23 Dekabr 2024, Bazar ertəsi

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən 2016-cı ilin ilk 6 ayı ərzində 2085 hüquqi, 55 min 689 fiziki şəxs olmaqla, 57 min 774 müştəriyə xidmət göstərilib.
Xidmət göstərilən hesabların 51 min 436-sı işlək hesab olub ki, onların 1381-i hüquqi, 50 min 55-i fiziki şəxsdir.
Bəhs olunan dövrdə 32 hüquqi, 9 min 622 fiziki şəxs olmaqla, 9 min 654 müştəriyə yeni bank hesabı açılıb. Açılmış bank hesablarının hamısı fəaliyyət göstərir.
Əsassız nağd ödənişlərə yol vermə­mək üçün müəssisə və təşkilatlara qonşu xarici ölkələrdən aldığı mal və avadanlıqların dəyərinin istənilən valyuta növündə köçürülməsi təmin olunub, akkreditiv forması, avans ödənilməklə və digər müqavilə şərtlərinə uyğun olaraq xarici ölkələrə mal və avadanlıqların dəyərinin ödənilməsi üçün 5 milyon 238 min avro, 8 milyon 319 min ABŞ dolları, 15 milyon 85 min rus rublu köçürülüb. 90-180 gün müddətində avadanlıqların alınıb muxtar respublikaya gətirilməsinə nəzarət olunub, gömrük bəyannamələri alınıb.

Məlumatda o da bildirilir ki, muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən bankların əməliyyat kassalarına daxil olan nağd pul hasilatını artırmaq və Mərkəzi Bankın ehtiyat fondundan dövriyyəyə buraxılan nağd pul kütləsinin artım tempinin aşağı salınması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilib. Həmin tədbirlər hesabına 2016-cı ilin ilk 6 ayı ərzində bankların kassa mədaxili 196 milyon 952 min manat olub. Bankların kassa mədaxilinin 39 milyon 341 min manatı ticarət müəssisələrindən, 4 milyon 32 min manatı sənaye müəssisələrindən, 3 milyon 502 min manatı tikinti müəssisələri və kooperativləri üzrə daxilolmalardan, 6 milyon 614 min manatı yanacaqdoldurma müəssisələrindən, 6 milyon 418 min manatı nəqliyyat müəssisələrindən, 10 milyon 614 min manatı rabitə müəssisələrindən, 1 milyon 61 min manatı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən, 4 milyon 419 min manatı vergi və rüsumlardan, 2 milyon 176 min manatı kommunal xidmətlərdən, 12 milyon 663 min manatı pul köçürmələri və fiziki şəxslərin cari hesablarına daxilolmalardan, 11 milyon 832 min manatı əmlak alqı-satqısı ilə əlaqədar notariat kontorlarının hesabına daxilolmalardan, 94 milyon 280 min manatı isə digər daxil­olmalar hesabına əldə edilib.
Məlumatda deyilir ki, bankların kassa məxarici 359 milyon 37 min manat olub. Bunun 14 milyon 607 min manatını sənaye müəssisələri, 15 milyon 695 min manatını ticarət müəssisələri, 63 milyon 262 min manatını tikinti müəssisələri və kooperativləri, 12 milyon 573 min manatını nəqliyyat müəssisələri, 596 min manatını rabitə müəssisələri üzrə ödənişlər, 194 milyon 655 min manatını əməkhaqqı, pensiya, müavinət, sığorta və digər sosial ödənişlər, 41 milyon 647 min manatını bankın hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlər, 16 milyon 2 min manatını isə digər ödənişlər təşkil edir.
2016-cı ilin birinci yarısında Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 209 milyon 212 min manat nağd pul dövriyyəyə buraxılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR