22 Dekabr 2024, Bazar

1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə  Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində tədbir keçirilib.
Tədbiri  nazir Elşad Əliyev açaraq Kənd Təsərrüfatı Nazirliyinin və nazirliyin tabeliyində olan təşkilatların əməkdaşlarını, fermerləri, sahibkarları, torpaq mülkiyyətçilərini Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə təbrik edib.
Nazir bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət və qayğı ilə yanaşırdı. Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndərin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində bu sahədə uğurlu nəticələr qazanılırdı. Lakin 90-cı illərin məlum hadisələri, bütövlükdə, ölkə iqtisadiyyatını, o cümlədən kənd təsərrüfatını da iflic vəziyyətinə saldı, infrastruktur tamamilə dağıdıldı. Belə bir dövrdə ulu öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtması ilə ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsası qoyuldu, uğurlu aqrar islahatlar həyata keçirildi, kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə hüquqi baza yaradıldı, yeni torpaq-mülkiyyət münasibətləri formalaşdırıldı.

Qeyd olunub ki, bu gün Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın aparıcı qolu olan aqrar sahənin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Muxtar respublikada bu sahədə sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, yerli istehsal və emal müəssisələrinin yaradılması, kənd təsərrüfatında məşğulluq səviyyəsinin təmin edilməsi diqqət mərkəzində saxlanılır.
Nazir diqqətə çatdırıb ki, aqrar sahədə davamlı islahatlar həyata keçirmədən kənd təsərrüfatı məhsullarının artımına və ərzaq təhlükəsizliyinə nail olmaq mümkün deyil. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Pro­qramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət daşıyır. Dövlət proqramlarının uğurlu icrası daxili istehsal hesabına əhalinin zəruri kənd təsərrüfatı məhsulları ilə təmin edilməsinə şərait yaradıb.
Tədbirdə “Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 31 oktyabr tarixli Sərəncamı ilə mükafatlandırılan kənd təsərrüfatı işçilərinə “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” və “Rəşadətli əməyə görə” nişanları təqdim olunub.
Mükafatlandırılanlar adından çıxış edən Həsən İsmayılov, Bəhruz Bayramov və başqaları belə yüksək qayğı üçün minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR