23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvanqaz” İstehsalat Birliyi muxtar respublika ərazisində təbii qaz nəqlinin etibarlılığını və fasiləsizliyini təmin etmək məqsədilə ardıcıl tədbirlər görür. Bu işlər cari ilin yanvar ayında da davam etdirilmişdir.
Belə ki, istehlakçılar tərəfindən Qaz İstismarı idarələrinin Qəza Dispetçer xidmətlərinə daxil olmuş 1592 çağırışa operativ baxılmış, 2173 halda qaz sızması aşkarlanaraq aradan qaldırılmışdır. Qış aylarında artan tələbat nəzərə alınaraq sutka ərzində qazın təzyiqi və sərf olunan qazın həcmi qeydiyyata alınmış, mütəmadi olaraq texniki baxış keçirilmiş, lazımi yerlərdə təmir işləri görülmüşdür. Həmçinin yararsız qaz sayğaclarının istismardan çıxarılması və yeni sayğacların quraşdırılması işləri də davam etdirilmiş, Naxçıvan şəhərində 88 ədəd smartkarttipli sayğac quraşdırılmışdır.
Təmir işləri üçün tələbata uyğun ehtiyat bazası da yaradılmış, bütün maşın-mexanizmlər və qaynaq avadanlıqlarının istismara yararlılığı təmin olunmuşdur. Bu dövrdə yeni xətlər çəkilərkən, eləcə də yerdəyişmə və təmir işləri aparılarkən 17 min 134 paqonometr müxtəlifölçülü borulardan istifadə olunmuş, 132 mənzil, fərdi ev və müxtəlif təyinatlı obyekt qazlaşdırılmışdır.
Təbii qazdan səmərəli istifadə və təhlükəsizlik tədbirlərinə əməl olunması məqsədilə reydlər və əhali arasında maarifləndirici tədbirlər yanvar ayında da davam etdirilmişdir. Kadr potensialının artırılması, qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə də diqqət artırılmış, şəhər, rayon Qaz İstismarı idarələrinin bir qrup işçisi Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər” peşəsi üzrə kurslara cəlb olunmuşdur.

“Naxçıvanqaz” İstehsalat Birliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR