23 Dekabr 2024, Bazar ertəsi

Ordubad rayonunun quruculuq xəritəsi ildən-ilə genişlənir. Quruculuq tədbirləri cari ildə də davam etdirilir. Belə yaşayış məntəqələrindən biri Baş Dizə kəndidir. Rayonun kiçik yaşayış məntəqələrindən biri olan Baş Dizədə aparılan kompleks quruculuq tədbirlərinə mart ayında start verilib.
Burada kənd tam orta məktəbi, kənd və xidmət mərkəzləri üçün binalar inşa olunur. Quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. Onlara hərtərəfli şərait yaradılıb.
Üç mərtəbədən ibarət olan məktəb binası 156 şagird yerlik nəzərdə tutulub. Təhsil ocağının yeni binasında geniş və işıqlı sinif otaqları, kitabxana, idman zalı, kompüter və elektron lövhəli siniflər, laboratoriya müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Kənd mərkəzi 2 mərtəbədən ibarətdir. Burada fəaliyyət göstərəcək müxtəlif dövlət qurumları üçün hərtərəfli iş şəraiti yaradılacaq.
Yeni xidmət mərkəzi də kənd sakinlərinə dövlətimizin növbəti qayğısıdır.
Hər 3 obyektdə tikinti işləri əsasən başa çatdırılıb. Hazırda suvaq çəkilir, daşüzləmə işləri görülür.
Obyektlərin inşası başa çatdırıldıqdan sonra ərazi abadlaşdırılacaq, yaşıllıq zolaqları, gülkarlıqlar salınacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR