23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada digər sahələrlə yanaşı, dəmir yolu nəqliyyatının inkişafı da diqqət mərkəzində saxlanılır. Son illər bu sahədə yaradılan müasir infrastruktur xidmətin səviyyəsinin yüksəlməsinə, dəmir yolu nəqliyyatından istifadə edənlərin sayının və daşınan yüklərin həcminin artmasına səbəb olmuşdur. Yaradılan şərait dəmir yolu vasitəsilə xarici əlaqələrin inkişafına da imkan verir.
Bu sahədə görülən işlərin nəticəsidir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran Dəmir Yolları arasında 2016-cı il mart ayının 15-də, aprelin 28-də və iyulun 15-də imzalanmış ikitərəfli protokollara, eləcə də qarşılıqlı razılaşmaya əsasən, Naxçıvan Muxtar Respublikasından yüklərin dəmir yolu vasitəsilə daşınmasına dair yeni tariflər təsdiq olunmuşdur. Bununla da, İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına gətirilən və aparılan yüklərin daha ucuz qiymətə daşınması, eləcə də təhlükəsiz və səmərəli nəqliyyat marşrutları təmin edilmişdir. Qeyd olunan marşrutlar üzrə yüklərin dəmir yolu ilə daşınması operativliyin təmin olunmasına və xərclərin digər nəqliyyat vasitələri ilə müqayisədə azalmasına səbəb olacaqdır.
Yeni tariflərə əsasən, Naxçıvan şəhərindən Bəndər-Abbas limanına olan 2311 kilometr yol üçün 1 vaqon yükün (55 ton) daşınması 2162 İsveçrə frankı (3458 manat), Saraks şəhərinə olan 1979 kilometr yol üçün 1 vaqon yükün (55 ton) daşınması 1732 İsveçrə frankı (2770 manat) təşkil edir. Daşımalar yüklərin təyinatına uyğun vaqonlarda həyata keçiriləcəkdir. 

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR