23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada bütün yaşayış məntəqələri, istehsal və xidmət sahələri qazlaşdırılmışdır. 2016-cı ilin birinci yarısında 715-i əhali, 63-ü qeyri-əhali olmaqla, 778 müxtəlif təyinatlı obyektlərə yeni qaz xətləri çəkilmiş, muxtar respublika üzrə təbii qaz istehlakçılarının ümumi sayı 86 mini ötmüşdür. 

“Naxçıvanqaz” İstehsalat Birliyi qaz verilişində fasilələrin yaranmaması üçün müvafiq tədbirlər görür, təhlükəsizlik məsələlərini daim diqqət mərkəzində saxlayır. Ötən dövrdə də magistral qaz kəmərlərində elektrokimyəvi mühafizə qurğularına mütəmadi nəzarət edilmiş, korroziyaya uğrayan hissələr yenilənmişdir. Korroziyaya uğramış boruların dəyişdirilməsi, yol-tikinti, yenidənqurma və abadlaşdırma işlərinin aparılması ilə əlaqədar olaraq 131 min paqonometrdən artıq müxtəlif diametrli boru istifadə edilmişdir. Həmçinin “Naxçıvanqaz” İstehsalat Birliyində nəzarət ölçü cihazlarının yoxlanması üçün laboratoriya qurulmuşdur.
İlin birinci yarısında qəza dispetçer xidmətləri 10 min 712 sızma aşkarlayaraq aradan qaldırmış, istismara yararsız olan qaz sayğacları yenilənmiş, Naxçıvan şəhərində 2672 smartkarttipli sayğac quraşdırılmışdır.
Birliyin əməkdaşları ötən aylar ərzində müvafiq qurumlarla birlikdə muxtar respublika ərazisində reydləri davam etdirmiş, aşkar olunan nöqsanlar aradan qaldırılmış, təbii qazdan təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirmə işi gücləndirilmişdir. Həmçinin kadr potensialının artırılması, qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılmışdır.

“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR