23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada dəmir yolunda daşımaların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır, qatarların fasiləsiz hərəkəti təmin olunur. Bütün bunların nəticəsidir ki, cari ilin ötən dövründə Ordubad-Vəlidağ sahəsində hərəkətdə olan yük və sərnişin qatarlarının fasiləsiz işi təmin olunmuş, dəmir yolu vasitəsi ilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 30 min tona yaxın yük daşınmış, 75 min 419 sərnişin dəmir yolu nəqliyyatından istifadə etmişdir.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları dəmir yollarının istismar vəziyyətini mütəmadi yoxlamış, baş və stansiya yollarında lazımi təmir işləri görmüşdür. Xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə profilaktik tədbirlər də gücləndirilmiş, Culfa Lokomotiv Deposunda lokomotivlər 29 dəfə texniki baxışdan keçirilmiş, 9 lokomotiv cari təmir edilmişdir. Culfa İstismar Vaqon Deposunda isə 6 ay ərzində 77 vaqon depo təmir edilmiş, xidməti ərazidə 2831 ədəd yararsız ağac şpal dəyişdirilmişdir.

Dəmir yolu işçilərinin peşəkarlıq səviyyəsinin artırılması da diqqət mərkəzində saxlanılmış, 24 dəmiryolçu Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan kursu bitirmişdir. Həmçinin dəmiryolçu peşəsinin sirlərinin dərindən öyrənilməsi, praktik biliklərin artırılması və kadrların hazırlanması məqsədilə Naxçıvan Dövlət Universitetinin 8, Naxçıvan Dövlət Texniki Kollecinin isə 13 tələbəsi işə qəbul edilmişdir.
Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən iyun ayında Ordubad dəmiryol sərnişin vağzalı və Ordubad Yol Sahəsinin inzibati binalarında, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarında, yük anbarında, sərnişin və yük platformalarında, eləcə də onları əhatə edən ərazidə kompleks tikinti, yenidənqurma və əsaslı təmir işləri davam etdirilmişdir.

“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR