23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrdə infrastrukturun yenilənməsi həyata keçirilən tikinti-quruculuq tədbirlərinin əsasını təşkil edir. Əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də bu sahədə atılan addımlar yeni infrastruktur obyektlərinin tikilməsinə və ya əsaslı şəkildə yenidən qurulmasına şərait yaradıb. 

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, cari ilin əvvəlindən muxtar respublikada tikinti və ya əsaslı şəkildə təmirdən sonra, ümumilikdə, 95 obyekt, o cümlədən 1 peşə məktəbi, 1806 şagird yerlik 6 ümumtəhsil məktəbi, 6 səhiyyə obyekti, 7 inzibati bina, 15 mədəniyyət obyekti, 2 idman obyekti, 1 yaşayış binası, 20 istehsal və xidmət sahəsi, 37 digər infra­struktur obyektləri istifadəyə verilib. Hazırda iqtisadi və sosial sahələrdə 130 müxtəlif obyektin tikintisi və ya yenidən qurulması davam etdirilir. Eyni zamanda ötən dövrdə səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsini yaxşılaşdırmaq məqsədilə 6 kənd mərkəzi istifadəyə verilib, 10 kənd mərkəzinin inşası isə davam etdirilir.
Bununla yanaşı, muxtar respublikada əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Qeyd edək ki, 2015-ci ildə Naxçıvan şəhərdaxili içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib, Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərin içməli su və kanalizasiya şəbəkəsində işlər tamamlanıb, evlər su ilə təmin edilib. Komitənin məlumatına görə, hazırda Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında, Naxçıvan şəhərinin Tumbul, Qaraçuq, Bulqan və Qaraxanbəyli kəndlərində içməli su və kanalizasiya şəbəkələrində işlər davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR