22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində növbəti açıq dərs keçilib. “Milli dəyərlərimizin hamisi” mövzusuna həsr olunmuş budəfəki açıq dərsin iştirakçıları Naxçıvan şəhərindəki 8 nömrəli tam orta məktəbin şagirdləri olub.
Məktəbin tarix müəllimi Gülnaz Hüseynova bildirib ki, qədim dövlətçilik tarixinə malik Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Milli dəyərlərimizin qorunması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Milli dəyərlərimizə, soykökümüzə qayıdışın, milli hisslərimizin oyanışının xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu sahəni diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın milli oyanışının əsası qoyulmuşdur. Ümummilli liderimizin siyasi fəaliyyətinin 1969-1982-ci illərini öyrəndikcə görürük ki, ulu öndər dilimizə, tariximizə, mədəniyyətimizə, musiqimizə, ədəbiyyatımıza məhz dövlətçilik mənafeləri baxımından yanaşmışdır. Ümumiyyətlə, xalqımızın böyük oğlu Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə məqsəd və məramı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirməklə xalqın milli dirçəlişi, milli şüurunun oyanışı ilə müstəqil dövlətimizi yaratmaq olmuşdur.
Qeyd olunmuşdur ki, ulu öndəri­miz sovet dövründə olduğu kimi, Azərbaycanın müstəqilliyi illərində də milli dəyərlərimizə sahib çıxmışdır. Xalqımızın milli dəyərlərinin, adət-ənənələrinin təbliği, tarixi-memarlıq abidələrinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi dahi şəxsiyyətin milli dəyərlərə sədaqətinin göstəricisidir. Milli bayramımız olan Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi də milli dəyərlərimizin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasındadır. Xalqımızın böyük oğlu Heydər        Əliyevin qətiyyəti, cəsarəti nəticəsində Novruz bayramı hələ Sovetlər Birliyi dövründə ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunmuşdur. Ötən əsrin 70-80-ci illərində Novruz bayramının təntənəli şəkildə keçirilməsi milli dəyərlərin qorunması, milli yaddaşın bərpası baxımından çox mühüm əhəmiyyət daşıyırdı.
Ümummilli lider Heydər Əliyev milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən yüksək formasını milli dövlətçilikdə görürdü. Bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir. Dövlətçiliklə milliliyin birləşməsi bütün xalqların ən böyük arzusu və idealı olmuşdur. Bu gün biz müstəqil dövlətimizdə milli birlik dövrümüzü yaşayırıq ki, bunun da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Sonra şagirdlər muzeydəki eksponatlarla tanış olublar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR