22 Dekabr 2024, Bazar

Türkiyədə Cümhuriyyət elan olunmasının 90-cı ildönümü münasibətilə  Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında ucalan türk şəhidlərinin abidəsi ziyarət edilib.
Tədbirdə Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun əməkdaşları, Naxçıvan Qarnizonunun komandiri, general-leytenant Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov, Azərbaycan Respublikası  Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Əsgər İsmayılov,  türk liseylərinin müəllimləri, bir qrup türk iş adamı və türkiyəli tələbələr iştirak ediblər.
Əvvəlcə 1918-20-ci illərdə  Naxçıvanın erməni daşnakları tərəfindən işğalının qarşısının alınmasında şəhidlik zirvəsinə ucalan qəhrəman türk əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidə önünə əklil qoyulub, hər iki ölkənin Dövlət himn­ləri səsləndirilib.

Mərasimdə Türkiyənin Naxçıvandakı Baş konsulu Ali Rza Akıncı Cümhuriyyət bayramının tarixi və əhəmiyyəti haqqında danışıb. Qeyd edilib ki, hər iki ölkənin müstəqilliyinin bərpa olunması yolunda böyük zəhmətlər çəkilib. Bu gün qədim oğuz-türk yurdu olan Naxçıvan torpağında uyuyan şəhidlər də müqəddəs bir amal uğrunda canlarını qurban vermiş insanlardır. Bu amal bütün türk torpaqlarının toxunulmazlığını qorumaqdır.
Sonra ziyarətçilər Şəhidlər Xiyabanında ucaldılmış Ana abidəsinin və ötən əsrin sonlarında ölkəmizin azadlığı və suverenliyi, Naxçıvanın qorunması uğrunda şəhid olmuş Vətən oğullarının məzarları önünə gül-çiçək dəstələri qoyublar.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR