23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın paytaxtında hər il genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi Naxçıvan şəhərinin simasını tanınmaz dərəcədə dəyişdirib. Görülən işlər qədim şəhərin gözəlliyini artırmaqla yanaşı, insanların rahat şəraitdə yaşamasına, təhsil almasına, işləməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə zəmin yaradıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin bir hissəsini də təhsil müəssisələrinin yenidən qurulması təşkil edir.

Hazırda Naxçıvan Müəllimlər İnstitutunun binası əsaslı şəkildə yenidən qurulur. Qısa müddətdə burada söküntü işləri aparıldıqdan sonra kommunikasiya xətlərinin yenilənməsinə başlanılıb. Yeni korpusun inşa edilməsi isə bu təhsil müəssisəsinin gələcək fəaliyyətini daha da genişləndirəcək. Belə ki, “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən ucaldılan bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olacaq. İnşaat işlərinə cari ilin aprel ayından başlanılıb. Hazırda binanın üçüncü mərtəbəsində hörgü, sonuncu mərtəbədə isə beton-qəlib işləri görülür, eyni zamanda daxildə suvaq işləri aparılır.

Məlumat üçün bildirək ki, binanın zirzəmi hissəsində idman zalı, yeməkxana, anbar, birinci mərtəbədə kitabxana, elektron oxu zalı, 4 qonaq otağı, ikinci mərtəbədə rektor, kompüter və dərs otaqları, üçüncü mərtəbədə auditoriya, kompüter otağı və kafedra, dördüncü mərtəbədə auditoriya və kompüter otaqları, beşinci mərtəbədə isə 160 yerlik iclas zalı institut kollektivinin ixtiyarına veriləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR