22 Dekabr 2024, Bazar

2013-cü il noyabrın 5-də saat 1815 radələrində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işlərini aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açmışdır. Həmin vaxt sürücü atəşdən yayınmaq məqsədilə özünü traktordan ataraq dambanın arxasına keçmişdir.
Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəlmişlər. Hadisə yerinə baxış keçirilmiş və aidiyyəti üzrə məlumat  verilmişdir.
İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, atılan 7,62 millimetrlik güllələrdən ikisi traktorun radiatoruna, biri isə sürücü kabinəsinin yan hissəsinə dəymişdir. Həmçinin traktorun yerləşmə vəziyyəti və güllələrin atılma istiqaməti sübut edir ki, atəş İran İslam Respublikası ərazisindən açılmışdır.
Hadisə ilə bağlı qarşı tərəf məlumatlandırılmış və izahat tələb edilmişdir. Hal-hazırda təhqiqat-ekspertiza işləri davam etdirilir.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR