18 May 2024, Şənbə

Seçki marafonu

9 oktyabr Azərbaycan Respublikası Prezidentinin seçkiləri günüdür

Seçki Məcəlləsinin 40.1-ci maddəsinə müvafiq olaraq, seçki prosesi aşkar olmalıdır.


Hörmətli seçicilər!
Səsvermə günü ictimaiyyət tərəfindən səsvermənin gedişinin izlənməsi yolu ilə aşkarlığın geniş təmin edilməsi və seçkilərə ictimai inamın daha da artırılması məqsədilə seçki prosesində yeni texniki vasitə – veb-kamera (bundan sonra – kamera) tətbiq edilir.
Kamera səsvermə günü, səsvermə kabinəsi istisna olmaqla, seçki məntəqəsinin içərisində gedən prosesləri müşahidə etmək və əldə edilən görüntülərin birbaşa Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilməklə kütləvi şəkildə nümayiş etdirmək üçün nəzərdə tutulan müvafiq texniki qurğudur.


Kameralar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissi­yasının sifarişi ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən quraşdırılır.

Kameralar Mərkəzi Seçki Komissiyasının sifarişi ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən quraşdırılır.

Ardını oxu...

Dilənən uşaqlar… Hər birimiz üçün bu anlayış yaxın olan uzaq keçmişdə qalıb. O keçmiş ki, onda Qarabağda müharibəni aparmaq üçün kimdənsə pul, kimdənsə silah istəyirdik. Gələn silahları öz məqsədləri üçün istifadə edən hərbiləşmiş siyasi qüvvələrdən xalq olaraq aman dilənirdik. Allahdan qurtarıcı diləyirdik. Onda dilənən uşaqlar da öz yerində idi. Məktəbli olduğum vaxtlar sinfimizdə bir Miriş var idi. Dost idik, uşaq yaddaşım məni aldatmırsa, o da birinci, ikinci sinifdə oxuyanda dilənməyə başlamışdı. Sonra isə dilənməyin fayda vermədiyini görüb, oğurluğa başlamışdı. İlk dəfə oğurladığı əşyaların pulunu biz yığıb vermişdik, sonrakı dəfələrdə isə gücümüz çatmamışdı… Elə Mirişi də sonuncu dəfə dilənən uşaqların içində görmüşdüm. Sonra görmədim…

Ardını oxu...

İnsanların gələcək haqqında düşüncələri bütün dövrlərdə aktual olub. Zaman-zaman hər birimiz xəyallarımızda gözəl “gələcək qurmuş” və bu gələcəkdə yaşamağı arzu etmişik. Real yanaşsaq, maddi, mənəvi və estetik ehtiyacların təmin edildiyi həmin gələcəyə doğru uzanan yol bu gün bizdən daha mükəmməl bilik və bacarıq, cəsarət və əzmkarlıq tələb edir. Təxminən 20-22 il bundan əvvəl Azərbaycan müstəqilliyini yenidən qazanmaqla bərabər, bu müstəqilliyi itirmək qorxusu ilə üzləşmişdi. İqtisadiyyatı çökən, ordusu formalaşmamış torpaqları işğal olunan bir ölkə tarixin ağır sınaqlarına məruz qalmışdı. Ancaq insanlar gələcəyə – yəni bu günə inamla baxır, bütün çətinlikləri dəf edəcəklərinə inanırdılar. Bu yeni tarix isə heç də öz-özünə qazanılmadı. Dahi şəxsiyyət Heydər Əliyevin qəbul etdiyi qərarlar uzaq gələcəyə hesablanmış inkişaf strategiyasını işə saldı. Tarix üçün çox qısa zamanda həmin strategiya Azərbaycanı inkişaf etməkdə olan dövlətlər sırasına yüksəltdi. Sırada isə yeni və inkişaf etmiş gələcəyə gedən növbəti bir yol var. Bəs  Naxçıvan Muxtar Respublikası bu gələcəyə doğru uzanan yolu necə addımlayır?

Ardını oxu...

Ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Peşə bayramı gününün təsis edilməsi dövlət qurumları sırasında xüsusi yeri olan prokurorluq orqanlarına böyük qayğının ifadəsi olmaqla yanaşı, prokurorluq işçilərinin fəaliyyətinin layiqincə qiymətləndirilməsinin təzahürüdür. Bu il Azərbaycan prokurorluq orqanlarının yaradılmasının 95 illiyi tamam olur.
Prokurorluq orqanlarının dövlətçilik maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən sivil və demokratik orqan kimi formalaşması, onun səmərəli fəaliyyətinin təşkili ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamızda qanunun aliliyi təmin olunmuş, vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi mühüm prinsip kimi elan edilmişdir. Bu tədbirlərin tərkib hissəsi kimi 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır. Əsas Qanunda prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır”. Hər bir müstəqil ölkədə hüquqi dövlət quruculuğunun formalaşması isə demokratik prinsiplərə əsaslanan seçki hüququ ilə təmin edilir.

Ölkəmiz müstəqillik qazandıqdan sonra özünün dövlət institutlarının yaradılması ilə yanaşı, bu təsisatların seçki hüququ əsasında formalaşdırılması məqsədilə qanunvericilik bazasının  işlənib hazırlanması prosesinə də başlanılmışdır.

Seçki hüququ vətəndaşların dövlət orqanlarının təşkilinə birbaşa təsirini ifadə edən, dövlət hakimiyyətini ­legitimləşdirən, müstəqil Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixdə qəbul olunmuş Konstitusiyası səviyyəsində təsbit edilmiş əsas hüquqlar sırasındadır.
Seçki hüququ beynəlxalq hüquq normaları səviyyəsində qəbul olunmuş müasir demokratik cəmiyyət üçün vacib dəyərlərdən biri hesab olunmaqla BMT-nin Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də öz əksini tapmışdır. Sözügedən Bəyyannamənin müvafiq maddəsinə görə, xalqın iradəsi hökumətin hakimiyyətinin əsası olmalı, bu iradə öz ifadəsini periodik keçirilən və saxtalaşdırılmayan seçkilərdə tapmalıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də regionda ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının, təbiətin zənginləşdirilməsinin diqqət mərkəzində saxlanılmasıdır.
Son 18 ildə diyarımızda yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlərin nəticəsidir. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində görülən tədbirlər davamlı xarakter almış, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınmışdır.
Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir,  meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkar­lıq sahələrinə aqrotexniki qulluq göstərilir.
Sentyabrın 28-də keçirilən iməci­liklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Naxçıvan şəhərinin sakinləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığındakı terrasda, Naxçıvan-Sədərək magistral yolunun kənarlarında və şəhərin müxtəlif ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmiş,  yaşıllıqlar suvarılmış və alaq otlarından təmizlənmişdir.

Ardını oxu...

Ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən prezident seçkilərinə çox az bir vaxt qalır. Seçkilərin şəffaf, demokratik şəkildə keçirilməsi üçün dairə seçki komissiyaları öz işini seçki təlimatlarına uyğun qurmağa çalışır.
5 saylı Şahbuz-Babək Seçki Dairəsində görülən işlərlə yaxından tanışlıq məqsədilə həmin dairədə olduq. Dairə seçki komissiyasının sədri Taməddin Hüseynov bildirdi ki, muxtar respublikada fəaliyyət göstərən digər dairə seçki komissiyaları kimi, bu dairə üçün də müasir tələblərə cavab verən yeni bina inşa olunub. Burada çalışan komissiya üzvlərinə hərtərəfli iş şəraiti yaradılıb. 5 saylı Şahbuz-Babək Seçki Dairəsinin tərkibində 37 məntəqə fəaliyyət göstərir. Onların 25-i Şahbuz rayonunda, 12-si isə Babək rayonundadır. Seçki dairəsinin əhatə etdiyi ərazilərdə seçicilərin əhval-ruhiyyəsi yüksək səviyyədədir. Aparılan genişmiqyaslı quruculuq tədbirləri, insanların həyat səviyyəsinin gündən-günə yaxşılaşdırılması hər bir seçicidə nikbin ovqat yaradıb.

Ardını oxu...

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində məhkumların seçki hüquqlarının izahı ilə əlaqədar seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev qeyd etmişdir ki, muxtar respublika ərazisində fəaliyyət göstərən cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı maarifləndirilməsi çox əhəmiyyətlidir. Bu tədbirlər məhkumların seçki hüququ və səsvermə qaydalarına daha əhatəli aydınlıq gətirilməsi məqsədilə keçirilir.
Tədbirdə “Məhkumların seçki hüququ” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova bildirmişdir ki, müasir dövrdə insanın hüquq və azadlıqları, onların təmin edilməsi və səmərəli şəkildə müdafiəsi hər bir dövlətin və cəmiyyətin inkişafının mühüm faktorudur. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Seçki hüququnun prinsipləri və seçki sisteminin əsasları ölkə Konstitusiyası ilə tənzimlənir. Vətəndaşlar seçmək və seçilmək hüququ əsasında ölkəmizdə dövlət işləri və ictimai işlərin idarə olunmasında iştirak edirlər. Vətəndaşlar seçki qanunları ilə müəyyən edilmiş qaydada ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçib-seçilirlər.

Ardını oxu...

Seçki marafonu

  9 oktyabr Azərbaycan Respublikası Prezidentinin seçkiləri günüdür


Hörmətli seçicilər!

Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun.
Belə hallarda seçki məntəqələri səsvermə gününə ən azı 50 gün qalmış, müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq, hərbi hissələrin komandirləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır.
Sərhəd qoşunlarının hərbi qulluqçuları və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, habelə müvafiq icra hakimiyyəti orqanlarının təqdimatı əsasında ümumi məntəqələrdə səs verməsi mümkün olmayan hərbi hissələrin hərbi qulluqçuları hərbi hissələrdə yaradılan seçki məntəqələrində səs verirlər.


    Seçiciyə seçki bülleteni zabitin şəxsi vəsiqəsi və ya hərbi bilet təqdim edildikdə verilir.


Seçki məntəqələrində seçki komissiyasının işlədiyi otağa və səsvermə otağına Seçki Məcəllə­­si ilə müəyyənləşdirilmiş qaydada məntəqə və ya­xud seçki komissiyalarının bütün üzvlərinin, qeydə alınmış namizədlərin və onların səlahiyyətli nümayəndələrinin, siyasi partiyaların, siyasi parti­ya bloklarının səlahiyyətli nümayəndələrinin, mü­şahidəçilərin maneəsiz daxil olmasına imkan yaradılmalıdır.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar ilk  dəfə səs verəcək gənc seçi­cilərin maarifləndiril­məsi məqsədilə seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov bildirmişdir ki, gənclərin prezident seçkilərində səsvermələri artıq aktiv vətəndaş hüquqlarından tam mənada istifadə etmələri  deməkdir.
Aktiv və passiv seçki hüquqları, seçki prosesi və səsvermə qaydaları barədə ətraflı məlumat verən komissiya sədri vurğulamışdır ki, Konstitusiyamızda seçki hüququ ilə bağlı bəzi məhdudiyyətlərin ümumi əsasları öz əksini tapmışdır. Bunlardan biri yaş məhdudiyyətidir. Belə ki, seçki hüququnu həyata keçirmək üçün hər bir şəxsin ən azı 18 yaşı olmalıdır, yəni 18 yaşına çatmış və seçki hüququ başqa əsaslarla məhdudlaşdırılmamış hər bir vətəndaş seçkilərdə iştirak edə bilər. Muxtar respublikamızda 3075 gənc ilk dəfə seçki hüquqlarından istifadə edəcək.

Ardını oxu...

Bildiyimiz kimi, oktyabrın 9-da ölkə­mizdə növbəti prezident seçkiləri keçiriləcəkdir. Bəs Naxçıvan Muxtar Respublikasında seçkilərə hazırlıq işləri necə aparılır? Suallarımızı Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov cavablandırır:
– Məhərrəm müəllim, seçkilərə hazırlığın ilkin mərhələsi, onun demokratikliyini təmin edən əsas amillərdən biri və ən başlıcası seçici siyahılarının düzgün tərtib olunmasıdır. Bu istiqamətdə hansı işlər görülmüşdür?
– Bütün ölkə miqyasında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində başlanan proses artıq başa çatdırılmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikasında yerləşən 7 dairə seçki komissiyası seçici siyahılarını dəqiqləşdirərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir. Seçici siyahılarının tərtibi və dəqiqləşdirilməsində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, Daxili İşlər Nazirliyinin pasport-qeydiyyat qurumlarının və mənzil-istismar sahələrinin təqdim etdikləri məlumatlardan istifadə olunmuşdur.

Ardını oxu...

“Oğlumun nağılları, yaxud bizim həqiqətlərimiz” silsiləsindən II nağıl

Axşam yeməyini yedikdən sonra dərslərini bir daha təkrar etməyə gedən oğlumun qəfil verdiyi sualı eşidəndə tikə boğazımda ilişib qaldı:
– Dədə, sənin hər gün bizə danışdıqların, doğrudan, nağıldı, ya onları özün uydurursan?  
O anda nə deyəcəyimi bilmədim. Amma oğlum qapıya yaslanıb mənim cavabımı gözləyirdi. Yalan danışa bilməzdim. Danışdıqlarımı uydurmadığımı, həmçinin nağıl kimi bir həyat olduğunu necə deyəcəyimi düşünürdüm ki, yenidən dilləndi:
– Müəlliməm tətildən qayıtdıqdan sonra hərəmizdən bir nağıl soruşdu. Mən də sənin danışdığın nağıllardan birini dedim. Müəl­liməmsə dedi ki, kitablardakı nağıllardan danışın. Məgər sənin danışdıqların kitablardakı nağıllardan deyil?
– Bilirsən, oğlum, nağıllar şifahi xalq ədəbiyyatıdır. Yəni bir zamanlar ata-babalarımız, nənələrimiz, analarımız gördüklərini, eşitdiklərini, hiss etdiklərini, yaşadıqlarını bir-birlərinə danışıblar, söyləyiblər. Onlardan eşidənlər də sonrakı dövrdə öz uşaqlarına, nəvələrinə danışıblar. Belə-belə yaşananlar nağıl olub, hekayəyə çevrilib, folklor nümunəsi kimi yaddaşlara yazılıb. Yəni hər nağılın içində bir həqiqət var. Mənim sənə danışdıqlarım da nağıldı. Bir gün böyüyəndə indi dediklərimi də, danışdığım nağılları da mütləq anlayacaqsan.

Ardını oxu...

Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviç Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetinə gəlmiş, ali təhsil ocağının Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş linqvistika auditoriyaları, Tərcümə Tədris Mərkəzi, Cənubi Koreya Mədəniyyət və Dil Tədrisi mərkəzləri, Diplomatiya kabinəsi, Tələbə evi və qonaq evi, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsindəki elmi-tədqiqat laboratoriyaları ilə tanış olmuşdur.
Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov məlumat vermişdir ki, 1967-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Universiteti möhkəm milli bünövrəyə malik, dövlətçilik təmayüllü, dünyaya inteqrasiya olunmuş müasir ali təhsil ocağıdır. Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısı sayəsində 108 hektarlıq universitet ərazisində hər cür imkanlara malik müasir tədris korpusları qurulmuşdur. Burada yeni informasiya texnologiyaları ilə, müasir avadanlıqlarla təchiz edilmiş elektron auditoriyalar, laboratoriyalar, internet mərkəzləri, elektron kitabxana fəaliyyət göstərir. Bildirilmişdir ki, universitet dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malikdir. Hazırda universitetdə   5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır.
Serbiyalı diplomat universitetin maddi-texniki bazasının, təhsilin və tədrisin yüksək səviyyədə təşkil olunduğunu vurğulamış, bütün bunların onda  xoş təəssürat yaratdığını bildirmişdir.

Mehriban SULTAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən 2013-  2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirədən irəli gələn vəzifələrin icrası ilə bağlı sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq bildirmişdir ki, payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirədən irəli gələn vəzifələrin icrası vaxtında həyata keçirilməlidir.
Qeyd edilmişdir ki, payız-qış mövsümündə nazirliyin tabe qurumlarında qazanxanaların fasiləsiz işləməsi üçün elektrik enerjisi, təbii qaz və su ilə təchizata diqqət artırılmalı, israfçılıq hallarına yol verilməməlidir. Qazanxanalar üçün avadanlıq ehtiyatı yaradılmalı, qış dövründə qazanxanalarda dayanmaların olmaması məqsədilə texniki nəzarət həyata keçirilməlidir. Penitensiar Xidmətdə cəza çəkən məhkumların və xidmət keçən əsgərlərin isti geyim və ərzaq məhsulları ilə təminatına xüsusi diqqət yetirilməli, ərzaq tədarük olunarkən, əsasən, yerli məhsullara üstünlük verilməlidir. Yanacaq təminatı da vaxtında başa çatdırılmalıdır. Daxili intizam qaydaları diqqətdə saxlanılmalı, geyim formasına əməl olunmasına nəzarət gücləndirilməlidir.
Sonra Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi Qəzənfər Mahmudovun, mühafizə taborunun komandiri Rəşad Cəlilovun, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Şahin Təhməz­ovun görülən işlərlə bağlı məruzələri dinlənilmişdir.
Sonda payız-qış mövsümü ilə bağlı nazirliyin tədbirlər planı təsdiq edilmişdir.


Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında muxtar respublikada yerləşən dairə seçki komissiyalarının sədrlərinin, Naxçıvan şəhəri üzrə 37 məntəqə seçki komissiyasının sədr, katib və üzvlərinin, həmçinin seçkilərə 5 gün qalmış yaradılacaq 24 qapalı seçki məntəqəsi sədrlərinin iştirakı ilə səsvermə prosesi, seçki bülletenləri və səsvermə protokollarının doldurulması qaydaları ilə bağlı seminar-treninq keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov açaraq çıxış etmişdir. Bildirilmişdir ki, seçki günü məntəqə seçki komissiyası üzvlərinin öz vəzifələrini düzgün icra etməsi və səsvermə protokollarının qanunauyğun doldurulması, səsvermənin nəticələrinin müəyyən olunması baxımından seminar iştirakçıları bu treninqlərdə toxunulan məsələlərə diqqətlə yanaşmalı, daim öz üzərlərində işləməli və qanunvericiliyi mənimsəməlidirlər. Qeyd edilmişdir ki, məntəqə seçki komissiyasının sədri komissiyanın işinə ümumi rəhbərlik edir, komissiya üzvləri arasında iş bölgüsü aparır, səsvermənin başlanmasını və qurtarmasını elan edir, seçki məntəqəsində səsvermə qaydalarına əməl olunmasını təmin edir və qanunla onun üzərinə qoyulmuş digər vəzifələri icra edir. Katiblər komissiya sədrinin göstərişlərini və onlara verilən səlahiyyətləri icra edir.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin uzaq gələcəyə hesablanmış strategiyasının nəticəsidir ki, yüksək iqtisadi inkişaf ölkəmizdə demokratik prinsiplərin möhkəmlənməsinə zəmin yaradır. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatının müdafiəsinə nail olunur, vətəndaşların dövlətin idarə olunmasında fəallığı artır. Bu, bütün dövlətlərdə demokratik prinsiplərə əməl olunmasının əsas göstəricisidir.

Vətəndaşların dövlətin idarə olunmasında fəal iştirakını təmin etmək üçün mükəmməl qanunvericilik bazası mövcuddur. Seçki Məcəlləsi Avropa təcrübəsinə uyğundur və onun daha mükəmməl olması üçün ardıcıl müzakirələr aparılır, ona əlavə və dəyişikliklər edilir. İndiyədək Seçki Məcəlləsində edilmiş bir sıra dəyişik­liklər beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirilib. Onlar birmənalı şəkildə bildiriblər ki, Azərbaycanda seçkilərin demokratik keçirilməsi, demokratik prinsiplərin möhkəmlənməsi dövlətin marağındadır.
Bu, fakdır ki, ölkəmizdə bütün sahələrdə sosial-iqtisadi və hüquqi islahatlar keyfiyyətlə aparılır. Qeyd etdiyimiz kimi, bunun üçün mükəmməl Konstitusiyamız, mövcud qanunvericilik bazamız, dövlətin və xalqın birgə iradəsi var.

Ardını oxu...

Güllə yağışı altında keçən illər

1990-cı il idi. Sədərəkdə döyüşlər şiddətlənir, küçələrdə, həyətlərdə gəzmək təhlükəyə çevrilirdi. Həmin günlər muxtar respublikamızın hər yerindən əli silah tutanlar Sədərəyə axışırdılar. Doğma yurdu canlarından artıq sevən oğullar Sədərəyin hər qarış torpağı uğrunda döyüşlərdə şəhid olmağı şərəf bilirdilər. Sədərək təslim olmurdu, Sədərək döyüşürdü!
Döyüşlərin son dərəcə ağır anlarında sədərəklilər yumruq kimi birləşib düşmənin başında ildırım kimi çaxdılar. Ermənistan silahlı qüvvələrinin toplardan atdıqları mərmilər Sədərəyə yağış kimi yağsa da, qadınlardan, uşaqlardan, qocalardan başqa doğma yurdunu, səngərləri kimsə tərk etmədi, Vətən sevgisi, torpaq qeyrəti bu ölüm-dirim savaşında sədərəklilərə yenilməz güc verdi.
Peşəmlə bağlı mən də Sədərəyə tez-tez gedirdim. Hələ də o qanlı-qadalı illər hafizəmdədir.
Bu odun-alovun içində küçələrdə könüllü döyüşçüləri, sakit insanları görəndə onların cəsarətinə, mərdanəliyinə heyran qalmamaq mümkün deyildi. Əslində, insanlar müharibəyə alışmışdılar, ölüm-itim də adiləşmişdi.

Ardını oxu...

Sentyabrın 21-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Beynəlxalq Sülh Günü qeyd olunub, “Sülh dünyanın səadət və firavanlıq rəmzidir!” mövzusunda keçirilən III muxtar respublika şeir, inşa-yazı və rəsm müsabiqəsinin qalibləri müəyyənləşdirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova qeyd edib ki, Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci il tarixli qərarı ilə təsis edilib və hər il sentyabr ayının 21-də qeyd olunması müəyyənləşdirilib. Vurğulanıb ki, əbədi mövzu olan sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan ölkəmiz üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan Azərbaycan xalqı, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüb. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra, hər şeydən əvvəl, böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Üstündən 19 il keçməsinə baxmayaraq, Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərin azad edilməsilə bağlı qətnamələrinin tələblərini yerinə yetirməyib. Bu günə qədər münaqişənin sivil yollarla həll edilməsi istiqamətindəki səylər, həm də dövlətimizin sülh arzusunun ifadəsidir.

Ardını oxu...

Seçki marafonu

  9 oktyabr Azərbaycan Respublikası Prezidentinin seçkiləri günüdür

Dairə seçki komissiyaları sədr və iki katib də daxil olmaqla, 9 (doqquz) üzvdən ibarətdir. Dairə seçki komissiyaları məntəqə seçki komissiyalarının fəaliyyətini əlaqələndirir, onlara lazımi təşkilati dəstək verir; seçki dairəsinin ərazisində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir; prezidentliyə namizədlərin seçkiqabağı fəaliyyətinə bərabər şərait yaradır; seçkilər haqqında seçicilərə məlumat verir; məntəqə seçki komissiyalarını otaqlarla, nəqliyyat və rabitə vasitələri ilə təmin edir; seçki məntəqələrinə təşkilati-texniki yardım göstərir; məntəqə seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir; qanunauyğun digər səlahiyyətləri həyata keçirirlər.
Məntəqə seçki komissiyaları sədr və iki katib də daxil olmaqla, 6 (altı) üzvdən ibarət olmalıdır. Məntəqə seçki komissiyası üzvlərinin əsas vəzifələri aşağıdakılardır: seçicilər siyahısının təsdiq edilməsi; səsvermə otağının zəruri avadanlıq və ləvazimatlarla təmin edilməsi; seçicilərin məlumatlandırılması; seçki məntəqəsinin əhatə etdiyi ərazidə seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasının təmin edilməsi; seçki günü səsvermənin təşkili, səslərin hesablanması, səsvermənin nəticələrinin müəyyənləşdirilməsi; səsvermənin nəticələri haqqında protokolun rəsmi surətinin, habelə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə seçki komissiyasına göndərilməsi.

Ardını oxu...

Ona yüzlərlə tərif vermək, onu yüzlərlə sözlə ifadə etmək olar. Sülhü əsrlər boyunca bəşəriyyətin ən böyük ehtiyacı da adlandırmaq olar, ən böyük həqiqəti də. Bu gün üçün isə sülh yaşı milyon illərlə ölçülən dünyada milyonlarla insanın həqiqət nəğməsidir. Mahiyyətcə dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf, insanların və insanlığın birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən sülh bəşəri məfhumdur.
Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusu bütün tarix boyu bəşəriyyəti düşündürmüşdür. Bu mənada, əslində, sülhün günü olmur, çünki o, insanlığa hər gün lazımdır. Birləşmiş Millətlər Təşkilatı 1981-ci ildə 21 sentyabrın “Beynəlxalq Sülh Günü” kimi qeyd olunması barədə Qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 21 sentyabr bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur.
Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir.

Ardını oxu...

1994-cü il sentyabrın 20-də Əsrin müqaviləsi imzalanmışdır

Azərbaycan təbii ehtiyatlarla zəngin bir ölkədir. Bu zənginlik yeraltı və yerüstü sərvətlərlə səciyyələnir. Ancaq bunlar arasında neft və qaz ehtiyatları daha böyük potensiala malikdir. Təbii sərvətlər ölkəmizi dünyada çoxdan tanıtsa da, yalnız müasir tarixdə Azərbaycanın gücünə güc qatan, onu daha da şöhrətləndirən milli sərvətə çevrilmişdir. Ötən əsrin 90-cı illərində müstəqilliyini qazanan xalqımız ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində öz sərvətlərindən özü üçün istifadə etmək iqtidarına sahib olmuşdur. 1994-cü il sentyabrın 20-də Əsrin müqaviləsinin imzalanması bu sahədə keçirilən tədbirlərin başlanğıcı idi.

Təbii sərvətlər və onların bölgüsü

Tarixən dünyanın müxtəlif guşələrində mövcud olan təbii sərvətlər bəziləri üçün rifah və xoşbəxtlik gətirsə də, bir çox xalqlar üçün müharibə və yoxsulluq, aclıq və səfalətə səbəb olmuşdur. Təbii sərvətlərin öz əsl sahibinin əlindən alınaraq min kilometrlərlə uzaqlara daşınıb aparılması hələ böyük coğrafi kəşflər dövründən başlayaraq günümüzə qədər edilmiş yürüş və səfərlərin əsas məqsədi olmuşdur. Orta əsrlərdən bəri özünün qiymətli neft və təbii qaz yataqları ilə məşhur olan Odlar yurdu Azərbaycan da tarixin müəyyən dövrlərində bu maraqların mərkəzinə düşmüş və iri dövlətlərin hədəfinə çevrilmişdi.

Ardını oxu...

6 saylı Culfa-Babək Seçki Dairəsində görülən işlər belə deməyə əsas verir

Prezident seçkiləri ərəfəsində 6 saylı Culfa-Babək Seçki Dairəsində görülən işlərlə yaxından tanışlıq məqsədilə həmin dairədə olduq. Məlumat üçün bildirək ki, muxtar respublikada fəaliyyət göstərən digər dairə seçki komissiyaları kimi, bu dairə üçün də müasir tələblərə cavab verən yeni bina inşa olunub. Burada çalışan komissiya üzvlərinə hərtərəfli iş şəraiti yaradılıb.
6 saylı Culfa-Babək Seçki Dairəsi dairə seçki komissiyasının sədr müavini Ruhin Novruzov bildirdi ki, ölkəmizdə seçkilərin azad və ədalətli, şəffaf keçirilməsi reallıqdır. Bu, beynəlxalq müşahidəçilər tərəfindən də təqdir olunur. Hazırlaşdığımız seçkilərin də demokratik və obyektiv keçəcəyi şəksizdir. Muxtar respublikamızın hər yerində olduğu kimi, bu dairədə də seçkilərə çox ciddi şəkildə hazırlıq görülür. Dairənin tərkibində 39 məntəqə fəaliyyət göstərir. Onların 25-i Culfa rayonunda, 14-ü isə Babək rayonundadır. Seçki Dairəsinin əhatə etdiyi ərazilərdə seçicilərin əhval-ruhiyyəsi yüksək səviyyədədir. Aparılan genişmiqyaslı quruculuq tədbirləri, insanların həyat səviyyəsinin gündən-günə yaxşılaşdırılması hər bir seçicidə nikbin ovqat yaradıb.

Ardını oxu...

Müasir dövrdə ölkələri güclü edən onun iqtisadiyyatı və ordusudur. İqtisadi əsaslar olmadan ordu yaratmaq, ordu olmadan güclü iqtisadiyyata malik olmaq mümkünsüzdür. Yalnız dahi şəxsiyyətlər bu iki sahənin təməlini eyni vaxtda quraraq inkişaf etdirə bilər. Azərbaycan xalqının bu sahədə bəxtinin gətirdiyini söyləmək nə qədər asan olsa da, bu cür ümummilli məsələləri həyata keçirmək heç də asan olmayıb –  xüsusilə də ordu quruculuğu sahəsində görülən işləri. Dünya dövlətlərinin ordu quruculuğundakı tarixi şərait və imkanlar hər zaman fərqliliyi ilə seçilib. Azərbaycanın payına isə ordu yaratmaq yenicə qazanılmış müstəqilliyini qoruyub saxlamaq, torpaqlarını müdafiə etmək, zəngin təbii sərvətləri qorumaq, bununla yanaşı, istənilən digər xarici təcavüzlərə sinə gərmək kimi bir dövrə təsadüf etmişdi.

Ardını oxu...

Yeddinci prezident seçkilərinə doğru

Ölkəmiz öz tarixinin növbəti seçkisinə yaxınlaşır. Bu, Azərbaycan Respublikası Prezidenti postuna keçiriləcək 7-ci rəsmi seçkilərdir. Bütün hallarda 3 və 7 rəqəmləri Şərq üçün – Azərbaycan üçün uğurlu rəqəm sayılır. Məsələn, ölkə Prezidenti postuna keçirilən 3-cü seçkilərdə dünya şöhrətli siyasətçi Heydər Əliyev Prezident seçilib. Bununla da, Azərbaycanın daha böyük bəlalara sürüklənməkdən qurtulmasını heç kəs, hətta ümummilli liderin o zamankı siyasi rəqibləri belə, inkar etmir. Məhz üçüncü seçimdə seçimlərinin doğrusunu edən Azərbaycan seçicisi gələcək siyasi-ideoloji xətti seçmiş oldu. Bu seçimin nə qədər doğru olduğunu isə ölkənin sonrakı inkişafı təsdiqlədi. 

Ulu öndərimiz Heydər Əliyev isə adını Azərbaycan tarixinə təkcə siyasətçi, siyasi lider, Prezident kimi deyil, DÖVLƏT XADİMİ kimi yazdıra bildi. Çünki ümummilli liderimiz Heydər Əliyev nə Moskvadan Bakıya, nə Bakıdan Naxçıvana, nə də yenidən Naxçıvandan xalqın təkidli tələbi ilə Bakıya qayıdarkən onu seçkilər deyil, müstəqil Azərbaycanın gələcəyi düşündürürdü. Bunun nəticəsində isə xalqımızın böyük oğlu Heydər Əliyev “kreslo davası”nı Qarabağ müharibəsindən daha üstün tutanlara dövlət xadimi ilə siyasətçi arasındakı fərqi göstərdi. Uinston Çörçilin sözləri ilə ifadə etsək, dövlət xadiminin siyasi xadimdən fərqi ondadır ki, siyasətçilər gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir.
Ümummilli lider Heydər Əliyev 1998-ci ildə keçirilən dördüncü prezident seçkilərində də qalib gəldi.

Ardını oxu...

Amerika Birləşmiş Ştatlarının ölkə­mizdəki fövqəladə və səlahiyyətli səfirinin müavini Derek C.Hoqan sen­tyabrın 17-də Naxçıvan Muxtar Respublikasına ikigünlük səfərə gəlib. 

Səfir müavini sentya­brın 17-də səfirliyin nümayəndə heyəti ilə birgə Naxçıvan Dövlət Universitetində olub. Qonaqlar universitet ərazisini gəzib, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində, “Diplomatiya” kabinəsində və Elektron kitabxanada olublar. Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı sayəsində bu il kitabxananın binası təmir olunub, yeni nəsil texnologiyalarla təchiz edilmiş kitabxana yaradılıb. Səfir müavini Derek C.Hoqan kitabxananın müasir informasiya-kommunikasiya texnologiyaları quraşdırılmış elektron oxu zalı və digər şöbələri, elektron kataloqu, həmçinin sorğulara operativ cavab almaq və virtual sifariş vermək üçün nəzərdə tutulmuş Elektron informasiya köşkü ilə tanış olub, elektron kataloq sisteminin, kitabların elektron versiyasının hazırlanması prosesini izləyib.

Ardını oxu...

Seçki marafonu

  9 oktyabr Azərbaycan Respublikası Prezidentinin seçkiləri günüdür

Beynəlxalq (xarici) müşahidəçilər qanunla müəyyənləşdirilmiş qaydada və müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməlidirlər.


Hörmətli seçicilər!

Beynəlxalq (xarici) müşahidəçilər (bundan sonra beynəlxalq müşahidəçilər) Seçki Məcəlləsinin 44.2-ci maddəsində nəzərdə tutulmuş qaydada dəvət olunurlar. Dəvətlər seçkilərin təyin edilməsi barədə qərar rəsmi dərc edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra Mərkəzi Seçki Komissiyası) tərəfindən göndərilə bilər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində internet üzərindən elektron ödəniş sisteminin tətbiqinə başlanılması ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə nazir Rövşən Məmmədov açaraq bildirib ki, yaşadığımız həyatın artan tələblərini təmin etmək üçün müasir dövrdə vaxt çox məhduddur və buna görə də ondan maksimum qənaətlə istifadə etməyə çalışırıq. Bu amil sürətlə inkişaf edən elektron ödəmə sistemlərinin qurulmasını və ondan istifadəni qaçılmaz edir, eyni zamanda bu sahənin yüksələn xətlə inkişafına imkan yaradır. Elektron pulköçürmə sistemləri onlayn ödəməni günün istənilən vaxtında həyata keçirməyə imkan verir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Babək Rayon İcra Hakimiyyətində “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılması zamanı qanunvericiliyin tələbləri” mövzusunda seminar-müşavirə keçirilib.
Rayonun qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirak etdiyi tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin şöbə müdiri Nihal Məmmədov açıb.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov bildirib ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunmasında, sosial-müdafiə proqramlarının həyata keçirilməsində, eləcə də ailə sağlamlığının təmin edilməsində, əhalinin mənəvi sağlamlığının müdafiəsində və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır.

Ardını oxu...

Naxçıvan şəhərində yerləşən 705 nömrəli orta məktəbin idman şəhərciyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən 705 saylı hərbi hissəsinin yaradılmasının növbəti ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Qarnizonunun zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov açıb. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Azərbaycanda milli ordu quruculuğuna ilk dəfə Naxçıvandan başlanması haqqında məlumat verən polkovnik-leytenant Mirqiyas Rüstəmov bildirib ki, 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk Milli Ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib. Naxçıvanda Milli Ordu hissəsinin yaradılması münasibətilə 1992-ci il oktyabrın 9-da ilk hərbi parad keçirilib. Qeyd olunub ki, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ordu quruculuğuna başlayan ümummilli lider Heydər Əliyev qüdrətli Azərbaycan Ordusunun yaradıcısı kimi tarixə düşüb. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra isə ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda Milli Ordunun gücləndirilməsi prosesi xeyli sürətləndirilib. Həyata keçirilən tədbirlər nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırılıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü ordu yaradılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiəsi təmin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində hərbi hissələr üçün onlarla yeni binalar – əsgəri-məişət yaşayış kompleksləri, müxtəliftəyinatlı obyektlər tikilib istifadəyə verilib. Bu hissələrin texniki təminatı da dəfələrlə yaxşılaşdırılıb. İnkişafının yeni mərhələsinə qədəm qoyan Silahlı Qüvvələrimiz müstəqilliyimizin və dövlətçiliyimizin qarantıdır.
Tədbirdə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, 705 nömrəli tam orta məktəbin direktoru Nazim Bayramov, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, şair Həsənəli Eyvazlı xalq-ordu birliyindən danışıblar, hərbi hissənin yaradılması münasibətilə əsgər və zabitləri təbrik ediblər.
Sonra Naxçıvan Qarnizonunun nümunəvi hərbi orkestrinin çıxışı olub. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin və Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifaları alqışlarla qarşılanıb. Yaradıcı kollektivlərin çıxışlarından sonra “N” hərbi hissənin xüsusi hazırlıq bölməsinin nümunəvi çıxışları olub.

Xəbərlər şöbəsi

Naxçıvan Hava Limanında gördüyüm bir mənzərə bu qeydlərə təkan verdi, nələrisə yadıma saldı. Ayağı şikəst cavan oğlanı xüsusi qurğulu maşına qoydular, həmin maşın təyyarəyə yaxınlaşıb cavanı ora təhvil verdi. Cavanın üzündə təbəssüm vardı. Ona göstərilən qayğıdan çaşmış və şikəstliyini unutmuşdu. Mən bu cür mənzərəni xarici aeroportlarda görmüşdüm və şikəstlərə yaradılan şəraitə paxıllığım tutmuşdu. “Bizdə niyə belə olmasın?” – deyə ürəyimdə dəfələrlə düşünmüşdüm. Və oldu da. İndi Azərbaycan və onun bir parçası olan Naxçıvan gözlərimiz önündə tikilir, canlanır, abadlaşır.
İlk dəfə Naxçıvana 1996-cı ilin avqustunda getmişdim. “Azadlıq” radiosunun müxbiri kimi eks-prezident Əbülfəz Elçibəydən müsahibə almağa. Qayıdandan sonra “Barı Naxçıvan, yoxsa Naxçıvan barı” adlı yazı da yazmışdım. Təxminən belə: Naxçıvandan Bakıya bilet almaq hələ uçmaq demək deyil. Bileti qeydiyyatdan keçirmək də uçmaq deyil. Təyyarəyə oturmaq da uçmaq deyil. Şəhərin hava limanı bərbad gündəydi. Təyyarəyə minmək üçün minbir əzaba qatlaşmalıydın.
Məqaləyə reaksiya müsbət oldu. Aeroport işçiləri cəzalandırıldı, yenilərilə əvəz olundu. İndi o günlər geridə qalıb. Naxçıvan Hava Limanı çox müasirləşib, çağdaş tələblərə cavab verir. Uçduğumuz təyyarə təptəzəydi. AZAL-a təşəkkürlər. Hələ bir neçə il öncə Türkiyəyə, Qarsda konsulluğumuzun açılışına gedəndə, 2009-cu ildə Naxçıvanın 85 illiyinə dəvət olunanda da şəhərin geniş, təmiz küçələri məni sevindirmişdi. İndi də eləcə. Bura bir az Yeni Aşqabada oxşayır. Yol xidmətçiləri hər səhər və axşam küçələri təmizləyir, maşınlar yolları sulayır. Yolda bir çöpə də rast gəlməzsən. 1999-cu ildə Fransaya, Strasburqa gedəndə meşələrə, yollara baxıb köks ötürmüşdüm. Sanki meşədəki ağacların yarpaqları tökülmürdü, yollarda maşınlar yox, tozsoranlar və süpürgələr hərəkət edirdi. Bu qədər təmiz yol olmaz ki… “Bizdə niyə olmasın?” – deyə düşünmüşdüm.

Ardını oxu...

Sentyabrın 13-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil, İqtisadi İnkişaf nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində elm və təhsil müəssisələrində qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı müzakirələr aparılıb.
Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov bildirib ki, bu gün muxtar respublikamızda ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı ilə məşğul olan xeyli sayda istehsal müəssisələri var. Əhalinin böyük bir hissəsinin yerli məhsullara üstünlük verməsi bu məhsulların keyfiyyətinə diqqətin artırılmasını tələb edir. Buna görə də bu məsələyə ciddi diqqət yetirilməlidir.

Ardını oxu...

Əhalinin fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi, xətt təsərrüfatında baş verə biləcək hər hansı bir nasazlığın vaxtında aradan qaldırılması üçün “Naxçıvanqaz” İstehsalat Birliyi, onun tabeliyində olan şəhər və rayon Qaz İstismarı idarələri tərəfindən kompleks tədbirlər həyata keçirilir. Birliyin direktoru Səxavət Abbasovun verdiyi məlumata görə, muxtar respublikada, ümumilikdə, 82 min 238 istehlakçı təbii qazdan istifadə edir ki, onlardan 709 abonent, 73 müəssisə cari ilin 8 ayında təbii qazla təmin olunmuşdur.
Qaz təsərrüfatında istismarda olan magistral, daşıyıcı və paylayıcı qaz kəmərlərinə, eləcə də onlar üzərindəki kranlara, siyirtmələrə və qaztənzimləyici şkaflara müntəzəm olaraq texniki baxış keçirilmiş, aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. İstehlakçılara verilən təbii qazın təzyiqinə hər ay texnoloji rejim tətbiq edilmiş və ölçü qovşaqlarında nəzarət işi diqqətdə saxlanılmışdır.

Ardını oxu...

1 saylı Şərur-Sədərək Seçki Dairəsində prezident seçkilərinə hazırlığın yüksək səviyyədə təşkili belə deməyə əsas verir

Prezident seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlərlə yaxından tanış olmaq üçün 1 saylı Şərur-Sədərək Seçki Dairəsi dairə seçki komissiyasının sədri Niyaz Əsgər­ovla əlaqə yaratdıq. Bəri başdan qeyd edək ki, Şərur şəhərində 1 saylı Şərur-Sədərək Seçki Dairəsi üçün müasir tələblərə cavab verən bütün ləvazimatlarla təchiz olunmuş yeni bina tikilmişdir.
Niyaz Əsgərov görülən işlər barədə məlumat verərək bildirdi ki, 1 saylı Şərur-Sədərək Seçki Dairəsində 36 min 886 nəfər seçici səsvermədə iştirak edəcək. Bunun 26 min 901 nəfəri Şərur, 9 min 985 nəfəri isə Sədərək rayonunun payına düşür. Dairənin 33 seçki məntəqəsi var. Onlardan 7-si Sədərəkdə, 26-sı isə Şərurda fəaliyyət göstərir. Səsvermədə ilk dəfə iştirak edəcək 839 gənc seçici siyahıya alınmışdır. Beş seçicinin 100-dən yuxarı yaşı var.
2013-cü ilin əvvəllərindən dairə seçki komissiyasının 13 iclası keçirilmiş və müzakirəyə 13 məsələ çıxarılaraq müvafiq qərarlar qəbul edilmişdir.

Ardını oxu...

Bu sistemə keçid təhlükəsizlik və sabitlik üçün vacibdir

İnformasiya və kommunikasiya texnologiyalarının geniş yayıldığı müasir dövr qlobal informasiya mühitinin yaranmasına, mövcud sərhəd və maneələrin kifayət qədər aradan qalxmasına, əmtəələrin sərbəst beynəlxalq dövriyyəsinə, insanların azad yerdəyişməsinə gətirib çıxarmışdır. Bu qloballaşma müasir dünyamızı beynəlxalq terrorizmin, transmilli mütəşəkkil cinayətkarlığın, habelə silah və narkotiklərin qanunsuz dövriyyəsinin, qeyri-qanuni miqrasiyanın doğurduğu yeni təhdidlərlə üzləşdirir və hər bir dövlət qarşısında təhlükəli təzahürlərin qarşısının alınması üçün zəruri olan milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi vəzifələrini qoyur.

Beynəlxalq kommunikasiyaların hazırkı inkişaf səviyyəsi imkan verir ki, dünya ölkələri dünyada təhlükəsiz həyat şəraitinin təmin olunması, transmilli cinayətkarlığın qarşısının alınması üçün ənənəvi eyniləşdirmə üsulları ilə müqayisədə daha səmərəli olan biometrik eyniləşdirmə texnologiyalarını tətbiq etsinlər. Çünki bu cür biometrik eyniləşdirmə sistemlərinin effektiv fəaliyyətinin təmini biometrik eyniləşdirmə sistemlərinin məlumat mübadiləsi şəbəkəsinin yaradılmasına, hər bir ölkənin müvafiq beynəlxalq informasiya resursları ilə məlumat mübadiləsinin təşkilinə imkan yaradar. Elə bu səbəbdəndir ki, XXI əsrdə biometrik pasport sisteminə keçid dünya ölkə­lərində diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin məzunlarının 2013-cü ilin ikinci buraxılış qrupunun andiçmə mərasimi keçirilmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Məktəbin rəisi səlahiyyətlərini icra edən polis polkovnik-leytenantı Fariz İsmayılov şəxsi heyətin peşə, mənəvi və fiziki hazırlığının artırılması məqsədilə komandir-müəllim heyəti tərəfindən həyata keçirilmiş tədbirlər və bu sahədə əldə olunan uğurlu nəticələr barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu gün and içən 32 gənc polis nəfəri daxili işlər orqanlarında xidmətə başlayacaqlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV: Bu gün möhtərəm Heydər Əliyevin izləri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində görünür. Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda əldə olunan bütün nailiyyətlərdə Heydər Əliyevin işi və əməlləri yaşayır. Zaman keçdikcə bu nailiyyətlər daha da artır. Çünki bu yolu Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi olan hörmətli Prezidentimiz cənab İlham Əliyev davam etdirir.

Hər bir xalqı dünyada tanıdan onun istedadlı alimləri, mütəfəkkirləri, mədəniyyət xadimləri ilə yanaşı, əbədiyaşarlıq hüququ qazanmış tarixi şəxsiyyətləridir. Siyasət elmi, bəlkə də, bütün elmlərin hamısından mürəkkəb olduğu üçün nüfuzlu siyasətçi bütün elm sahələrinin əsaslarını bilməklə yanaşı, həm də uzaqgörənliyə, müdrikliyə, yüksək təşkilatçılıq qabiliyyətinə, siyasi lider olmaq bacarığına, güclü intuisiyaya, bütövlükdə, fitri istedada malik olmalıdır. Dahilik səviyyəsinə çatmış tarixi simalar, əslində, Tanrının seçilmiş insanlarıdır. Azərbaycan xalqı da öz tarixində hər dövr üçün böyük tarixi şəxsiyyətlər yetirə bilmişdir. Xalqımız XX əsrdə Azərbaycanı bütün dünyada tanıtdıran və dünya xalqları içərisində özünə layiq yer tutmasına nail olan ümummilli lider Heydər Əliyev kimi böyük bir şəxsiyyət yetişdirmişdir.

Ardını oxu...

Seçki marafonu

  9 oktyabr Azərbaycan Respublikası Prezidentinin seçkiləri günüdür

Seçkilərdə Azərbaycan Res-publikasının aktiv seçki hüququna malik hər bir vətəndaşı respublika ərazisində və ya seçki  dairəsinin ərazisində öz təşəbbüsü, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun və seçkilər üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında  müşahidə apara bilər. 


Hörmətli seçicilər!
Müşahidə respublikanın bütün ərazisində, bir seçki dairəsinin ərazisində, habelə müvafiq seçki komissiyalarının iclaslarını xüsusi icazə əsasında müşahidə etməklə aparıla bilər.
Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmaq niyyətində olan aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasınа bu barədə ərizə təqdim edə bilər. Hər bir ərizəyə dair qərar onun verildiyi tarixdən başlayaraq 3 gün müddətində qəbul edilməlidir.


Müşahidənin aparılmasına rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər.


Mərkəzi Seçki Komissiyası tərəfindən müşahidənin keçirilməsinə icazə verilmədikdə həmin vətəndaşın Mərkəzi Seçki Komissiyasının bu qərarından Apelyasiya Məhkəməsinə şikayət vermək hüququ vardır. 

Ardını oxu...

Qasım bəy Abbasqulu bəy oğlu Camalbəyov – XX əsrin əvvəllərində siyasi və diplomatiya tarixində özünəməxsus xidmətləri olan diplomatlarımızdan biri. Qasım bəy Camalbəyovun həyatı və ictimai-siyasi fəaliyyəti də yaşadığı dövr kimi ziddiyyətli olmuşdur. Lakin özünün siyasi istedadı və fərdi diplomatik xüsusiyyətləri  ilə Qasım bəy Camalbəyov həm Rusiya imperiyası dövründə, həm Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində, həm də Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra ictimai-siyasi proseslərin mərkəzində yer almağı bacarmış, mövcud quruluş və ictimai-siyasi şəraitdən asılı olmayaraq, Azərbaycan uğrunda fəaliyyət göstərmişdir. 

Ardını oxu...

Ötən hər gün bizi ölkəmizin həyatında mühüm siyasi hadisə olan 9 oktyabr prezident seçkilərinə yaxınlaşdırır. Muxtar respublikanın ayrı-ayrı bölgələrində olduğu kimi, Ordubad və Culfa rayonlarında da bu siyasi kampaniyaya ciddi hazırlıq işləri görülür. 7 saylı Ordubad-Culfa Seçki Dairəsi dairə seçki komissiyasının sədri Həsən Həsənovla söhbət zamanı bildirdi ki, seçkilərin şəffaflığının və obyektivliyinin təmin olunmasında məntəqə seçki komissiyaları mühüm rol oynayır. Bu, nəzərə alınaraq həmin komissiyalara normal iş şəraiti yaradılıb. Məntəqə seçki komissiyalarının üzvləri arasında vəzifə bölgüsü aparılıb, növbətçilik qrafiki tərtib olunub. Seçiciləri məlumatlandırmaq üçün məntəqələrdə guşə yaradılıb. Burada seçkilərlə bağlı mühüm dövlət sənədləri özünə yer alıb.

Ardını oxu...

Təhsil hər bir xalqın milli intibahını təmin edən ən zəruri vasitədir. Cəmiyyət qarşısında dayanmış bir sıra əsaslı problemlərin həlli, ilk növbədə, bu sahənin tərəqqisindən keçir. Təhsilin inkişafı sahəsində mövcud ənənələrin milli məqsədə yönəldilməsi, bu ənənələrin müasir dövrün tələbləri səviyyəsində inkişafı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəyə rəhbərliyinin bütün dövrlərində bu sahəyə xüsusi diqqət və qayğı göstərmiş,  təhsilin inkişafına milli dövlət quruculuğu prosesinin zəruri əsası kimi yanaşmış, xalqın intellektual səviyyəsinin artırılmasını ən vacib vəzifələrdən biri kimi qarşıya qoymuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikada təhsil ocaqları üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yeniləşdirilmiş, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri açılmışdır. O illərdə Azərbaycanda əldə edilən mühüm tarixi nailiyyətlərdən biri də milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Bu məqsədi uğurla həyata keçirmək üçün dahi rəhbər Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün  keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdur. Həmin dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın gənc göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdır.  

Ardını oxu...

Bu yurdun sakinləri torpağa bağlı insanlardır

Məmməd Araz ucaldığı zirvəyə bu yoldan keçib

Şahbuz şəhərindən Nursu kəndinə gedən yol boyu bu yaşayış məntəqəsini ölkəmizin hüdudlarından belə, kənarda tanıdan gözəl şairimiz Məmməd Araz haqqında düşünürdüm. Düşünürdüm ki, onun ucaldığı zirvəyə gedən yolun başlanğıcı elə indi keçdiyim bu yol olub. Sonralar bu yolla şairin neçə-neçə pərəstişkarı, ölkəmizin görkəmli şair və yazıçıları Nursuya üz tutublar.
Onu da təsdiq edərik ki, bu gün çoxlarının dilinin əzbəri olan şeirlərindən hansısa bu yollarda misralanıb. Bu yolların sığındığı və möhtəşəmlik, ucalıq rəmzi kimi baş-başa verən Toğluqaya, Səngərtəpə, Motalqaya, Çadırlıdaş dağları, bu dağların otu, gülü-çiçəyi, dumanı, leysanı, küləyi, Şahbulaq, Kazımbulaq, Qubadbulaq, Yeddibulaq, Novlu, Kəklikli çeşmələri onun ilk ilham mənbəyi olub. “Mən uca dağlara babam demişəm”, – deyən şairə ömrünün sonuna qədər bu yerlər ilham verib. Onun şeirlərindən qəlbimizə süzülən xoş duyğuların təməli elə bu mənbədən qaynaqlanıb. Bu mənbədən qaynaqlanan hansı şerini yada salsaq, şair qəlbinin vətəndaşlıq poeziyası öz qollarını şeirsevərlərə açacaq.

Ardını oxu...

Azərbaycanda yeni tədqiqat sahələrindən biri də heraldika – gerbşünaslıq elmidir. Heraldika rəmzlərin – simvolların öyrənilməsi ilə məşğul olur. Əslində, heraldikanın tarixi çox qədimdir. Çox təəssüflər olsun ki, XX yüzillikdə bu mühüm elm sahəsi Azərbaycanda, belə demək mümkünsə, unudulmuşdur. Azərbaycan xanlıqlarının bayraqlarının tədqiqində heraldika araşdırıcıların köməyinə gəlir. Bayraqların rənglərinin böyük heraldik əhəmiyyəti var. Məsələn, qırmızı rəng məhəbbət, mərdlik, cəsurluq, igidlik və qorxmazlıq, yaşıl rəng ümid, azadlıq, sevinc, qızılı rəng ucalıq, mavi sədaqət rəmzidir.

Azərbaycan xanlıqlarının bayraqlarının üzərində çəkilən təsvirlərin də dərin fəlsəfi ideyası, eləcə də türkçülüklə və islamla bağlılığı vardır.
Gerb də milli dövlətçiliyin atributlarından biridir.
Tez-tez suallar verirlər ki, Naxçıvan xanlığının gerbi olubmu? Əgər olubsa, təsviri necədir?
Əvvəlcə qeyd edək ki, XX əsrin sonlarında Azərbaycan yenidən müstəqilliyini bərpa edəndən sonra heraldika və geneologiya sahəsində püxtələşmiş gənc alimlərdən biri Səbuhi Əhmədovdur. Milli Azərbaycan Tarixi Muzeyində işləyən heraldika üzrə yeganə mütəxəssis olan Səbuhi Əhmədovun maraqlı, beynəlxalq səviyyəli məqalələri xalqımızın heraldikasının zənginliyini və qədimiliyini bir daha təsdiqləyir.

Ardını oxu...

“Muxtar respublika üçün payız-qış mövsümündə nəqliyyat sisteminin dayanıqlı fəaliyyəti böyük əhəmiyyət kəsb edir. İqtisadiyyatın infrastruktur sahələri olan istilik, enerji, rabitə və digər sahələrlə yanaşı, nəqliyyat sahəsi də qarşıdan gələn mövsümdə tələbatı tam təmin etməlidir”. Bu fikirləri dünən Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində keçirilən müşavirədə nəqliyyat naziri Mirsənani Seyidov deyib.
Nazir bildirib ki, avqustun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə yeni mövsümə hazırlıqla bağlı Nəqliyyat Nazirliyinə və nazirliyin strukturuna daxil olan təşkilatlara bir sıra tapşırıqlar verilib. Ötən müddət ərzində verilən tapşırıqların icrasına başlanılıb. İlkin olaraq ucqar dağ və sərhəd kəndlərinə işləyən marşrut-avtobuslarının texniki müayinədən keçirilməsi işi təşkil olunub. Nazirliyin texniki müayinə komissiyası muxtar respublika Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birlikdə bu nəqliyyat vasitələrinin texniki sazlığına nəzarəti həyata keçirib, bu sahədəki çatışmazlıqların aradan qaldırılması üçün nəqliyyat vasitələri sahiblərinə vaxt verilib. Bundan başqa, nazir­likdə fəaliyyət göstərən texniki müayinə komissiyası tərəfindən nazirliyin lisenziyası əsasında fəaliyyət göstərən yük və sərnişindaşıma ilə məşğul olan bütün nəqliyyat vasitələrinin payız-qış mövsümünə hazırlıqla əlaqədar texniki müayinədən keçirilməsi təşkil edilib.

Ardını oxu...

Azərbaycanın milli dövlətçilik tarixində xanlıqlar dövrü vətən tarixşünaslığının mühüm mərhələsi sayılır. XVIII yüzilliyin əvvəlindən başlayaraq tarixi proseslər feodal münasibətlərinin inkişafını daha da sürətləndirdi. Belə bir tarixi yeniləşmə həmin əsrin birinci yarısının sonlarında Nadir şah (Təhmasibqulu şah) Əfşarın idarə etdiyi imperiyanın ərazisində beynəlxalq hüququn yeni subyektləri olan xanlıqların yaranmasına səbəb oldu: Araz çayından solda İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Cavad, Şəki, Şamaxı, Quba, Salyan, Dərbənd, Bakı, Talış (Lənkəran), sağda isə Təbriz, Urmiya, Ərdəbil, Xoy, Sərab, Marağa, Maku və Qaradağ. Adlarını qeyd etdiyimiz xanlıqlar, eləcə də İlisu və Şəmşəddil sultanlıqları Səfəvilər dövlətinin tərkibində olan Qarabağ, Şirvan, Çuxursəəd və Təbriz bəylərbəyliyinin ərazisində meydana gəlmişdi. Əgər tarixə ekskurs etsək, görərik ki, dövlət aşağıdakı bazis elementləri ilə formalaşır: siyasi hakimiyyət, ərazi, iqtisadiyyat, silahlı qüvvələr, əhali, dil, ideologiya və atributlar.

Həmin dövrdə xanlıqların dövlət atributlarını müəyyənləşdirən simvollar (rəmzlər) var idi. Buraya həm də xanın özünün hakimiyyət atributları da daxil edilirdi: 1. taxt; 2. tac; 3. hökmdar; 4. möhür və fərman; 5. qılınc; 6. pul vahidi; 7. bayraq, döyüş bayrağı (ştandart), bunçuk və tug.

Əlbəttə, orta əsrlərdə və sonrakı dövrlərdə dövlət atributları indikindən fərqlənirdi. Tarixi araşdırmalar göstərir ki, Azərbaycan xanlıqlarının orijinal bayraqları olmuşdur. Tarixşünaslıqda milli dövlətçilik və onun atributları ilə bağlı xeyli nəşrlər olsa da, ancaq hələ də öz həllini tapmamış məsələlər vardır. Buna əsas səbəb bayraqşünaslıq elminin – veksillogiyanın yaşının elə də çox olmamasıdır. Bu elm latınca “vexillum” sözündəndir. Qədim Romada ordu bayrağını belə adlandırırdılar.

Ardını oxu...

2 saylı Şərur Seçki Dairəsində hazırlıq işləri yüksək səviyyədə davam etdirilir

Şərur rayonunda iki dairə seçki komissiyası fəaliyyət göstərir: 1 saylı Şərur-Sədərək və 2 saylı Şərur seçki dairələri. Hər iki dairə üçün ayrı-ayrılıqda Şərur şəhərində zirzəmi ilə birlikdə üçmərtəbəli yeni bina ucaldılmışdır.
Seçkilərə hazırlığın vəziyyəti ilə bağlı 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyasının sədri Kamal Ələkbərovla həmsöhbət olduq:
– Ölkəmizdə bütün seçkilərin azad və şəffaf keçirilməsi beynəlxalq müşahidəçilərin yekun rəyində də öz əksini tapmışdır. Şübhə yoxdur ki, növbəti prezident seçkiləri də öz demokratikliyinə və obyektivliyinə görə daha yüksək qiymətə layiq görüləcək. Seçkilərlə əlaqədar aparılan hazırlıq işləri, Mərkəzi Seçki Komissiyasının beynəlxalq qurumlarla birgə keçirdiyi treninqlər belə qənaətə gəlməyə əsas verir.
Kamal Ələkbərov bildirdi ki, ölkə­mizin, eləcə də muxtar respublikamızın hər yerində prezident seçkilərinə çox ciddi hazırlıq işləri görülür. 2 saylı Şərur Seçki Dairəsinin əhatə etdiyi ərazilərdə də seçicilərin əhvali-ruhiyyəsi çox yüksəkdir. Bu, hər şeydən əvvəl, onunla bağlıdır ki, rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, adamların güzəranının yüksəldilməsi, kənd təsərrüfatının, sənayenin inkişafı hər bir seçicidə nikbinlik yaratmış, ölkə­mizin daha işıqlı sabahına inamı artırmışdır. Seçicilər yaxşı dərk edirlər ki, bu seçkilərdə onlar dövlətin başçısını seçir və bununla həm özlərinin, həm də ölkənin gələcək taleyini həll edirlər.

Ardını oxu...

Kəngərli Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbiri giriş sözü ilə İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov açıb.
İcra başçısı müzakirə olunan məsələ ilə bağlı məruzə edərək bildirib ki, son illərdə əhalinin rahat yaşayışının təmin olunması üçün mühüm tədbirlər həyata keçirilib, yerlərdə kommunal xidmətlərin keyfiyyəti artırılıb, əhalinin çətinlik çəkmədən normal şəraitdə yaşaması ön plana çəkilib.

Ardını oxu...

Seçki marafonu

9 oktyabr Azərbaycan Respublikası Prezidentinin seçkiləri günüdür


Azərbaycan Respublikasında seçkilər seçki komissiyaları tərəfindən təşkil edilir və keçirilir.


Hörmətli seçicilər!

Seçkilərin keçirilməsinin təşkil və təmin edilməsini kollegial orqan olan seçki komissiyaları həyata keçirir.
Seçki komissiyaları Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müəyyən etdiyi qaydalara uyğun olaraq təşkil edilir.
Azərbaycan Respublikasında seçki komissiyaları seçkilərin hazırlanmasını, keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin yekunlarının müəyyən edilməsini, vətəndaşların seçki hüquqlarının həyata keçirilməsini və müdafiəsini təmin etməklə həmin hüquqlara riayət olunmasına nəzarət edir.

Ardını oxu...

2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində də müzakirə olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, qarşıya qoyulan vəzifələrin vaxtlı-vaxtında yerinə yetirilməsində nazirliyin hər bir əməkdaşı, tabelikdə olan qurumlar məsuliyyət daşıyırlar. Qeyd olunub ki, payız-qış mövsümünü mütəşəkkil səviyyədə başa vurmaq üçün İlham Əliyev adına Olimpiya İdman Kompleksi, Şərur Olimpiya İdman Kompleksi, Naxçıvan Muxtar Respublika Stadionu və İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində payız-qış mövsümündə elektrik enerjisi, qaz, rabitə və digər xidmətlərdən düzgün istifadə olunması, israfçılığa yol verilməməsi təmin edilməlidir. Sayğaclara texniki baxış keçirilməli, göstərilən sahələrə nəzarət artırılmalıdır.
Təsərrüfathesablı idman müəssisələrində elektrik enerjisi və qaz xidməti haqlarının ödənilməsi vaxtında təmin olunmalı, bu istiqamətdə nöqsanların baş verməməsinə ciddi diqqət yetirilməlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyində 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı iclas keçirilib. İclası iqtisadi inkişaf naziri Famil Seyidov açaraq 24 avqust 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə nazirliyə verilmiş tapşırıqlar və qarşıda duran vəzifələrlə bağlı məruzə edib. Qeyd olunub ki, əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm əhəmiyyəti nəzərə alınaraq, son illərdə dövlət qayğısı ilə muxtar respublikada ümumi tutumu 11 min 770 ton olan 16 soyuducu anbar istifadəyə verilib. İstehlakdan artıq istehsal olunmuş meyvə-tərəvəz məhsullarının tədarük edilməsi istiqamətində soyuducu anbarların və istixana komplekslərinin sa­hibkar­­­ları arasında maarifləndirmə işləri apa­rılması diqqət mərkəzində saxlanılır. Muxtar respublika əhalisinin qış mövsümündə keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunması üçün ötən bir il müddətində ümumi sahəsi 12 min kvadratmetr olan 2 istixana kompleksi yaradılıb ki, bununla da, belə obyektlərin sayı 11-ə, ümumi sahəsi isə 44 min 486 kvadratmetrə çatıb. Hazırda muxtar respublikada tərəvəz məhsulları və limon yetişdirilməsi üçün ümumi sahəsi 9 min 200 kvadratmetr olan 9 istixana kompleksində işlər davam etdirilir.

Ardını oxu...

Ölkədə həyata keçirilən möhtəşəm siyasət xalqımızı qələbədən qələbəyə aparır

Bu gün ölkəmizdə ümummilli lider Heydər Əliyevin siyasi kursu bütün istiqamətlərdə uğurla davam etdirilir, o cümlədən ədəbi-mədəni inkişafın daha da yüksəlişinin təmin olunması üçün sistemli, hərtərəfli tədbirlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və məqsədyönlü fəaliyyəti cəmiyyət həyatının digər sahələrində olduğu kimi, ədəbiyyat, incəsənət və mədəniyyətə münasibətdə də özünün parlaq nəticələrini aşkar şəkildə göstərir.

Ölkə Prezidenti ədəbiyyata, mədəniyyətə daim yüksək dəyər verir. Təsadüfi deyil ki, Azərbaycan ədəbiyyatının dünya miqyasında böyük şöhrət və əhəmiyyətindən danışarkən cənab İlham Əliyev demişdir: “Ədəbiyyatımız dünya ədəbiyyatının inkişafında çox böyük rol oynayıb. Biz haqlı olaraq bu barədə qürur hissi ilə danışa bilərik”.
Müdrik rəhbərimiz klassik irsin, mənəvi sərvətlərin qorunması, yeni nəsillərə çatdırılması, dünya miqyasında tanıtdırılması işini diqqət mərkəzində saxladığı kimi, ədəbi-mədəni inkişafın hazırkı mərhələdə hərtərəfli yüksəlişinə hesablanmış fəaliyyət konsepsiyasını da müvəffəqiyyətlə reallaşdırır. Onun möhtəşəm səyləri nəticəsində müstəqil Azərbaycan, sözün əsl mənasında, daim yüksəlişdə olan müasir mədəniyyət ölkəsinə çevrilmişdir.
Hörmətli Prezidentimizin ədəbiyyat və mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı tədbirlər sırasında latın qrafikası ilə kütləvi nəşrlər barədə verdiyi qiymətli sərəncamlar xüsusi yer tutur.
Bəllidir ki, Azərbaycanda latın qrafikasına keçdikdən sonra zəngin və çoxəsrlik ədəbiyyatımızın dəyərli nümunələrinin bu əlifba ilə nəşri qarşıda duran ən mühüm vəzifələrdən biri idi. Çünki əks halda çağdaş nəsillərin ədəbi irslə tanışlığı imkansız qalacaq, nəticədə, bütövlükdə cəmiyyət həyatında, mədəni mühitdə böyük boşluq, natamamlıq yaranacaqdı. Bunu nəzərə alan dövlət başçısı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 27 dekabr 2004-cü il tarixli sərəncamlar vermişdir. Həmin sərəncamlara uyğun olaraq, Azərbaycan və dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərləri kütləvi ti­rajla nəşr olunaraq ölkənin bütün kitabxanalarına hədiyyə edilmişdir. Həmin istiqamətdə tədbirlər indi də davam etdirilməkdədir. Bu nəşrlər yeni nəsillərin latın qrafikası ilə çap olunmuş ədəbiyyata ehtiyacının ödənilməsi sahəsində böyük əhəmiyyətə malikdir.

Ardını oxu...

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR