22 Dekabr 2024, Bazar

Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü münasibətilə Culfa rayonunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə təşkilatın sədri Qadir İbrahimov açaraq məruzə edib.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası çox mürəkkəb bir tarixi şəraitdə yaradılıb. 1988-92-ci illərdə özünün ən mürəkkəb dövrünü yaşayan Azərbaycan bu müddət ərzində müstəqilliyini qazanmış, lakin sonrakı proseslər ölkəni faktiki olaraq qarşısıalınmaz böhrana sürükləmişdi. Köhnə iqtisadi model çökmüş, təfəkkür, idarəçilik prinsipləri dəyişmişdi. Yeni situasiyanı idarə etmək üçün prosesləri nəzarət altında saxlaya biləcək bir sistemin yaradılması isə mümkün olmamışdı. Eyni zamanda ermənilər Dağlıq Qarabağda müharibəyə başlamış və Azərbaycan torpaqlarını işğal etmişdilər.

Ardını oxu...

Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü ilə əlaqədar partiyanın Şərur Rayon Təşkilatında tədbir keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan indiyədək ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin aparıcı qüvvəsi kimi Azərbaycan xalqının taleyüklü məsələlərinin həllinə özünün layiqli töhfələrini vermişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə alay komandiri, polkovnik İspəndiyar Əhməd­ov açaraq qeyd edib ki, bu gün hərbi hissədə əlamətdar bir gündür. Məhz bu gün xidmətə yeni başlayan əsgərlərimiz hərbi and içirlər.
Bildirilib ki, and müqəddəsdir. Hərbi and hər bir hərbi qulluqçunu mübariz olmağa çağırır. Hərbi andı qəbul edəcək gənc əsgərlər komandirlərin öyrətdikləri bilikləri dərindən mənimsəməli, fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında, zərərçəkmiş əhaliyə ilk tibbi və digər yardımların göstərilməsində komandirlərin əmrlərinə tabe olmalıdırlar. Bu gün and içən hər bir əsgər doğma Azərbaycanımızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü keşiyində layiqincə duracağına, texnikanın sirlərinə bələd olacağına, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının əsgəri kimi Vətənə və xalqa sədaqətlə xidmət edəcəyinə şərəf sözü verir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il noyabrın 11-13-də Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur.
Dövlət başçısı səfər müddətində bir sıra görüşlər keçirmiş, hər iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Xüsusilə keçirilən müxtəlif səviyyəli görüşlər zamanı strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunmuş, Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyi vurğulanmışdır.

Ardını oxu...

1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan parlamenti tarixi qərarlar qəbul etmişdir

Hər bir xalq öz müstəqillik arzusunu, istiqlal duyğusunu həmişə ürəyində yaşadıb. Haçansa onun gerçəkləşməsi, reallaşması üçün yaranacaq əlverişli məqamı gözləyib. Azərbaycan xalqı üçün belə bir məqam isə ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq keçmiş SSRİ-də və bütün dünyada gedən ictimai-siyasi proseslərin labüd nəticəsində yarandı. 1988-ci ilin 17 noyabrında azadlıq və istiqlaliyyət arzusunda olan xalq öz qəti sözünü deməkdən, gücünü, birliyini, əzmini göstərməkdən ötrü meydanlara axışdı və milli azadlıq uğrunda mübarizənin yeni mərhələsi başlandı.

Təbii ki, azadlıq istəyi xalq hərəkatından başlansa da, həmin günlərdə meydanda xalqın, həqiqi mənada, milli lideri olmadığından dövlətçiliyimizin dirçəliş ideyasının həyata keçirilməsində siyasi və tarixi baxımdan mühüm və vacib addımlar atılmadı. Xalq getdikcə daha ya­xından əmin olurdu ki, onun milli liderə böyük ehtiyacı vardır. Belə bir tarixi şəxsiyyət isə yalnız ulu öndər Heydər Əliyevdir. Əslində, bunu o vaxtkı ittifaq və respublika rəhbərliyi də aydın dərk edir və buna görə də bu nəhəng insanı, uzaqgörən siyasətçini siyasi təqiblərə, əsassız böhtanlara məruz qo­yur, xalqın onun ətrafında birləşəcəyindən qorxur, Azərbaycana qayıdaraq si­yasi fəaliyyətlə məşğul olmasına əngəllər törədirdilər.

Ardını oxu...

İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Abişer Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olmuşdur. Universitetlə tanışlıq zamanı qonağa universitetin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti və tələbə kontingenti, tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilmişdir.

Universitetin rektoru, professor Saleh Məhərrəmov bildirmişdir ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafı, dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi daim diqqət mərkəzindədir.  Naxçıvan Dövlət Universiteti 2012-2013-cü tədris ili üçün Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, TQDK-nın tərtib etdiyi ali təhsil müəssisələrinin reytinq cədvəlində yeddinci yerdə dayanır. Dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malik olan bu ali məktəbdə 5000-dən çox tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır. Universitet bir çox beynəlxalq layihələrdə uğurla təmsil olunur.

Ardını oxu...

Dünən Culfa rayonunda rayon bələdiyyə sədrlərinin iştirakı ilə “Bələdiyyə mülkiyyətinin idarə olunmasının xüsusiyyətləri” mövzusunda seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyətinin şöbə müdiri Cəlil Ağayev açaraq rayonda bələdiyyələrin fəaliyyətindən danışıb, bələdiyyələrin mülkiyyətinin qanunvericiliyin tələblərinə uyğun idarə olunmasının günün vacib tələblərindən olduğunu deyib. O bildirib ki, bələdiyyə qərarlarının qəbul edilməsi prosedurunun düzgün həyata keçirilməsi, yerli vergi və ödənişlərin qanunauyğun toplanması, maliyyə sənədləşmələrinin düzgün aparılması və maliyyə vəsaitlərinin düzgün istifadəsi bələdiyyələr qarşısında duran əsas vəzifələrdəndir.

Ardını oxu...

Partiyanın Ordubad Rayon Təşkilatında tədbir keçirilib

“Ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanda fəaliyyət göstərən ümummilli liderimiz Heydər Əliyev 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə deputat seçilməklə yenidən fəal siyasətə başladı. Bir il sonra – 1991-ci il sen­tyabrın 3-də əhalinin təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilərək muxtar respublikanı həm sosial-iqtisadi fəlakətdən qurtarmaq, həm də erməni təcavüzündən qorumaq kimi taleyüklü xilaskarlıq missiyasını öz çiyinlərinə götürdü.
Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan ulu öndərimizin müstəqilliyimizin və dövlətçiliyimizin itirilmək təhlükəsi ilə üzləşdiyi bir dövrdə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bir tərəfdən, bütövlükdə, xalqımızın yekdil arzusuna çevrilmişdisə, digər tərəfdən bu, tarixin çoxdan bəri diktə etdiyi qaçılmaz, qarşısıalınmaz obyektiv zərurət idi. Məhz bu zərurəti və xalqın bütün təbəqələrinin arzusunu ifadə edən Azərbaycanın tanınmış 91 ziyalısı 1992-ci il oktyabr ayının 16-da “Səs” qəzeti vasitəsilə ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizi gözləyir” adlı müraciət etdi. Müraciətdə dahi şəxsiyyətdən Azərbaycanı fəlakətlərdən qurtaracaq yeni bir siyasi təşkilatın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq vermək xahiş olunurdu. Görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələblərinə müsbət cavab verərək bildirirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Saleh Məhərrəmov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası zamanın tələbi ilə yaranan partiyadır. Tarix boyu azad, müstəqil olmaq arzusu ilə yaşayan xalqımız 1991-ci ilin oktyabrında bu istəyinə nail olsa da, müstəqilliyimizin ilk illərində ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, ən əsası şəxsi maraqlarını xalqın, dövlətin mənafeyindən üstün tutan şəxslərin rəhbərlik etməsi bu sevincə kölgə saldı. Ölkədə ictimai-siyasi durumun gərginliyi, iqtisadi böhran, vətəndaş müharibəsi təhlükəsinin yaranması, digər tərəfdən Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsinin, həmin dövrün iqtidarının dövlətin mənafeyini arxa plana keçirməsinin nəticəsi olaraq, ərazilərimizin bir-birinin ardınca ermənilər tərəfindən işğalı xalqın sabaha  ümidini itirməsinə səbəb olmuşdu.

Ardını oxu...

2013-cü il iyun ayının 26-da Azərbaycan Silahlı Qüvvələri yaradılmasının 95 illiyini böyük təntənə ilə qeyd etdi. Bu şərəfli yubileyin təntənəsini paytaxt Bakı şəhərində keçirilən paradda Azərbaycan xalqı ilə bərabər, bütün dünya ölkələri də izlədi. Təbii ki, bu paradın möhtəşəmliyinə sevinərək müsbət mesajlar verən dost ölkələr də oldu, əksinə, bundan ehtiyat edib narahatlığını bildirənlər də. Ancaq şəxsən mənim üçün bu möhtəşəmliyin fonunda bir də Ali Baş Komandanın söylədiyi fikirlər böyük əhəmiyyət kəsb edir: “...Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir!” Artıq ordumuzun adı dünyanın güclü orduları sırasında çəkilir və bu fikirlər ölkənin ən ali şəxsinin dilindən səsləndirilir.

Azərbaycanda ordu quruculuğu istiqamətində ilk addımların ulu öndər Heydər Əliyev tərəfindən bu diyarda – Naxçıvanda atıldığı hamımıza məlumdur. 1994-cü ilin may ayında düşmən ölkə ilə atəşkəs haqqında sazişin bağlanması bu prosesi daha rahat və sürətli şəkildə aparmağa imkan vermiş, ölkəmizdə çox qısa zamanda zəruri tədbirlər həyata keçirilərək nizami hərbi birləşmələrin yaradılmasına nail olunmuşdur. Azərbaycanın sürətli iqtisadi inkişafı ordu quruculuğuna da öz töhfəsini vermiş, Silahlı Qüvvələrimiz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinin iştirakı ilə “Heydər Əliyev ümummilli liderdir” mövzusunda rus dilində açıq dərs keçilmişdir. Əvvəlcə tələbələr ümummilli lideri­mizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Açıq dərsdə kollecin rus dili müəllimi Məfkurə Hüseynova tələbələrə ümummilli lider Heydər Əliyevin  Azərbaycan naminə fəaliyyətinin müxtəlif dövrləri haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi xalqımızın böyük oğlu Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.

Ardını oxu...

Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Rivan Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub. Səfər çərçivəsində argentinalı səfir Naxçıvan Avtomobil Zavodunda, “Gəmiqaya Mineral Sular” MMC-nin istehsal sahələrində, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi”ndə  və “Gəmiqaya” Mebel Fabrikində olub. Bu istehsal müəssisələri ilə tanışlıq zamanı səfirə  müəssisələrin istehsal gücü, məhsulların çeşidi, ixrac imkanları haqqında ətraflı məlumat verilib.
Muxtar respublikanın qonağı diyarımızın gəzməli-görməli yerləri ilə tanışlıq çərçivəsində Naxçıvan  Dövlət Xalça Muzeyini gəzib. Möminə xatın türbəsi, Açıq Səma Altında Muzey, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Heydər Əliyev Sarayında fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyası və Nuh Peyğəmbərin məzarüstü türbəsi də argentinalı səfirin tanış olduğu məkanlar arasında olub.

Səbuhi HƏSƏNOV

Xəbər verdiyimiz kimi, bu ilin 28-31 oktyabr tarixlərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin növbəti sessiyası keçirilib. Sessiyada bir sıra digər məsələlərlə yanaşı, Avropada xüsusi statusa malik region və ərazilərə dair hesabat da dinlənilib. Sessiyanın gedişi, müzakirə olunan məsələlər və bu məsələlərin, ümumilikdə, Azərbaycan və xüsusilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyəti haqqında suallarımızı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov cavablandırır:

– Anar müəllim, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin budəfəki sessiyası hansı xüsusiyyətləri ilə yadda qaldı?
– Məlum olduğu kimi, 28-31 ok­tyabr 2013-cü il tarixdə Fransanın Strasburq şəhərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 25-ci sessiyası keçirilmişdir. Sessiyanın işində Azərbaycan Respublikasının yerli və regional seçkili orqanlarından, o cümlədən Naxçıvan Muxtar Respublikasından olan nümayəndələr iştirak etmişlər. Avropa Şurasının Konqresinin maraq dairəsinin geniş olduğunu nəzərə alaraq, sessiyanın gündə­liyi bir neçə spektri əhatə edən məsələləri özündə əhatə edirdi. Bunlardan bir qismi konqresin mandatına uyğun olaraq, üzv dövlətlərdə müvafiq sahədəki vəziyyətin monitorinqinin aparılması, onun müzakirəsi və postmonitorinq prosesinin təşkili, ənənəvi olaraq seçki müşahidə missiyalarının hesabatlarının dinlənilməsi olmuş, digər tərəfdən isə son zamanlar diqqət mərkəzində olan institusional məsələlər də daxil edilmişdir.

Ardını oxu...

Babək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təşkilatçılığı ilə “Bələdiyyə mülkiyyətinin idarə olunmasının xüsusiyyətləri” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nihal Məmmədov açaraq rayonda bələdiyyələrin fəaliyyətindən danışıb, bələdiyyələrin mülkiyyətinin qanunvericiliyin tələblərinə uyğun idarə olunmasının günün vacib tələblərindən olduğunu deyib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsində “Ulu öndər Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev açaraq Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, 1995-ci il noyabr ayının 12-də qəbul olunmuş Konstitusiyanın müstəqil Azərbaycanın ilk Əsas Qanunu olduğunu vurğulamışdır.

Ardını oxu...

 Müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi Azərbaycan bayrağı

Ulu öndər Heydər ƏLİYEV: Gərək hər bir evdə Azərbaycan bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.

Ölkəmizdə dövlət rəmzlərinə ən yüksək səviyyədə hörmət və ehtiramın göstəricisidir ki, 2009-cu ilin 17 noyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır. Həmin sərəncamdan sonra hər il noyabrın 9-u möhtəşəm bayram kimi qeyd edilir.

Ardını oxu...

Noyabrın 8-də Naxçıvan şəhərində Dövlət Bayrağı Günü münasibətilə yürüş-konsert təşkil edilmişdir.
Yürüşdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş, Naxçıvan Qarnizonunun Nümunəvi Hərbi Orkestri Azərbaycan Respublikasının Dövlət himnini səsləndirmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Konstitusiyası  hüquq və azadlıqların ali təminatçısıdır

Ulu öndər Heydər ƏLİYEV: Konstitusiya, birinci növbədə, dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri – bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir.

Hər il 12 noyabr – Azərbaycan Respublikası Kons­titusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur. Azərbaycan Respublikası Konstitusiyasının hazırlan­ması və qəbul edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin dönməz iradəsi, gərgin əməyi, dərin hüquq düşüncəsi və siyasi uzaqgörənliyi nəticəsində mümkün olmuşdur.
Konstitusiya dövlət və xalq arasında ən mühüm ictimai münasibət­ləri tənzimləyən, konstitusion quruluşun, dövlət hakimiyyəti təşkilinin əsaslarını özündə əks etdirən ən ali qanundur. Digər qanunlardan fərqli olaraq, Konstitusiyanı ona görə “Əsas Qanun” adlandırırlar ki, o, ictimai həyatın bütün sahələrini əhatə edən münasibətləri nizama salır, habelə cəmiyyətdə siyasi sabitliyin, ümumi maraqların təminatçısı kimi çıxış edir, dövlətin statusunu, fəaliyyət konsepsiyasını, gələcək prioritetlərini əks etdirir, şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin sivil qaydalarını müəyyən edir.

Ardını oxu...

Hər il ölkəmizdə 10-17 noyabr tarixi “Tələbə-gənclər həftəsi” kimi qeyd olunur.
Ölkəmizdə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər gənclərə göstərilən diqqət və qayğını daim dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirmişdir. Bu sahənin hüquqi bazasının yaradılması, gənclərlə işin daha da təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılmış, ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmışdır. 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalanmış, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, müxtəlif illərdə “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərman, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında” Sərəncam, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” qanun, fərman və sərəncamlar, habelə “Gənc ailə”, “Ordudan tərxis olunmuş gənc­lərin məşğulluğu” Dövlət proqramları qəbul edilmiş, gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına geniş imkanlar açılmış, bu sahədə əsas vəzifə və məqsədlər müəyyənləşdirilmişdir.

Ardını oxu...

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan Dövlət Universitetində də tədbir keçirilmişdir. Ali təhsil ocağının Tələbə-Gənclər Təşkilatı tərəfindən təşkil olunan tədbir Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağının zala gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci il iyun ayının 24-də Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında ilk qərar verilmiş, bu qərara əsasən, üzərində ağrəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq Dövlət bayrağı kimi qəbul olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə həmin bayraq aypara və səkkizguşəli ulduz qalmaqla üçrəng­li – mavi, qırmızı və yaşıl zolaqlardan ibarət bayraqla əvəz edilmişdir. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilmişdir. Məhz bu gün – 9 noyabr tarixi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Fərmanı ilə Dövlət Bayrağı Günü elan edilmişdir.

Ardını oxu...

Naxçıvan şəhərində keçirilən “Naxçıvan Muxtar Respublikasında sahibkar­lıq potensialının gücləndirilməsinə dəstək” mövzusunda seminar bu gün başa çatacaq.
Dünən ekspertlərdən Tofiq Hümbət­ovun “Dövlət qeydiyyatının “bir pəncərə” prinsipinin xüsusiyyətləri və praktik istifadə imkanı” mövzusunda məruzəsi dinlənilmişdir. Qeyd edilmişdir ki,  dünyada gedən böhran proseslərinə və bir sıra aparıcı ölkələrdə iqtisadi artım sürətinin aşağı düşməsinə baxmayaraq, dövlətimizin çevik və işlək mexanizmlər üzərində qurulmuş uğurlu iqtisadi fəaliyyəti nəticəsində son illər iqtisadi artım tempinə görə lider mövqedə olan milli iqtisadiyyatımızda çox az ölkələrin nail olduğu yüksək dayanıqlılıq və sabitlik təmin edilmişdir. Dövlətin səyi və qətiyyəti nəticəsində ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, xüsusilə real sektora xarakterik olan yüksək artım tempi və aparılan islahatlar müasir dövrdə vergi sisteminin inkişafına təkan vermiş, gələcək inkişaf üçün yeni perspektivlər və imkanlar müəyyənləşdirmişdir. Qlobal informasiyalaşdırma və ümumdünya informasiya cəmiyyətinin formalaşdırılması sahəsində ən çox nəzərəçarpan tendensiya kimi elektron hazırlığın artımını və elektron hökumətin inkişafının sürətləndirilməsini göstərmək olar. Bu tendensiyaların müntəzəm monitorinqi bir çox beynəlxalq və milli təşkilatların əsas diqqət mərkəzindədir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin əsas istiqamətlərindən biri də ətraf mühitin qorunması, ekoloji problemlərin həll edilməsi və əlverişli ekoloji mühitin yaradılmasından ibarətdir. Müxtəlif təbii amillər, həmçinin muxtar respublikada kənd təsərrüfatının, müxtəlif sənaye sahələrinin inkişafı yaşıllıqların əhəmiyyətini daha da artırır və həyati əhəmiyyətli edir.
Ötən əsrin 90-cı illərindən əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yaşıllaşdırma tədbirləri geniş vüsət alıb, yaşıllıqların ərazisi 0,6 faizdən 10 faizədək artırılıb. Görülən işlər 2013-cü ildə də uğurla davam etdirilib. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, muxtar respublikada payız mövsümündə 200 hektardan çox ərazidə meşəsalma, meşəbərpa işlərinin görülməsi və meyvə bağlarının salınması planlaşdırılıb.

Ardını oxu...

Bu mövzuda 24-25 oktyabr tarixlərində keçirilən seminar dünən öz işini davam etdirməyə başlayıb

Dünən Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında “Naxçıvan Muxtar Respublikasında sahibkarlıq potensialının gücləndirilməsinə dəstək” mövzusunda seminar keçirilib. Seminarın ilk məşğələsi kiçik və orta sahibkarların maliyyə və kredit mənbələrindən, kiçik biznesin maliyyələşdirilməsinin alternativ metodlarından istifadə imkanlarına həsr edilib.
Tədbiri ATƏT-in Bakı Ofisinin əməkdaşı Matilde Nquyen Raniqel açıb. Qeyd olunub ki, son illər ATƏT-in Bakı Ofisi iqtisadi idarəetmənin keyfiyyətini artırmaq, Bakıda və Azərbaycanın regionlarında əlverişli biznes mühitini təşviq etmək üçün normativ hüquqi məsələlərin yaxşılaşdırılması istiqamətində dəstək tədbirləri həyata keçirməyi diqqət mərkəzində saxlayır. Naxçıvan Muxtar Respublikasında ilk belə tədbir 2009-cu ilin mayında keçirilib.

Ardını oxu...

2013-cü il noyabrın 5-də saat 1815 radələrində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işlərini aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açmışdır. Həmin vaxt sürücü atəşdən yayınmaq məqsədilə özünü traktordan ataraq dambanın arxasına keçmişdir.
Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəlmişlər. Hadisə yerinə baxış keçirilmiş və aidiyyəti üzrə məlumat  verilmişdir.
İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, atılan 7,62 millimetrlik güllələrdən ikisi traktorun radiatoruna, biri isə sürücü kabinəsinin yan hissəsinə dəymişdir. Həmçinin traktorun yerləşmə vəziyyəti və güllələrin atılma istiqaməti sübut edir ki, atəş İran İslam Respublikası ərazisindən açılmışdır.
Hadisə ilə bağlı qarşı tərəf məlumatlandırılmış və izahat tələb edilmişdir. Hal-hazırda təhqiqat-ekspertiza işləri davam etdirilir.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi vergi ödəyiciləri ilə münasibətlərin qarşılıqlı inam əsasında aparılmasına imkan verən çevik və işlək mexanizmlərin tətbiqində maraqlıdır. Bu məqsədlə nazirlik yaxın zamanlarda vergi ödəyiciləri ilə könüllülük əsasında partnyorluq sazişlərinin imzalanmasına başlamağı planlaşdırır. Vergi orqanları ilə vergi ödəyicisi arasında könüllü niyyət razılaşması olan bu sazişin imzalanması vergilərin düzgün və tam ödənilməsində vergi orqanlarının yükünün biznes cəmiyyəti ilə bölüşdürülməsinə, münasibətlərin qarşılıqlı əməkdaşlıq və məsuliyyət platformasında qurulmasına xidmət edir. Mövzu ilə bağlı suallarımızı nazirliyin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Mirhüseyn Seyidov cavablandırır.
– Mirhüseyn müəllim, artıq vergi ödəyiciləri ilə partnyorluq sazişlərinin bağlanmasına başlanılır. Əvvəlcə, belə bir suala aydınlıq gətirək: bu sazişlərin mahiyyəti nədən ibarətdir?

Ardını oxu...

Xəbər verdiyimiz kimi, 31 oktyabr-1 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş III Bakı  Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu noyabrın 2-də və 3-də Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Qonaqlardan bir neçəsi ilə görüşüb həmsöhbət olduq, təəssüratlarını öyrəndik.
Paolo Kasaqranda (İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti):
– Ölkəniz sürətli və hərtərəfli inkişaf yolundadır. İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti kimi Bakıda keçirilən III beynəlxalq forum mənim üçün çox maraqlı oldu. Ölkələrimiz arasında mədəni əlaqələr getdikcə artır, inkişaf edir. Romanın məşhur Kapitoli Muzeyində həyata keçirilən təmir işlərinə Heydər Əliyev Fondunun dəstəyi məhz bu əlaqələrin göstəricisidir. Naxçıvanla bağlı onu deyə bilərəm ki, burada heç zaman olmamışam.

Ardını oxu...

Oktyabrın 30-da Strasburqda keçirilən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasının Regionlar Palatasının plenar iclasında italiyalı məruzəçi Bruno Marzianonun “Avropada xüsusi statusa malik region və ərazilər” adlı hesabatı dinlənilib.
İnformasiya agentliklərinin məlumatına görə, hesabatın Avropada müxtəlif muxtariyyət formalarından bəhs edilən hissəsində Azərbaycanda Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu da xüsusi qeyd olunaraq belə bir modelin çox faydalı olduğu vurğulanır. Bundan başqa, sənəddə ümumi olaraq bu kimi muxtariyyətlərin xüsusi regional statusa malik olması, separatçı tendensiyalara qarşı səmərəli bir tarazlığın yarada biləcəyi də bildirilib.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində növbəti açıq dərs keçilib. “Milli dəyərlərimizin hamisi” mövzusuna həsr olunmuş budəfəki açıq dərsin iştirakçıları Naxçıvan şəhərindəki 8 nömrəli tam orta məktəbin şagirdləri olub.
Məktəbin tarix müəllimi Gülnaz Hüseynova bildirib ki, qədim dövlətçilik tarixinə malik Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Ardını oxu...

Uzun illər mavi yanacağa həsrət qalan muxtar respublikamızda bu problem bir neçə ildir ki, öz həllini tapıb. Həyata keçirilən məqsədyönlü tədbirlər hesabına diyarımızın ən ucqar dağ və sərhəd bölgələrinə belə, qaz xətti çəkilib. Məlumat üçün bildirək ki, bu gün muxtar respublikamızda 82 min 465 abonent, o cümlədən 80 min 919 əhali abonenti və 1546 qeyri-əhali abonenti təbii qazdan istifadə edir. “Naxçıvanqaz” İstehsalat Birliyi və həmin qurumun rayonlardakı təşkilatları tərəfindən qaz təsərrüfatının etibarlılığını və səmərəliliyini artırmaq, qaz istehlakçılarını fasiləsiz və təhlükəsiz təbii qazla təmin etmək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlayır. Qarşıdan qış mövsümü gəlir. Bəs qış mövsümünə hazırlıq işləri necə gedir? “Naxçıvanqaz” İstehsalat Birliyinin  rəis müavini Ramin İsmayılov bildirdi ki, payız-qış mövsümündə mavi yanacaqdan səmərəli istifadə etmək, fasilələrə yol verməmək, əhalinin hər hansı problemlə üzləşməməsi üçün tədbirlər planı tərtib olunmuş, reallaşdırılması nəzərdə tutulan tədbirlər, demək olar ki, əsasən başa çatdırılmış, cari işlər davam etdirilir.

Ardını oxu...

“Azərbaycandan ərazicə ayrı düşmüş Naxçıvanın Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün böyük səylər göstərən Araz-Türk Respublikasının xarici işlər naziri Bəhram xan Naxçıvanski təmsil etdiyi dövlətin ərazisinin qorunması uğrunda fəal mübarizə aparmışdır”.

Azərbaycan Respublikasının diplomatik xidmətinin 90 illiyi münasibətilə keçirilən konfransda
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun çıxışından

Diplomatiya tariximizdə ən qüdrətli simalar arasında Bəhram xan Naxçıvanski xüsusi yer tutur. İndiyə qədər aparılan tədqiqatlarda bu görkəmli şəxsiyyətin, əsasən, hərbçi və daxili idarəçilik sistemində fəaliyyəti daha çox qabardılsa da, 1918-1920-ci illərdə Bəhram xan Naxçıvanski bir müddət diplomatik fəaliyyətlə də məşğul olmuşdur. O dövrdə Naxçıvanda ermənilər tərəfindən törədilən qırğınların qarşısını almaq məqsədilə yaradılmış Araz-Türk Respublikasının nümayəndə heyətinin başçısı kimi Bəhram xan Naxçıvanski nəinki Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nümayəndələri ilə, hətta Qafqazdakı müttəfiq qoşunlarının komandanı general V.Tomsonla, Tiflisdə Gürcüstan hökumətinin nümayəndələri ilə danışıqlar aparmış, Naxçıvan məsələsinin Paris Sülh Konfransında müzakirəsinin mümkünlüyü haqqında danışıqlarda iştirak etmişdir.

Ardını oxu...

31 oktyabr-1 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu noyabrın 2-də Naxçıvan Muxtar Respublikasına səfər edib. Tanışlıq məqsədilə reallaşdırılan səfərin birinci günü qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olublar. Burada onlara ulu öndərimizin həyatı və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verilib. Sonra muxtar respublikamızın qonaqları Naxçıvan şəhərindəki Xalça Muzeyində, əl işlərinin sərgi-satış mağazasında, Heydər Əliyev Sarayında, “Xan Sarayı”  Dövlət Tarix-Memarlıq Muzeyində olublar. Forum iştirakçıları ilk dəfə Şərqdə qadının şərəfinə ucaldılmış abidə olan Möminə xatın türbəsini də ziyarət ediblər. Açıq Səma Altında Muzey, Nuh Peyğəmbərin məzarüstü türbəsi və Duzdağ Fizioterapiya Mərkəzi də qonaqların ən çox maraq göstərdiyi məkanlardan olub.    

Ardını oxu...

Siyasi partiyalar müasir demokratik dövlətlərdə cəmiyyətin siyasi sisteminin çox mühüm institutlarından biridir. Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş dövlətlərdə siyasi partiyalar elə də çoxsaylı olmur. Bu məhz ona görədir ki, partiyalar öz xalqlarının, dövlətlərinin gələcəyi ilə bağlı inkişaf məqsədlərində vahid mövqeli olub, yalnız siyasi taktika və konseptual strategiya baxımından öz aralarında mübarizə aparıb hakimiyyətə gəlmək, öz proqram məqsədlərini reallaşdırmaq üçün səlahiyyət əldə etmək istəyirlər.

Etiraf edək ki, bu gün Azərbaycanda siyasi partiyalar həddindən artıq çoxsaylı olsa da, onların böyük əksəriyyətinin ümummilli mənafe naminə nə siyasi-taktiki fəaliyyəti, nə də konseptual-strateji proqram məqsədləri cəmiyyətə məlum deyildir. Çünki hazırda fəaliyyətdə olan partiyaların böyük bir qismi 1990-cı illərin əvvəllərinin anarxiya burulğanında meydanlarda keçirilən mitinqlərdə bir neçə dəfə çıxış etməklə öz qapalı, məhdud düşüncələrində özlərinin siyasi liderlik kultunu yaratmış şəxslərin ətrafında təşəkkül tapmışdır. Ölkəmizdə müasir, hüquqi, demokratik dövlət quruculuğunun sonrakı mərhələsində bu partiyalar siyasi zamanla, cəmiyyətin inkişafı ilə ayaqlaşa bilmə­miş, mövcudluqlarını sürdürsələr də, xalqın etimadından məhrum olmuşlar.

Ardını oxu...

31 oktyabr-1 noyabr 2013-cü il tarixlərində keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu noyabrın 2-si və 3-də Naxçıvan Muxtar Respublikasında olub. Muxtar respublikanın müxtəlif tarixi məkanları, mədəniyyət müəssisələri ilə tanış olan forum iştirakçıları “Şərq qapısı” qəzetinin əməkdaşları ilə təəssüratlarını bölüşüblər.
Avtandil Beridze (Gürcüstanın Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri):
– Mən Bakıda Humanitar Forumda iştirak etməyə gələrkən Naxçıvana da gedəcəyimizi biləndə çox şad oldum. Bura gəlmək, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşmək mənim üçün çox vacib idi. Çünki Acarıstanla Naxçıvan arasında tarixi köklərə dayanan dostluq əlaqələri və bu əlaqələrin təzahürü olan dostluq və əməkdaşlıq haqqında müqavilə var. Biz bu dostluq əlaqələrini daha da inkişaf etdirmək istəyirik. Məlumdur ki, Azərbaycanla Gürcüstan rəhbərləri arasında çox yüksəksəviyyəli münasibətlər mövcuddur. Biz də ayrılmaz tərkib hissələr olaraq bu münasibətlərin daha da inkişafına töhfələr verməliyik.

Ardını oxu...

Ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biridir. Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasətin bu gün ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda uğurla davam etdirilməsinin göstəricisidir. Təbiətin qorunmasına və zənginləşdirilməsinə, ekoloji problemlərin həllinə ciddi diqqət yetirən ölkə başçısı demişdir: “Azərbaycanda elə bir sahə yoxdur ki, sürətlə inkişaf etməsin... Bütövlükdə, ölkəmiz yeniləşir, müasirləşir, zənginləşir, bununla bərabər, təbii ki, sürətli inkişaf istər-istəməz ətraf mühitə təsir göstərə bilir. Məhz buna görə də biz çalışırıq ki, öz ekoloji tədbirlərimizi geniş kontekstdə həyata keçirək”.
Görülən işlərin nəticəsidir ki, son illərdə muxtar respublikada yaşıllıqların həcmi dəfələrlə artmış, qədim diyarımız yaşıllıqlar məskəninə çevrilmişdir. Ötən dövr ərzində diyarımızda ekologiyanın mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, bəzək kolları, həmişəyaşıl, həmçinin meşə ağaclarının əkilməsi, müntəzəm olaraq onlara qulluq edilməsi diqqət mərkəzində saxlanılmış, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılması istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilmişdir.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Babək rayonunun Babək qəsəbə və Qoşadizə kənd tam orta məktəblərinin şagirdləri üçün açıq dərs keçilib. Dərsin mövzusu ulu öndərimizin həyatı və siyasi fəaliyyəti olub.
Ümummilli liderimizin mənalı ömür yolundan, dövlətçilik təcrübəsindən, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafında müstəsna xidmətlərindən söhbət açıldığı dərsdə  Babək qəsəbə tam orta məktəbinin tarix müəllimi Möhsün Həsənov bildirib ki, ulu öndərin fəaliyyətinin bütün mərhələləri ölkəmizin gələcəyinin perspektivlərini müəyyənləşdirməkdən ibarət olub.
Açıq dərsdə vurğulanıb ki, ulu öndər Azərbaycan dövlətini möhkəm təməllər üzərində qurub-yaradıb. Bu gün əldə edilən bütün nailiyyətlər, müvəffəqiyyətlər məhz dahi şəxsiyyətin məqsədyönlü və gərgin əməyinin, siyasi uzaqgörənliyinin nəticəsidir. Məhz onun prinsipiallığı, uzaqgörən siyasəti nəticəsində möhkəm və sarsılmaz təməllər üzərində qurulan müstəqil Azərbaycan dövləti əbədi yaşamaq hüququ qazanıb. Tariximizin ən böyük simalarının fövqündə dayanmaq haqqı qazanan dahi rəhbər Heydər Əliyev ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamvericisi və təşkilatçısı olub.

Ardını oxu...

Müstəqil Azərbaycanda növbəti prezident seçkiləri də uğurla başa çatdı. Xalqımız növbəti dəfə böyük müdriklik, uzaqgörənlik və yekdillik nümayiş etdirərək cənab İlham Əliyevə səs verdi. Yüksək fəallıq və mütəşəkkilliklə səciyyələnən, əsl demokratiya və şəffaflıq şəraitində keçirilən bu seçkilərdə cənab İlham Əliyevi yenidən dövlət başçısı seçməklə xalqımız həm ulu öndər Heydər Əliyevin siyasi xəttinə əbədi sədaqətini, sarsılmaz inamını bir daha qətiyyətlə nümayiş etdirdi, həm də cənab İlham Əliyevin son on ildə ölkə Prezidenti kimi bu kursun yüksək səviyyədə və layiqincə davamı istiqamətində misilsiz işlər görməklə Azərbaycanı qələbədən qələbəyə apardığını, genişmiqyaslı yüksəlişə qovuşdurduğunu minnətdarlıqla nəzərə alaraq, növbəti beş il üçün də taleyini ona etibar etdi.

2003-cü və 2008-ci illərdə xalqın iradəsi, tükənməz məhəbbəti və böyük dəstəyi ilə Prezident seçilən möhtərəm İlham Əliyev keçən müddət ərzində ölkəmizə hərtərəfli və ardıcıl nailiyyətlər qazandırmışdır. Ötən on il müstəqil Azərbaycanda böyük quruculuq və tərəqqinin yeni mərhələsi olmaqla ümummilli liderimiz Heydər Əliyev ideyalarının uğurlu davamı kimi əbədiləşmiş, ulu öndəri­mizin hələ 1 oktyabr 2003-cü il tarixdə xalqımıza müraciətində cənab İlham Əliyevə ifadə etdiyi inam və etibarın möhtəşəm təntənəsinə çevrilmişdir:  “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının növbəti şura iclası keçirilmişdir. Yığıncaqda oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin nəticələri müzakirə olunmuş, cari ilin ilk doqquz ayında görülmüş işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev ölkəmizdə keçirilən növbəti prezident seçkilərinin nəticələrini şərh etmiş, cənab İlham Əliyevin yenidən mütləq üstünlüklə dövlətimizin başçısı seçilməsini reallığın möhtəşəm qələbəsi adlandırmışdır.

Ardını oxu...

Məmmədov Şəhriyar Bayramqulu oğlu 1988-ci ildə Babək rayonunun Qahab kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində alan Şəhriyar 2006-cı ildə Heydər Əliyev adına Hərbi Liseyi, 2010-cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdi. Şəhriyar Məmmədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində birillik ixtisastəkmilləşdirmə kursundan sonra 2011-ci ildə “N” hərbi hissədə xidmətə başlamışdı. Leytenant Məmmədov hərbi xidmətdə olduğu müddət ərzində hissə komandirliyinin, zabit yoldaşlarının, əsgərlərin dərin hörmətini qazanmışdır. 2013-cü il aprel ayının 8-də Ağdam rayonunun Kəngərli kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olan gənc zabitin Vətənimiz qarşısında xidməti əvəzsiz qalmamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 25 iyun 2013-cü il tarixli Sərəncamı ilə leytenant Məmmədov Şəhriyar Bayramqulu oğlu ölümündən sonra “İgidliyə görə” medalına layiq görülmüşdür.
Medalın şəhid zabitin valideyninə təqdim olunması münasibətilə dünən Naxçıvan Qarnizonunda tədbir keçirilmişdir. Tədbirdə çıxış edən qarnizon rəisi, general-leytenant Kərəm Mustafayev Şəhriyar Məmmədovun hərbi xidmətdə keçdiyi döyüş yolunun hər bir gənc üçün örnək olduğunu vurğulamış, şəhid anası Ceyran Əliyevaya belə bir oğul böyütdüyü üçün minnətdarlığını bildirmişdir.
Ceyran Əliyeva şəhid oğluna göstərilən belə ehtirama görə ailəsi adından dövlətimizə minnətdar­lıq etmişdir.

Xəbərlər şöbəsi

1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə  Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində tədbir keçirilib.
Tədbiri  nazir Elşad Əliyev açaraq Kənd Təsərrüfatı Nazirliyinin və nazirliyin tabeliyində olan təşkilatların əməkdaşlarını, fermerləri, sahibkarları, torpaq mülkiyyətçilərini Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə təbrik edib.
Nazir bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət və qayğı ilə yanaşırdı. Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndərin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində bu sahədə uğurlu nəticələr qazanılırdı. Lakin 90-cı illərin məlum hadisələri, bütövlükdə, ölkə iqtisadiyyatını, o cümlədən kənd təsərrüfatını da iflic vəziyyətinə saldı, infrastruktur tamamilə dağıdıldı. Belə bir dövrdə ulu öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtması ilə ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsası qoyuldu, uğurlu aqrar islahatlar həyata keçirildi, kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə hüquqi baza yaradıldı, yeni torpaq-mülkiyyət münasibətləri formalaşdırıldı.

Ardını oxu...

Dünən Heydər Əliyev Muzeyində builki qəbul imtahanlarında Naxçıvan Özəl Universitetinin tələbəsi adını qazanan 1+4 sistemi üzrə (xarici dil hazırlıq) təhsil alan gənclərin  ingilis dilində açıq dərsi keçilib.
Muzeydə ilk dəfədir ki, xarici dildə keçilən dərsdə universitetin dil koordinatoru Hüseyn Bağırsoylu tərcüməçiyə ehtiyac olmadan tələbələrə ümummilli liderimizin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verib, dahi rəhbərin ölkəmizin gələcəyi naminə gördüyü işlərdən, gənc­liyə göstərdiyi qayğısından danışıb.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyi işçilərinin təltif edilməsi haqqında” 18 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təltif edilən Energetika Agentliyi işçilərinə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyinin Baş direktoru Yasin Səfərov çıxış edərək muxtar respublikada energetiklərə göstərilən dövlət qayğısından danışıb, muxtar respublika rəhbərinin energetiklərin təltif edilməsi ilə bağlı sərəncamını onların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib. O qeyd edib ki, göstərilən diqqət və qayğının müqabilində agentlik əməkdaşları daha səylə çalışacaq, muxtar respublikanın  etibarlı elektrik enerjisi ilə təminatına  töhfələrini verəcəklər.
Sonra Naxçıvan Muxtar Respublikasında energetika sahəsində fəaliyyətlərinə görə təltif olunan energetiklərə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanları təqdim olunub. Energetiklər göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Tədbirə agentliyin Baş direktoru Yasin Səfərov yekun vurub.

Xəbərlər şöbəsi

Meydana latınca “platea”, ingiliscə  və fransızca “place” deyirlər. Şəhərlərin və kəndlərin  ictimai həyatı meydanlarda yaranıb, meydanlarda qərarlar oxunub, bu məkanda insanlar özlərini ifadə edib, bilik və bacarıqlarını nümayiş etdiriblər. Bayramlar da orada qeyd olunub, ələmlər də. Bir çox xalqlar kimi, Azərbaycan xalqı üçün də meydan, sözün həqiqi mənasında, YARANIŞDIR… Nə üçün yazıya meydanlardan başladım? Ona görə başladım ki, hər bir qələm adamı üçün ağ kağız  meydandır, yazılan hər bir söz özünüifadədir və kütlənin oxumasına, hər hansı bir məsələyə ictimaiyyətin diqqətinin yönəldilməsinə hədəflənib. Qədim zamanlarda qəzetlərin, romalıların təbirincə, “la gazzetta”ların da yeri meydanlarda ucaldılan sütunlar olub.

Ardını oxu...

           Millət sənə göz dikibdir,         
           Möhkəm qoru səngəri.              
           “Marş irəli!” deyir Vətən,
           Azərbaycan əsgəri!

Hərdən mənə elə gəlir ki, ordumuzun əsgərləri haqqında müasir ədəbiyyatımız tam sözünü deməyib. Doğrudur, ordu və əsgərlərimiz haqqında zaman-zaman yazılmış müxtəlif ədəbi nümunələrə rast gəlmək mümkündür. Ancaq etiraf edək ki, barmaqla sayılacaq bir neçə poetik nümunələrdən başqa, dillərdə dastan olacaq, hər kəsin qəlbini və dilini saracaq emosional yaradıcılıq nümunələri hələ də öz müəlliflərinin qələmini gözləyir. Doğrusu, yazıya poetik girişlə başlamağı düşünmürdüm. Lakin təsadüfən Azərbaycan əsgərinə həsr olunmuş bir şeri dinləməyim, həmin şerin sonuncu dörd misrası yazıya girişi, bir də yuxarıda qeyd etdiyim düşüncələri siz dəyərli oxucularla bölüşmək imkanını təmin etmiş oldu...

Ardını oxu...

Muxtar respublikada keçirilən beynəlxalq seminarda iştirak edən almaniyalı mütəxəssislər bu fikirdədirlər

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları: hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair (Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrinə xüsusi diqqət yönəldilməklə)” ikigünlük Beynəlxalq Seminar keçirilib. Seminarda yerli hüquqşünaslarla yanaşı, beynəlxalq mütəxəssislər də iştirak ediblər. Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəri Tereza Talhammer, Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri doktor Otto Mallmann, Almaniya Federal Publik İdarəçilik İnstitutunun dövlət və Avropa hüququ üzrə professoru Mixaela Vittinqerlə görüşüb onların Naxçıvan Muxtar Respublikası, burada aparılan məhkəmə-hüquq islahatları ilə bağlı fikirlərini öyrəndik:

– Əvvəlcə xanım Talhammerdən soruşmaq istərdik, layihə rəhbəri kimi tədbirin keçirilməsi üçün yaradılan şərait sizi qane etdimi?
– Mən Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəriyəm. Bu tədbiri keçirməkdə məqsədimiz Naxçıvanda fəaliyyət göstərən hakimlərə, vəkillərə, prokurorluq orqanlarının nümayəndələrinə Avropa İnsan Hüquqları Konvensiyasının məzmunu barədə daha ətraflı məlumat vermək və onun müddəalarının tətbiqi məsələlərini müzakirə etmək idi. Belə seminarları biz Azərbaycanın bir çox yerlərində keçirmişik. Bu dəfə də Naxçıvanda keçirmək qərarına gəldik. Burada yaradılan şərait, göstərilən diqqət bizi məmnun etdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərində keçirilən “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları: hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair (Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrinə xüsusi diqqət yönəldilməklə)” ikigünlük Beynəlxalq Seminar oktyabrın 29-da öz işini davam etdirib.

Ardını oxu...

Dünyada baş verən hadisələri, dövlətlərin idarə edilməsini, insan cəmiyyətlərinin dolanışıq tərzlərini hər gün ekran, mətbuat vasitələri ilə izləyirəm. Dünya klassiklərinin çoxunun əsərlərini oxumuşam. Cəmiyyətin ədalətlə idarə olunması, dinclik, əmin-amanlıq, insan arzularına qol-qanad vermək idealları, mən deyərdim ki, dahi Azərbaycan şairi Nizami Gəncəviyə məxsusdur. Dahi şair öz əsərlərində qıfılsız qapılar, gözətçisiz sahələr, çobansız sürülər arzulamaqla sakit məmləkətlər görmək istəyini poetik dillə qələmə almışdır. İndi dünyada belə sabitlik, əmin-amanlıq yalnız Azərbaycan adlanan məmləkətdə mövcuddur. Bu sabitliyin, öz əməyinin bəhrəsi ilə yaşayışın hər bir vətəndaşın dövlət tərəfindən bütün hüquqlarının qorunmasının, əsl mənada, səbəbkarı ulu öndər Heydər Əliyevdir. Bu sabitliyin, inkişafın təminatçısı isə dahi rəhbərin siyasi varisi cənab İlham Əliyevdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində sahibkarlarla və muxtar respublikada fəaliyyət göstərən xarici ölkə vətəndaşları ilə görüş keçirilib.
Tədbirdə xidmətin əməkdaşlarından Əfqan Əliyevin, İlqar Seyidovun, Zakir Məmmədovun çıxışları olub. Çıxışlarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları, Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi barədə söhbət açılıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Xəbərlər şöbəsi

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları: hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair (Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrinə xüsusi diqqət yönəldilməklə)” ikigünlük Beynəlxalq Seminara start verilib.
Beynəlxalq seminarın açılış mərasimindən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin Əcəmi seyrəngahındakı büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Ardını oxu...


Ulu öndər Heydər ƏLİYEV: Türkiyə Cümhuriyyətinin böyük tarixi var. Böyük öndər, dahi Mustafa Kamal Atatürk indiki böyük, demokratik Türkiyənin əsasını qoymuş, böyük dövlət yaratmışdır. Sonra gələn nəsillər onun işini davam etdirərək Türkiyəni bütün dünyada nüfuzlu, əzəmətli bir dövlətə çevirmişlər.

29 oktyabr qardaş Türkiyənin Cümhuriyyət bayramıdır. 90 il bundan əvvəl Türkiyə Respublikası elan olunmuşdur. 1923-cü ildə tarix səhnəsinə qədəm qoymuş Türkiyə Respublikası Mustafa Kamal Atatürkün şah əsəri, çoxəsrlik türk dövlətçiliyinin yeni dövrdə davamıdır.

Ardını oxu...

Türkiyədə Cümhuriyyət elan olunmasının 90-cı ildönümü münasibətilə  Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında ucalan türk şəhidlərinin abidəsi ziyarət edilib.
Tədbirdə Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun əməkdaşları, Naxçıvan Qarnizonunun komandiri, general-leytenant Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov, Azərbaycan Respublikası  Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Əsgər İsmayılov,  türk liseylərinin müəllimləri, bir qrup türk iş adamı və türkiyəli tələbələr iştirak ediblər.
Əvvəlcə 1918-20-ci illərdə  Naxçıvanın erməni daşnakları tərəfindən işğalının qarşısının alınmasında şəhidlik zirvəsinə ucalan qəhrəman türk əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidə önünə əklil qoyulub, hər iki ölkənin Dövlət himn­ləri səsləndirilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR