23 Dekabr 2024, Bazar ertəsi

 Culfa rayonunda cari ilin ötən dövrü ərzində tikinti-quruculuq tədbirləri geniş vüsət alıb. Şəhər və kənd yaşayış məntəqələrinin abadlaşdırılması diqqət mərkəzində saxlanılıb. Mənzil-kommunal təsərrüfatı sektorunda xidmətlərin müasir standartlara uyğunlaşdırılması, istismarda olan binaların cari və əsaslı təmiri daha da genişləndirilib. Məlumat üçün bildirək ki, 2016-cı ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 14 milyon 316 min 100 manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 3,7 faiz artaraq 13 milyon 100 min 300  manat olub. 

Cari ilin ötən dövründə Saltaq kəndində kənd məktəbinin, həkim ambulatoriyasının, kənd və xidmət mərkəzlərinin tikintisi, su dəyirmanının, rayon mərkəzindəki Məmməd Əsgərov küçəsindəki 17 nömrəli yaşayış binasının əsaslı təmiri başa çatdırılıb. Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin inzibati binasının və yardımçı binalarının, Gülüstan kənd və xidmət mərkəzlərinin tikintisi, Culfa şəhərində 15 nömrəli binanın əsaslı təmiri, həmçinin 15 və 17 nömrəli binaların həyətlərinin abadlaşdırılması davam etdirilir.

Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edən içməli su və kanalizasiya sistemlərinin təmiri və yeniləşdirilməsi istiqamətində də tədbirlər görülür. Belə ki, “Şəhər su təchizatı və kanalizasiya layihəsi” üzrə su və kanalizasiya xətlərinin yenidən qurulması, bu sahədə yeni infrastrukturun yaradılması məqsədilə Culfa şəhərində su anbarlarının, sutəmizləyici qurğuların, şəhərdaxili su və kanalizasiya şəbəkəsinin tikintisi sürətlə həyata keçirilir.
Bu dövrdə kənd yaşayış məntəqələrində də içməli su xətlərinin istismar vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra işlər görülüb. Belə ki, Saltaq kəndində 234 metr yeni kaptaj qazılaraq 470 metr uzunluğunda yeni su xətti çəkilib, mövcud su xəttinin 312 metri yeniləşdirilib, Xanəgah, Yaycı, Qazançı, Göydərə kəndlərində mövcud su xətlərinin, ümumilikdə, 1400 metri təmir edilib, Ərəzin kəndində su kaptajının 20 metrində bərpa işləri aparılıb, Kırna kəndində su xəttinin 550 metri yenidən qurulub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR