22 Dekabr 2024, Bazar

Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü ilə əlaqədar partiyanın Şərur Rayon Təşkilatında tədbir keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan indiyədək ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin aparıcı qüvvəsi kimi Azərbaycan xalqının taleyüklü məsələlərinin həllinə özünün layiqli töhfələrini vermişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə bu partiya daha da inkişaf etmişdir.
“Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının tərkibində 162 ilk partiya təşkilatı fəaliyyət göstərir. Bunlar 63 kənd ərazi ilk təşkilatı, 64 məktəb, 35 idarə və müəssisə ilk təşkilatlarıdır”, – deyən təşkilat sədri əlavə etmişdir ki, rayon təşkilatı öz sıralarında 10 min 453 nəfər partiya üzvünü birləşdirir. Onlardan 2853 nəfəri qadınlar, 3701 nəfəri isə gənclərdir. Partiya üzvləri ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın muxtar respublikada uğurla həyata keçirilməsində fəallıq göstərirlər.
Sonra məruzə ətrafında YAP Şərur Rayon Təşkilatı İdarə Heyətinin üzvü Sahib Musayev, Yengicə kənd ərazi ilk partiya təşkilatının sədri Elmira Rzayeva, Qarxun kənd tam orta məktəb ilk partiya təşkilatının sədri Elsevər Əliyev, YAP Şərur Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Orxan Məmmədov çıxış etmişlər.
Sonda partiya sıralarına qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunmuşdur.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR