təbriz”, Atatürk, “İstiqlal” küçələrində, “Çənlibel”, “Qoçüstü” məhəllələrində, Əliabad qəsəbəsində yerləşən təmir edilmiş ictimai yaşayış binaları yeni sayğaclarla təchiz olunub. Bu günədək 8270 sayğac quraşdırılıb.
Əhali qrupu üzrə təbii qaz istehlakçılarının mavi yanacaqdan müasir standartlara cavab verən texnologiyalar vasitəsilə istifadəsi məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkarttipli qaz sayğaclarının quraşdırılması da davam etdirilir. “Naxçıvanqaz” İstehsalat Birliyindən aldığımız məlumata görə, bu günədək Naxçıvan şəhərində 7680 ədəd sayğac quraşdırılıb. Sayğacların kənar müdaxilələrdən mühafizəsi üçün qutular alınıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR