22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərində keçirilən “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları: hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair (Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrinə xüsusi diqqət yönəldilməklə)” ikigünlük Beynəlxalq Seminar oktyabrın 29-da öz işini davam etdirib.

Seminarın növbəti mövzuları “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi: ədalətli məhkəmə araşdırılması hüququ (Normanın tətbiqi dairəsi: mülki hüquq, cinayət hüququ, prinsip etibarilə həmçinin inzibati hüquq; müstəqil olan bir məhkəməyə çatım hüququ; ədalətli məhkəmə araşdırılmasına olan tələblər (dinlənilmə hüququ, tərəflərin imkan və vasitələrin bərabərliyi, icraat materialları ilə tanış olmaq hüququ və sair); açıq şifahi məhkəmə icraatı; təqsirsizlik prezumpsiyası və ittiham olunan şəxsin hüquqları; qərarın ağlabatan müddət ərzində qəbul olunması) olub.
Məruzəçi qismində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, AHK İdarə Heyətinin üzvü Çingiz Əsgər­ov, Federal Publik İdarəçilik İnstitutunun publik hüquq (dövlət və Avropa hüququ) üzrə professoru Prof.Dr.Mixaela Vittinqer və Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri Dr. Otto Mallmann çıxış ediblər.
Beynəlxalq tədbir müzakirələrlə davam etdirilib.
Beynəlxalq seminarın nahardan sonrakı hissəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, AHK İdarə Heyətinin üzvü Çingiz Əsgərov, Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri Dr. Otto Mallmann və Federal Publik İdarəçilik İnstitutunun publik hüquq (dövlət və Avropa hüququ) üzrə professoru Prof.Dr.Mixaela Vittinqer “Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi: işgəncənin qadağan edilməsi”, “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi: şəxsi və ailə həyatının qorunması hüququ”, “Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsi: vicdan və din azadlığı”, “Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi: fikir ifadə etmək azadlığı”, “Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi: birləşmək və toplaşmaq azadlığı” mövzularında məruzələrlə çıxış ediblər.
Daha sonra müzakirələr keçirilib. Bununla da, beynəlxalq seminar başa çatıb.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR