23 Dekabr 2024, Bazar ertəsi

İqtisadiyyatın stabil inkişafında bank sektorunun mühüm rolu vardır. Naxçıvan Muxtar Respublikasında real sektora investisiya qoyuluşunun artırılması üçün bank sektorunda fəallıq ötən ildə də təmin olunub. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən ötən ilin yekunlarına dair verilmiş məlumatlar belə deməyə əsas verir. 

Banklar qarşısında qoyulmuş ən mühüm vəzifələrdən biri olan iqtisadiyyata kredit qoyuluşunda 2015-ci ildə xeyli irəliləyiş olub. Belə ki, bank və kredit təşkilatları tərəfindən ötən il ərzində 70 milyon 221 min manat kredit verilib ki, bunun da 26 milyon 627 min manatını qısamüddətli, 43 milyon 594 min manatını isə uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditlərin 20 milyon 860 min manatı kənd təsərrüfatının, 14 milyon 318 min manatı sənayenin, 7 milyon 162 min manatı nəqliyyatın inkişafına və digər sahələrə yönəldilib. Kredit qoyuluşu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20 milyon 499 min manat artıb.
Kredit qoyuluşları, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib ki, bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaranmasında əhəmiyyətli rol oynayıb. Belə ki, 2015-ci il ərzində verilmiş kreditlərin 29,7 faizi kənd təsərrüfatının inkişafına, ənənəvi istehsal və kiçik emal sahələrinin dirçəldilməsinə yönəldilib. Bu kreditlər, əsasən, muxtar respublikada qəbul edilmiş dövlət proqramlarının icrasına uyğun olaraq prioritet sayılan toxum və əkin materiallarının, kiçik emal avadanlıqlarının alınmasına, heyvandarlığın inkişafına verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR