Hər il olduğu kimi, cari ildə də Babək rayonunun bir neçə kənd yaşayış məntəqəsinə muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirlərindən pay düşüb. Hazırda rayonun Məzrə kəndində tam orta məktəb, kənd və xidmət mərkəzləri üçün binaların tikintisi aparılır. 270 şagird yerlik nəzərdə tutulmuş tam orta məktəbin binası üçmərtəbəli, kənd mərkəzi isə ikimərtəbəli olacaq. Həyata keçirilən tikinti-quruculuq tədbirləri çərçivəsində kənddaxili yollar da yenidən qurulur.
Hacıvar kəndində isə kənd və xidmət mərkəzlərinin tikintisi aparılır. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçıları tərəfindən ötən müddətdə hər iki obyektdə hörgü işləri başa çatdırılıb, binaların dam örtüyü vurulub, kommunikasiya xətlərinin çəkilişi yekunlaşıb. Binaların daxilində suvaq işləri görülüb, fasad hissədə müasir memarlıq üslubunda dizayn işləri aparılıb. İnşaat işləri yekunlaşdıqdan sonra binaların ətrafları abadlaşdırılacaq, yaşıllıq sahələri və gülkarlıqlar yaradılacaqdır.
Hacıvar-Yarımca avtomobil yolunun kənarında yerləşən Badaşqan kəndində inşa olunan xidmət mərkəzində isə son tamamlama işləri aparılır.
Xəbərlər şöbəsi