Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Rivan Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub. Səfər çərçivəsində argentinalı səfir Naxçıvan Avtomobil Zavodunda, “Gəmiqaya Mineral Sular” MMC-nin istehsal sahələrində, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi”ndə və “Gəmiqaya” Mebel Fabrikində olub. Bu istehsal müəssisələri ilə tanışlıq zamanı səfirə müəssisələrin istehsal gücü, məhsulların çeşidi, ixrac imkanları haqqında ətraflı məlumat verilib.
Muxtar respublikanın qonağı diyarımızın gəzməli-görməli yerləri ilə tanışlıq çərçivəsində Naxçıvan Dövlət Xalça Muzeyini gəzib. Möminə xatın türbəsi, Açıq Səma Altında Muzey, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Heydər Əliyev Sarayında fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyası və Nuh Peyğəmbərin məzarüstü türbəsi də argentinalı səfirin tanış olduğu məkanlar arasında olub.
Səbuhi HƏSƏNOV