22 Dekabr 2024, Bazar

Fevralın 4-də Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 2013-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclasda komitə sədri Malik Rzayev çıxış edərək bildirmişdir ki, qəbul edilmiş dövlət proqramlarında, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiya və müşavirələrində verilmiş tapşırıqların və qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində ötən il Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir sıra tədbirlər reallaşdırılmışdır. “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə pestisidlərin dövriyyəsinin bütün mərhələlərində onların keyfiyyətinə və tətbiqinə dövlət nəzarətinin gücləndirilməsi üçün kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin tətbiqinə nəzarət və maarifləndirmə işləri həyata keçirilmişdir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2013-cü ilin yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncağı komissiyanın sədri Etibar Musayev açaraq bildirib ki, 2013-cü il komissiyanın fəaliyyətində bir sıra yeniliklərlə yadda qalıb. Belə ki, ötən il komissiyanın kompüter sistemi yenidən qurulub, test imtahanlarının keçirilməsi üçün yeni proqram təminatından istifadə edilib, müsabiqələrdə şəffaflığın tam təmin edilməsi üçün burada yeni texniki qurğular quraşdırılıb. Sözsüz ki, bu yeniliklər komissiyanın fəaliyyətinə  müsbət təsir göstərib.  
Bildirilib ki, ümumilikdə, 2013-cü il ərzində vakant inzibati vəzifələrin tutulması üçün 2 müsabiqə keçirilib. Müsabiqəyə çıxarılan 380 vakant vəzifə üzrə 589 namizəd sənəd təqdim edib, onlardan 168 nəfəri test imtahanından müvəffəqiyyətlə keçərək müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsinə sənəd təqdim edən 154 nəfərdən 78 nəfəri vəzifəyə uyğun hesab edilib. Onlardan 72 nəfəri vəzifəyə təyin olunub.

Ardını oxu...

Fevralın 3-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-leytenantı Əhməd Əhmədov məruzə ilə çıxış edərək bildirmişdir ki, 2013-cü ilin muxtar respublikada “Heydər Əliyev ili” elan edilməsi daxili işlər orqanları qarşısında da ciddi məsuliyyət qoymuş və tələbkarlığı artırmışdır. Buna görə də daxili işlər orqanları tərəfindən ötən il cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təmin olunmasında qətiyyətli addımlar  atılmışdır. Həyata keçirilən profilaktik tədbirlər nəticəsində hesabat dövründə əvvəlki illərlə müqayisədə cinayətlərin dinamikasında azalma davam etmiş, muxtar respublikada cəmi 16 cinayət hadisəsi qeydə alınmışdır.

Ardını oxu...

Kapitan Cəfərov Elnur Cəfər oğlu 5 iyun 1978-ci ildə Şərur rayonunun Axaməd kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib. 25 yaşında batalyon komandiri vəzifəsinə qədər yüksəlib. Hərbi xidmətini, əsasən, cəbhə bölgələrində olan hərbi hissələrdə keçib. 2014-cü il yanvar ayının 23-də cəbhənin Tərtər rayonu istiqamətində düşmənin atəşkəsi pozaraq mövqelərimizə girmək cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. 

Avtomobilimiz Kəngərli rayonundan keçəndə telefonuma zəng gəlir. Redaksiyadandır: “Budəfəki müsahiblərin ənənəvi və adi müsahib deyillər. Qarşındakı insanları bütün vəziyyətlərdə nəzərə al”. Bu, tapşırıq deyil, sadəcə olaraq, məsuliyyətin ikiqat olması ilə bağlı sadə bir xəbərdarlıqdır. Mən isə sakitcə cavab verirəm: – Mən öz ailəmin yanına gedirəm.
– Hara?
– Elnurgilə. Öz ailəmin yanına…
Dünyada təsadüflərin olduğuna heç zaman inanmamışam.

Ardını oxu...

Ölkəmizdə dövlət gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirmiş, gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin mühüm fəaliyyət istiqamətlərindən birinə çevirmişdir.

1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin Birinci Forumu keçirilmişdir. Forumda dövlət orqanlarının, gənclər təşkilatlarının və hər bir gəncin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində təsirli tədbirlərin görülməsi bütün əlaqədar təşkilatların qarşısına əsas vəzifə kimi qoyulmuşdur. Forum keçirildikdən 1 il sonra – 1997-ci il fevralın 1-də ulu öndərin Sərəncamı ilə fevralın 2-si Azərbaycanda Gənc­lər Günü elan edilmişdir. Bundan sonra hər il fevral ayının 2-si ölkəmizdə “Gənclər Günü” kimi qeyd olunmuşdur.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatında 2013-cü ilin yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir. Tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rizvan Məmmədov açaraq geniş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı hesabat ilində partiyanın yaradıcısı, ulu öndərimiz Heydər Əliyevin ideyalarının həyata keçirilməsində partiya üzvlərinin siyasi fəallığının artırılması üçün ideoloji fəaliyyətini ön plana çəkmiş, partiyanın Nizamnamə və Proqramının müddəalarının yerinə yetirilməsi üçün təşkilatçılıq işini genişləndirmiş, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirmişdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 2 fevral – Gənclər Gününə həsr olunmuş “Azərbaycan gənc­liyi və müasir dövr” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə rektor, professor Saleh Məhərrəmov açmışdır.
Konfransda universitet Tələbə Gənclər Təşkilatının sədri, doktorant Arzu Abdullayev “Azərbaycan gənc­liyi və müasir dövr”, Tələbə Həmkarlar Təşkilatının sədri, hüquqşünaslıq ixtisasının III kurs tələbəsi Mətin Quluzadə “Tələbə-gənclik həmkarlar təşkilatı sıralarında”, Tələbə Elmi Cəmiyyətinin sədri, hüquqşünaslıq ixtisasının III kurs tələbəsi Ramazan Abdullayev “Universitet gəncliyi və elmi mühit” mövzularında məruzələrlə çıxış etmişlər. Məruzələrdə vurğulanmışdır ki, müasir gənclik dövlət qayğısından bəhrələnərək ictimai-siyasi, iqtisadi və digər sahələrdə müstəsna rol oynayır. Tələbə-gənclər ölkədə aparılan siyasi, sosial-iqtisadi islahatlarda, təhsil quruculuğu sahəsində aparıcı qüvvə kimi öndə gedir, dünya miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər. 

Ardını oxu...

Heydər Əliyev Muzeyində Naxçıvan şəhərindəki 8 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə açıq dərs keçilmişdir. Açıq dərsdə  üçrəngli bayrağımızın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunmuşdur. Məktəbin müəllimi Gülü Hacıyeva bildirmişdir ki, həm türk dünyasında, həm də Şərq aləmində ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci il iyun ayının 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq, həmin il noyabrın 9-da isə üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımız 70 il yalnız ürəklərdə yaşamışdır.

Ardını oxu...

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Vətənimizin bütövlüyünə göz dikən amansız düşmənlərə qarşı mübarizədə şərəfli bir yol keçmiş, öz varlığını təsdiqləmişdir. Muxtar respublikamız XX əsrin 90-cı illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə mürəkkəb siyasi-iqtisadi vəziyyətdən uğurla çıxaraq zəfərini davam etdirməkdədir. Naxçıvan bu zəfərlərə imza atmaq üçün mübarizələrlə dolu yol keçmişdir.

Rusiyada çar hakimiyyətinin devrilməsi əsarət altına alınmış xalqlar arasında, o cümlədən Azərbaycanda və onun ayrılmaz parçası olan Naxçıvanda azadlıq hərəkatını genişləndirmiş, milli istiqlala ümidləri artırmışdı. Bu dövrdə Naxçıvan, Culfa və Ordubad şəhərlərində milli komitələr yaradılmasına başlanmışdı. Milli komitələrin əsas vəzifəsi milli hərəkatın qarşısında duran vəzifələri müəyyən etməklə bərabər, seçkili orqanların və digər yerli hakimiyyət orqanlarının fəaliyyətinə köməklik göstərməkdən ibarət idi.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə açıq dərs keçilib.
“Muxtariyyət ili” ilə əlaqədar keçilən açıq dərsdə məktəbin tarix müəllimi Arzu Babayeva ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqda şagirdlərə məlumat verərək bildirib ki, ulu öndər Heydər Əliyev müstəqillik dövründə Azərbaycan xalqına ilk böyük xidmətini məhz Naxçıvanı qorumaqla göstərdi. 1990-cı ilin iyul ayında – Naxçıvanın çətin günlərində xalqımızın böyük oğlu Heydər Əliyevin muxtar respublikaya gəlişi bu qədim torpağı xilas etdi. Dahi rəhbər yaxşı bilirdi ki, ermənilərin göz dikdiyi, blokadada saxladığı Naxçıvanın qorunub saxlanması Azərbaycan dövlətçiliyi, bütövlükdə, türk dünyası üçün nə deməkdir.

Ardını oxu...

Azərbaycan ekoloji standart sahəsində irəliyə doğru daha bir addım atıb. Belə ki, respublika ərazisində dövriyyəyə buraxılan (idxal və ya Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin “Avro-4” ekoloji normalarına uyğunlaşdırılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli Qərarına əsasən, bu il aprel ayının 1-dən etibarən respublika ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə “Avro-4” ekoloji normaları tətbiq ediləcək. Azərbaycanın müşahidə olunan sürətli inkişafı fonunda ölkə avtoparkının müasir avtomobillərlə əvəzlənməsində, ekoloji durumun yaxşılaşdırılmasında, insanların sağlamlığının qorunmasında, yanacaq sərfiyyatına qənaət olunmasında “Avro-4” standartı mühüm rol oynayacaq. “Avro-4” standartına cavab verməyən avtomobillərin isə ölkəyə idxalı dayandırılacaq. Bu barədə məlumat qəzetimizə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən daxil olub.

Ardını oxu...

(Əvvəli qəzetimizin 25 yanvar 2014-cü il tarixli sayında)

Ermənilər general-qubernatorluq elan etsələr də, nə ingilis nümayəndələri, nə də general-qubernator şəhərdə yerləşə bilməmiş, onlar şəhərdən 3 kilometr uzaqda hərbi kazarmada yerləşmişdilər. Kalbalı xanın başçılığı ilə Naxçıvan xalq qoşunu daşnak qüvvələrini darmadağın edib Naxçıvan və onun ətraflarından qovdular. Bu zaman ermənilər bir neçə min adam, iki top, səkkiz pulemyot və bir zirehli qatar itirdilər. 800 erməni əsgəri və 8 zabiti əsir alınmışdı. Bundan istifadə edən respublika hökuməti öz nümayəndəsi Səməd bəy Cəmillinskini buranın müvəqqəti general-qubernatoru təyin etdi. Bundan sonra diyarı idarə etmək üçün zəruri olan dövlət idarələri yaradıldı. S.Cəmillinskinin əmri ilə Xəlil bəy diyar qoşunlarının baş komandanı, Kalbalı xan isə onun köməkçisi (eyni zamanda Naxçıvan qoşun dəstəsinin komandiri) təyin olundu.

Ardını oxu...

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində Babək qəsəbə və Qoşadizə kənd tam orta məktəbləri şagirdlərinin iştirakı ilə açıq dərs keçilib. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə keçilən açıq dərsdə Qoşadizə kənd tam orta məktəbinin tarix müəllimi Cəfərqulu Quliyev “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda danışıb. Bildirilib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası həm tarix və mədənilik baxımından, həm də yerləşdiyi geostrateji mövqeyinə görə həmişə maraq dairəsində olub. Bu səbəbdən bu qədim diyar tarixin müxtəlif dövrlərində işğal xarakteri daşıyan hücumlara məruz qalsa da, bütün çətinliklərə sinə gərib və öz varlığını qoruyub saxlaya bilib.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Ulu öndər Heydər Əliyev və Naxçıvan” mövzusunda açıq dərs keçilmişdir. Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin və Naxçıvan Türk Liseyinin şagirdləri açıq dərsdə iştirak etmişlər.
Açıq dərsdə Naxçıvan Türk Liseyinin tarix müəllimi Muxtar Mehralıyev ümummilli liderimiz Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqda danışaraq bildirmişdir ki, müstəqil Azərbaycan xalqımızın böyük oğlu Heydər Əliyevin şah əsəridir. Bu möhtəşəm əsərin möhkəm əsaslarını ulu öndər hələ Sovet hakimiyyəti illərində formalaşdırmışdır. Ulu öndər Heydər Əliyev xalqımızın çoxəsrlik tarixində Azərbaycan adlı müstəqil dövlət yaratmış nadir şəxsiyyətdir.
Qeyd edilmişdir ki, xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin və kəşməkəşli tərcümeyi-halında Naxçıvanda siyasi fəaliyyət göstərdiyi dövr mühüm əhəmiyyətə malikdir. Bu dövrdə dahi rəhbər çoxcəhətli yorulmaz fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaratmışdır.

Ardını oxu...

2014-cü ilin Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan olunması ilə əlaqədar dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin və Naxçıvan Dövlət Texniki Kollecinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Naxçıvanşünaslıq Mərkəzində keçirilən tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Emin Məmmədov açaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli Sərəncamı ilə yaradılmış Naxçıvanşünaslıq Mərkəzi 9 fevral 2013-cü il tarixdə istifadəyə verilmişdir. Müasir avadanlıqlarla təmin olunmuş mərkəzdə kitabxana, elektron oxu zalı və arxiv fondu fəaliyyət göstərir. İndiyədək burada 1962 kitabın elektron kataloqu yaradılmış, 548 adda çap məhsulunun isə elektron variantı hazırlanaraq mərkəzin saytına yerləşdirilmişdir.
Qeyd olunmuşdur ki, Naxçıvanın qədim tarixinin, mədəniyyətinin, dövlətçilik əsaslarının öyrənilməsində mərkəzin böyük əhəmiyyəti vardır. 2014-cü ilin muxtar respublikada “Muxtariyyət ili” elan olunması qarşıya böyük vəzifələr qoymuşdur.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tarixi abidələrimizin öyrənilməsinə göstərdikləri diqqət və qayğı Azərbaycan tarixinin yeni səhifələrini yazmağa imkan vermişdir.
2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə I Kültəpə yaşayış yerində və onun ətrafında aparılan araşdırmalar zamanı xeyli yeni abidə aşkar edilmişdir. Beləliklə, I Kültəpə ətrafındakı Eneolit abidələrinin sayı, Kültəpə də daxil olmaqla, 21-ə çatmışdır. Bu abidələrin birində  – Şorsu yaşayış yerində 10 x 10 metr sahədə qazıntı aparılmışdır. Tədqiqat zamanı müəyyən olmuşdur ki, yaşayış yerində təbəqə olduqca az saxlanmışdır. Mədəni təbəqə 15-20 santimetr qalınlığında, ağrəngli çürüntü və keramika olan yoğrulmuş bərk torpaq qatından ibarət idi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il yanvar ayının 14-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunduğu kimi, “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.
Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır...

Ardını oxu...

“İqtisadi cəhətdən sürətlə inkişaf edən, beynəlxalq aləmdəki nüfuzu gündən-günə daha da artan, həyata keçirdiyi regional və qlobal layihələrlə dünyanın diqqətini özünə cəlb edən qüdrətli Azərbaycan Respublikası bu gün yüksək döyüş qabiliyyətinə malik mütəşəkkil, nizami və peşəkar silahlı qüvvələrə malikdir. Qürurla deyə bilərik ki, respublikamız iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də ardıcıl uğurlar əldə edib, Cənubi Qafqaz regionunun qüdrətli ordusuna malik güclü dövlətə çevrilib. Müasir texnika və silahlarla tam təchiz olunmuş ordumuz artıq qarşıda duran bütün vəzifələri yerinə yetirməyə hazır möhtəşəm bir gücə malikdir”.
Bu fikirlər dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsində keçirilən gənclərin hərbi xidmətə yola salınması mərasimində ifadə olunub.

Ardını oxu...

Ulu öndər Heydər ƏLİYEV: Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq.

Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2014-cü il tarixli Sərəncamından

Tarixdən gələn səslər

Coğrafi baxımdan kiçik, mənəviyyatca böyük olan Naxçıvanda min illərdən boylanan Əshabi-Kəhf mağarası, Nuhun məzarı, Haçadağ, Əlincə qalası kimi tarixi izlər onun ən qədim insanla yaşıdlığından, igidlər, ərənlər oylağı olmasından xəbər verir.

Ardını oxu...

Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib. Hərbi xidmətə çağırılan gənclərin yola salınması münasibətilə təşkil edilmiş mərasimi giriş sözü ilə idarənin rəis müavini, polkovnik-leytenant Zahid Əliyev açıb.
Naxçıvan Şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Şəhər Təşkilatının sədri Zahid Cəfərov çıxış edərək bildiriblər ki, Vətənə xidmət ən ali xidmətdir. Azərbaycanımızın müstəqilliyi heç də asan yolla əldə edilməyib. Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəman oğul və qızlarımız şəhid olublar. Buna görə də gənclərimiz daha yaxşı xidmət etməli, şəhidlərimizin qanını yerdə qoymamalı, istənilən anda düşmənə layiqli cavab verməlidirlər.

Ardını oxu...

Gömrük əməkdaşlarının sayıqlığı nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş daha iki cəhdin qarşısı alınıb. Hər iki fakt üzrə araşdırmalar zamanı məlum olub ki, Azərbaycan Respublikası vətəndaşları narkotik vasitələri yenə də İran İslam Respublikasından əldə ediblər və hər iki fakt üzrə gizlətmə üsulu eyni olub.
Belə ki, 1975-ci il təvəllüdlü Babək rayon Qahab kənd sakini Fərzəliyev Mayis Atakişi oğlu anasına dərman almaq adı ilə evdən çıxıb və əvvəlcədən tanıdığı “iranlı tanış”ı ilə görüşüb narkotik vasitə əldə etmək üçün Culfa gömrük sərhəd-buraxılış məntəqəsindən keçərək Mərənd şəhərinə gedib. Əvvəllər “quş alveri” elədiyi şəxsdən bu dəfə göyərçin əvəzinə narkotik maddə alan Mayis Fərzəliyev elə həmin gün də geri qayıdıb. O, Culfa gömrük sərhəd-buraxılış məntəqəsində şübhəli şəxs qismində saxlanılaraq şəxsi yoxlamaya cəlb olunub. Şəxsi yoxlama zamanı vətəndaş Fərzəliyev Mayis Atakişi oğlunun corablarında gizlətdiyi xalis çəkisi 131 qram olan marixuana və xalis çəkisi 20 qram olan həşiş, ümumilikdə, 151 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Azərbaycanın ən yeni tarixində Naxçıvan” mövzusunda açıq dərs keçilib. Açıq dərsdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Məktəbin tarix müəllimi Nərminə Cəfərova bildirib ki, seçilmiş insanlar, bir qayda olaraq, fərqli missiya yerinə yetirirlər. Tarixin mənzərəsini yaratmaq onların üzərinə qoyulmuş vəzifədir. Xalqımızın böyük oğlu Heydər Əliyev də seçilmiş şəxsiyyətlərdəndir. Onun həyatının mənası da, tükənməz enerjisi də, qətiyyəti və müdrikliyi də seçilmiş insan olmasından irəli gəlir. Buna görə də Azərbaycanın tarixində ümummilli lider Heydər Əliyevin ayrıca rolu və yeri vardır.  Azərbaycan tarixinin Heydər Əliyev dövrü təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmir. Bu daha çox mahiyyətcə yeni dövrün, yeni tarixin formalaşması anlamına uyğun gəlir. Ulu öndər Heydər Əliyev Azərbaycanın qədim və çox­əsrlik tarixinin yeni dövrünü, daha dəqiq desək, Azərbaycanın yeni tarixini yaradıb. Və heç şübhəsiz, bu dövrə, bu tarixə onun adı əbədi həkk olunub.

Ardını oxu...

Yanvarın 18-də Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Mərasimdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanov xalqımızın müstəqillik uğrunda apardığı mübarizə və Qanlı Yanvar faciəsinin səbəblərindən ətraflı bəhs etmişdir. Qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində dinc əhaliyə qarşı sovet ordu hissələri tərəfindən görünməmiş vəhşiliklər törədilmiş, insanlar amansızcasına qətlə yetirilmişdir. Xalqımız üçün bu ağır günlərdə ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək faciəni törədənləri kəskin ittiham etmiş və regionda baş verən siyasi proseslərin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ulu öndər Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra isə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilmişdir.

Ardını oxu...

“Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində   gənc­lərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Səxavət Salmanov açıb.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra xidmətin rəisi bildirib ki, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı silahlı qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu gün ölkəmizin təhlükəsizliyini təmin edən müasir və güclü ordusu vardır. Ordu quruculuğuna ayrılan xərclərin ildən-ilə artırılması, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, ordunun müasir əsaslarla komplektləşdirilməsi işğal altında olan torpaqlarımızın da tezliklə azad olunmasına imkan verəcəkdir.

Ardını oxu...

XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Rusiyanın məşhur batalist (döyüş mənzərələrini təsvir edən) rəssamlarından biri olan Viktor Vikentyeviç Mazurovskinin (1859-1917) çəkdiyi rəsmlər ötüb-gedən tarixi hadisələri əks etdirən əsərlərdir.  Qeyd edək ki, rəssam Polşanın tanınmış mazurlar nəslindəndir. O, ilk təhsilini 1876-1877-ci illərdə Varşava şəhərindəki rəssamlıq məktəbində almış, 1877-ci ildən isə Peterburqdakı Rəssamlıq Akademiyasında professor B.P.Villevoldenin sinfində təhsilini davam etdirmişdir.
1904-1905-ci illərdə rus-yapon müharibəsində iştirak edən batalist rəssam V.V.Mazurovski həmyerlimiz, süvari generalı Hüseyn xan Naxçıvanskinin süvariləri ilə birgə döyüş zamanı maraq doğuran bir rəsm əsəri çəkmişdir. Elə döyüş vaxtı – canlı olaraq.

Ardını oxu...

Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq salnaməsi kimi yazılmış 20 Yanvar faciəsi 24 ildir ki, böyük ehtiramla yad olunur. Xalqını və dövlətini sevən, dövlətçiliyimizi və ölkəmizin ərazi bütövlüyünü qorumağı özünün vətəndaşlıq borcuna çevirən hər bir azərbaycanlı müqəddəslik ünvanlarına – şəhidlərimizin uyuduğu xiyabanlara üz tutur, azadlığımız uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan eloğullarımızı ehtiramla yad edirlər.
Yanvarın 20-də saat 1200-də Azərbaycanın bütün ərazilərində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, nəqliyyat dayanmış, avtomobillərdən səs siqnalları verilmişdir.
Həmin vaxt xətdə olan sərnişin qatarlarının da hərəkəti dayandırılaraq səs siqnalları verilmişdir.

Xəbərlər şöbəsi

Artıq 24 ildir, yeni ilin ilk ayında böyük qürur hissi ilə qeyd etdiyimiz bir tarix var – 20 Yanvar tarixi. Bu tarix xalqımızın uzun illərdən bəri uğrunda mübarizə apardığı azadlıq duyğularını ifadə və təsdiq etdiyi gün kimi yaddaşımıza yazılıb. 20 Yanvar faciəsi yaddaşımızda qara və hüznlü bir səhifə kimi xatırlansa da, bu səhifənin digər üzü qürur, şərəf və fəxarət güzgüsüdür. Bu güzgüdə yaşından, cinsindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, ölkəmizin azadlığı uğrunda canını VƏTƏN adlı müqəddəs məmləkət üçün fəda etmiş bu insanları xatırladıqca, elə AZADLIĞın özünü görürük.

Ardını oxu...

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda anım tədbiri keçirilmişdir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Baş konsul Əli Əlizadə çıxış edərək 20 Yanvar faciəsi barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 1990-cı il yanvarın 20-si xalqımızın azadlıq və mübarizə tarixinə əbədi həkk olunmuşdur. Müstəqillik uğrunda aparılan mübarizəni yerindəcə boğmaq, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına şərait yaratmaq üçün Azərbaycan vətəndaşları amansızcasına qətlə yetirilmişlər. 20 Yanvar faciəsinə ilk dəfə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini bildirən Baş konsul demişdir ki, Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmış şəhidlərimizin əziz xatirəsi daim qəlblərdə yaşayacaqdır.

Ardını oxu...

Yanvarın 18-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yaradılmasının 90 illiyi qeyd olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət etmiş, abidə önünə tər gül dəstələri düzmüş, Heydər Əliyev Muzeyində olmuşlar.
Tədbir Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində  davam etdirilmiş, səhiyyə naziri Niyazi Novruzov muxtar respublikamızda səhiyyənin inkişafı barədə çıxış etmişdir. Qeyd olunmuşdur ki, 90 il əvvəl – 1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Səhiyyə Komissarlığı yaradılmış, bununla da, səhiyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulmuşdur. Bu dövrdən etibarən Naxçıvan səhiyyəsi iyirminci əsrin elmi-texniki tərəqqisindən bəhrələnərək əhalinin sağlamlığının əsl mühafizəçisinə çevrilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində muxtar respublikada ilk ədliyyə orqanının yaradılmasının 90-cı ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Ədliyyə Nazirliyində davam etdirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev məruzə ilə çıxış edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında ilk ədliyyə orqanı 1924-cü il yanvarın 18-də yaradılıb. Xalq Ədliyyə Komissarlığı adlanan bu qurum 30 mart 1946-cı ildən Ədliyyə Nazirliyinə çevrilib. Lakin qısa müddətdə nazirliyin səlahiyyətləri məhdudlaşdırılaraq başqa orqanlara verilib. 1969-cu ildə ulu öndər Heydər Əliyevin respublikamıza rəhbər seçilməsindən sonra digər sahələrdə olduğu kimi, ədliyyə sisteminin inkişafına da xüsusi diqqət göstərilib, nazirlik yenidən təsis edilərək onun vahid strukturu formalaşdırılıb, ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradılıb. 

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Fərmanı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət proqramında narkomaniyaya qarşı mübarizə istiqamətində konkret vəzifələr müəyyənləşdirilmişdir.
2013-cü il ərzində Müsadirə Edilmiş Narkotik Vasitələri, Psixotrop Maddələri və Onların Prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 28 qram 795 milliqram heroin, 525 qram 461 milliqram həşiş qətranı, 295 qram 49 milliqram tiryək, 8 qram 51 milliqram marixuana yandırılaraq məhv edilmişdir. Qanunsuz dövriyyədən ümumi çəkisi 8 kiloqram 99 qram 841 milli­qram olmaqla, 26 qram 402 milliqram heroin, 297 qram 0,57 milliqram tiryək, 7 kiloqram 249 qram 482 milliqram marixuana, 526 qram 9 milliqram həşiş aşkarlanaraq götürülmüşdür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qanunsuz dövriyyədən 7 kiloqram 999 qram 122 milliqram artıq narkotik vasitə götürülmüşdür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaradılmasından 90 il ötür. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçı­ları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstələri düzmüş, Heydər Əliyev Muzeyini ziyarət etmişlər.
Daxili İşlər Nazirliyində davam etdirilən tədbiri daxili işlər naziri, polis general-leytenantı  Əhməd Əhmədov açaraq məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, 18 yanvar 1924-cü ildə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin birinci plenumunun qərarı ilə Naxçıvan Daxili İşlər Şöbəsinin nəzdində Naxçıvan Daxili İşlər Komissarlığı yaradılmışdır.
Azərbaycan polisinin, o cümlədən Naxçıvan polisinin əsl inkişafı, milliləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra daxili işlər orqanlarına dövlət qayğısı güclənmiş, əməkdaşların təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verilmişdir.

Ardını oxu...

Nə qədər Azərbaycan var, istiqlal fədailəri unudulmayacaq!!!
…Yaxın və uzaq keçmişdə, xüsusilə də böyük imperiyaların tarixində bu dövlətlərin “şərəf dəftəri”nə qara hərflərlə yazıla biləcək tarixlər çoxdur. Bu gün elə dövlətlər var ki, imperiya sistemi darmadağın olsa da, həmin o tarixlər silinmir, imperiyanın varislərini əbədi qınaq obyektinə çevirir. Çox çətinlik çəkmədən elə əlimizin altında olan kitablardan onlarla belə misal gətirmək olar.  Ancaq məqsədimiz oxucularımızın diqqətini bu hadisələrin xronoloji ardıcıllığına yox, əliyalın əhaliyə qarşı törədilən qanlı qətliam­ların mahiyyətinə çəkməkdir.
Tarixi fürsətlərdən, hiylələrdən və hərbi gücdən yararlanılaraq qurulan bir ölkəni xalqlar məhbəsinə, azad fikir həbsxanasına çevirən imperiyalar üçün bir xalqın ayağa qalxması xüsusən o zaman təhlükəli olur ki, bu xalq çörək yox, azadlıq, hürriyyət istəyir. Xalqlar həbsxanasında məhbus həyatı yaşayan bir xalq üçün azadlığı təmin etmək fövqəldövlətlər üçün arzuolunmazdır. Bu tələb qarşısında imperiyaların atacağı yeganə addım hərbi gücdən istifadə edib azadlıq hərəkatını boğmaq, xalqı azadlığa aparacaq ideologiyanı yayanları barmaqlıqlar arxasına göndərmək, regionda saxta münaqişə ocaqları yaratmaqdır. Bu münaqişə bir ölkənin vətəndaşları arasında da ola bilər, xalqlar arasında da. Yetər ki, azadlığını istəyən xalq buxovlardan, qollarına vurulmuş köləlik zəncirlərindən azad olub öz haqqını tələb edə bilməsin. Qısası, bu, klassik imperiya üsuludur.

Ardını oxu...

20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq və şərəf tarixi

Hər bir xalqın hansı dərəcədə milli birliyə, milli iradəyə və milli özünüdərkə malik olması məhz onun üzləşdiyi ən çətin anlarda mövcud proseslərə və çağırışlara ümumxalq reaksiyasında özünü göstərir. 24 il əvvəl üzləşdiyimiz belə bir məqamda xalqımızın mübarizlik əzminin təzahürü, təzyiqlərə boyun əyməyən əzmkar iradə nümayiş etdirməsi tariximizə yeni bir mübarizə səhifəsi yazdı – 20 Yanvar səhifəsi.
20 Yanvar tariximizə faciəvi günlərdən biri kimi düşsə də, əslində, bu gün xalqımızın qəhrəmanlıq tarixinin bir parçasıdır.

Təpədən dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdir. SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Bakıda misligörünməmiş faciəyə gətirib çıxardı.

Ardını oxu...

“20 yanvar hadisələri  tariximizin faciəsi olmaqla yanaşı, həm də qəhrəmanlıq səhifəsidir. Bu hadisələr azadlığın və müstəqilliyin qanlar bahasına əldə olunduğunu bir millət olaraq tarixi yaddaşımıza həkk etmişdir”. Bu fikirlər AMEA Naxçıvan Bölməsində keçirilən “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” adlı elmi konfransda səsləndirilib.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacı­yev baş verən hadisələrin səbəblərinin, o zamankı proseslərin və nəticələrinin elmi yanaşma baxımından öyrənilməsinin davam etdirilməsinin vacibliyini qeyd edib. Akademik vurğulayıb ki, bu istiqamətdə indiyə qədər ölkəmizdə bir çox fundamental tədqiqatlar aparılıb.

Ardını oxu...

1990-cı il yanvar ayının 15-də Kərki kəndinin müdafiəçiləri  sovet hərbçilərinin təkidli tələbi ilə (“daha sizi ermənilərdən qorumaq imkanımız yoxdur, qalsanız, hamınızı girov götürəcəklər” deyəndən sonra) axşam saat 6-7 radələrində Kərkini tərk etdilər. Kərki sovet hərbçiləri tərəfindən yerli sakinlərdən alınıb  ermənilərə veriləndə (15 yanvar 1990-cı il) hələ nə Qarabağ işğal olunmuşdu, nə Xocalı faciəsi baş vermişdi, nə Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları ermənilərin əlinə keçmişdi, nə də Sədərək üzərinə erməni hücumları olmuşdu. Kərkinin işğalı 20 Yanvar Bakı qırğınının, dəhşətli Xocalı faciəsinin, işğal olunan rayonlarımızın acı taleyinin və nəhayət, ermənilərin Sədərək üzərinə silahlı basqınlarının başlanğıcı oldu. Kərkinin işğalı Naxçıvanda, eləcə də Azərbaycanın bir çox yerlərində birmənalı qarşılanmadı. Hətta 1988-ci ildən zillət çəkib kəndi qoruyanlara – son patronlarına qədər vuruşub 1990-cı il yanvarın 15-də kəndi əliyalın tərk edənlərə qara yaxanlar, “torpağı qoruya bilmədiniz” və sair deyənlər də oldu...

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gümüşlü Kənd Mərkəzində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirmişdir. Mərasim iştirakçıları əvvəlcə Azərbaycanın istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini sükutla yad etmişlər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev bildirmişdir ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvar hadisələrindən 24 il keçir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq bu faciə ölkəmizdə hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir. Bununla belə, həmin faciəli günü böyük qürur hissi ilə xatırlayırıq. Çünki 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı bütün dünyaya nümayiş etdirdi ki, o, yenilməzdir, qəhrəmandır və onun iradəsini sındırmaq mümkün deyil.
Mərasimdə çıxış edən Gümüşlü kənd ərazi ilk partiya təşkilatının sədri Məlahət Qafarova, Gümüşlü kənd tam orta məktəbi ilk partiya təşkilatının sədri Könül Əhmədova, Şahbulaq kənd ərazi ilk partiya təşkilatının sədri Mirabbas Eminov və başqaları Qanlı Yanvar faciəsindən danışaraq bu cinayətin yüz ildən artıq bir dövr ərzində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı siyasətinin davamı olduğunu vurğulamışlar. Bildirilmişdir ki, bu tarix daim yad edilməli, nəsillərdən nəsillərə ötürülərək unudulmamalı, göstərilən qəhrəmanlıq, şücaət, xalq birliyi və həmrəyliyi hər bir azərbaycanlı üçün örnək olmalıdır.

Xəbərlər şöbəsi

Bu mövzuda elmi-praktik konfrans keçirilib

Dünən Naxçıvan  Müəllimlər İnstitutunda “Milli mücadilə və Qanlı Yanvar” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq bildirib ki, 20 Yanvar Azərbaycan tarixinə təkcə faciə deyil, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu hadisə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən ermənilərin təcavüzkar hərəkətlərindən və keçmiş sovet rəhbərliyinin onlara havadarlığından hiddətlənən, qəti etirazını bildirən geniş xalq kütləsinin qəhrəmanlıq nümunəsi, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladlarının şəhidlik zirvəsinə ucalmasının ifadəsi kimi tarixdə qalacaqdır.
Konfransda institutun əməkdaşlarından tarix üzrə fəlsəfə doktoru Ələkbər Cabbarovun “20 Yanvar Azərbaycan xalqının şərəf tarixidir”, pedaqogika üzrə fəlsəfə doktoru Rövşən Vəliyevin “20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin rolu” mövzularında məruzələri dinlənilib.
Sonda tələbələr 20 Yanvar faciəsinə, şəhidlərimizə həsr olunmuş şeirləri bədii qiraət ediblər.
Konfransa institutun rektoru Oruc Həsənli yekun vurub.

Xəbərlər şöbəsi

Naxçıvan Qızlar Liseyində 20 Yanvar faciəsinə həsr olunmuş “Milli azadlıq hərəkatının zirvəsi” mövzusunda tədbir keçirilib. Tədbiri liseyin direktoru, Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin deputatı  Aidə Allahverdiyeva açaraq bildirib ki, 20 Yanvar hadisələri xalqımızın milli azadlıq arzusuna qarşı törədilmiş ən böyük təcavüz faktı, bir qəhrəmanlıq səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini sıx birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

Ardını oxu...

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “20 Yanvar – ümumxalq hüzn günü” adlı konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmməd­ova açaraq 20 Yanvar faciəsinin dəhşətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet imperiyasının “sülh ordusu” Bakıya daxil olaraq dinc əhalini, əliyalın insanları gülləbaran etdi. Bu tarix – 20 Yanvar Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunan bir tarixdir.
Konfransda kitabxananın şöbə müdiri Nailə Əsədovanın “20 Yanvar tariximizin şanlı səhifəsidir” adlı məruzəsi dinlənilmişdir.
Sonra kitabxananın şöbə müdiri Tamella Əsgərovanın “Şəhidlər Xiyabanı bizim and yerimizdir”, kitabxanaçı Gülşən Allahverdiyevanın “Torpaq uğrunda şəhid olanlar heç vaxt unudulmur” mövzularında çıxışları olmuşdur.
Sonda Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri 20 Yanvar şəhidlərinə həsr olunmuş seirləri bədii qiraət etmiş, şəhidlərə həsr olunan kitablardan ibarət sərgiyə baxış olmuşdur.

Xəbərlər şöbəsi

Naxçıvan Tibb Kollecində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Milli qürur günü” mövzusunda  konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə kollecin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İlhamə Mustafayeva açaraq bildirmişdir ki, XX əsrdə totalitarizmin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsi Azərbaycan xalqına, ümumiyyətlə, humanizmə və insanlığa qarşı yönəldilmiş dəhşətli cinayətdir. O müdhiş gecə tariximizə təkcə faciə kimi deyil, həm də Azərbaycan xalqının milli azadlıq hərəkatının qəhrəmanlıq günü kimi daxil olmuşdur. Yanvarın 19-dan 20-nə keçən gecə yüzlərlə qəhrəman oğul və qızımız təpədən dırnağadək silahlanmış sovet qoşunlarının qarşısına əliyalın çıxmağa qadir olduğunu dünyaya sübut etmişdir. Həmin gün sovet rejiminin hərbi təcavüzünə məruz qalmış xalqımız öz qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bir daha göstərmişdir.

Ardını oxu...

Vətən üçün, millət üçün, bayraq üçün candan keçənlərin yazdığı qəhrəmanlıq dastanıdır Şəhidlik. O, elə bir zirvədir ki, qəlbi vətənpərvərlik hissi ilə döyünməyənlər fəth edə bilməzlər o zirvəni. Bu qəhrəmanlıq dastanını ifadə etməkdə sözlər aciz qalır. Vətən uğrunda, azadlıq uğrunda canından keçənlərin qanıyla yazılmış bir dastandır bu –  əsrlər keçməsinə baxmayaraq, unudulmayan, xatırlandıqca xatırlanacaq olan bir dastan. 1990-cı ilin yanvar ayında Azərbaycanda baş verən hadisələr xalqın yaddaşında silinməz izlər qoydu. Vətən övladları Vətəni qorumaq üçün öz canlarından keçdilər. Məhərrəm Seyidov da belə oğullardandır…

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın Ermənistanla həmsərhəd olan Sədərək rayonu erməni quldurları tərəfindən atəşə tutulurdu. 1990-cı ilin yanvar ayında erməni quldurları Kərkiyə hücum edərək evləri yandırmış, soydaşlarımızı öz doğma yurd-yuvalarını tərk etməyə məcbur etmişdilər. Onlar daha da azğınlaşaraq Sədərək rayonuna tərəf irəliləyirdilər. Vəziyyət son dərəcə gərgin idi. Ermənilərin törətdiyi fəlakətlərin həddi-hesabı yox idi. Vətən narahat idi. Vətənin sərhədlərini qorumaq üçün xalqın igid oğul və qızları könüllü olaraq ordu  sıralarına qoşulurdular.

Ardını oxu...

1924-cü il yanvarın 18-də Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin birinci plenumunun qərarı ilə Naxçıvan Daxili İşlər Şöbəsinin nəzdində Naxçıvan Daxili İşlər Komissarlığı yaradılmış və bununla da, muxtar respublikada polis orqanlarının formalaşmasının əsası qoyulmuşdur.
Naxçıvanın polis əməkdaşları 1920-1940-cı illərdə də sabitliyin və asayişin qorunmasında mətinlik göstərmiş, 1941-1945-ci illər müharibəsi dövründə ön cəbhələrdə faşistlərə qarşı mərdliklə vuruşmuşlar. 1988-1993-cü illərdə erməni silahlı birləşmələrinin torpaqlarımıza hücumu zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə Naxçıvan polisi rəşadətlə mübarizə aparmışdır.
Muxtar respublikanın daxili işlər orqanları fəaliyyəti dövründə böyük təcrübə qazanmış, yüksək bilik və peşəkarlıq əldə etmiş, təşkilati cəhətdən möhkəmlənmişdir. Naxçıvan daxili işlər orqanlarının əsl inkişafı və təkmilləşməsi, milliləşməsi isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ilk ədliyyə orqanı 1924-cü il yanvarın 18-də yaradılmışdır. Xalq Ədliyyə Komissarlığı adlanan bu qurum 30 mart 1946-cı ildən Ədliyyə Nazirliyinə çevrilmişdir. Lakin qısa müddətdə nazirliyin səlahiyyətləri məhdudlaşdırılaraq başqa orqanlara verilmiş, qurumun sabit fəaliyyət istiqaməti olmamışdır.
1969-cu ildə ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyə gəlişindən sonra digər sahələrdə olduğu kimi, ədliyyə sisteminin inkişafına da xüsusi diqqət göstərilmiş, nazirlik yenidən təsis edilərək onun vahid strukturu formalaşdırılmış, ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradılmışdır. Bu dövrdən etibarən muxtar respublikada da nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımın  göstərilməsini və notariat fəaliyyətinin aparılmasını təmin etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2 sentyabr 2013-cü il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə 15 yanvardan etibarən start verilib. Yanvarın 18-dək davam edəcək müsahibə mərhələsində 17 dövlət orqanı üzrə 69 namizəd iştirak edəcək. Müsahibələrin obyektiv şəkildə keçirilməsini təmin etmək üçün sözügedən komissiya tərəfindən müsahibə qrupları təşkil olunub, bu qrupların tərkibinə dövlət orqanlarının nümayəndələri və müstəqil ekspertlər daxil ediliblər. Hər bir namizəd 15-20 dəqiqə ərzində əvvəlcədən ona verilmiş müsahibə proqramları üzrə müsahibə qrupu üzvlərinin suallarını cavablandırır.
Məlumat üçün bildirək ki, müsabiqənin test mərhələsi 6-13 dekabr 2013-cü il tarixlərində keçirilib. Növbəti müsahibə mərhələsindən keçmək üçün isə hər bir namizəd minimum 16, maksimum 20 bal toplamalıdır. Bu mərhələnin şərtlərinə görə, müsahibə mərhələsində namizədlərə qanunvericilik, vəzifə təlimatı və ixtisas bilikləri, ümumi dünyagörüşü ilə bağlı suallar verilir. Sualların bir qismi isə namizədlərdə şəxsi keyfiyyətlərin üzə çıxarılması ilə bağlıdır. Müsahibə mərhələsindən ən yüksək göstəricilərlə ayrılan namizədlər müvafiq dövlət orqanlarına təqdim ediləcəklər. Digər namizədlər isə komissiyanın ehtiyat kadr bazasında qeydiyyata alınacaq və dövlət orqanlarında vakant vəzifələr yarandığı zaman o vəzifələrə təqdim olunacaqlar. 

Xəbərlər şöbəsi

Naxçıvan Özəl Universitetində 20 Yanvar hadisələrinin 24-cü ildönümü münasibətilə elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq azadlığımız və müstəqilliyimiz yolunda canlarını qurban vermiş Vətən oğullarının şücaətindən, mərdliklərindən danışmış, ümummilli lider Heydər Əliyev tərəfindən ilk dəfə bu faciəyə hüquqi-siyasi qiymət verildiyini xatırlatmışdır.
Sonra universitetin Humanitar elmlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, həmin kafedranın baş laborantı Cəbi Quliyev, Azəbaycan dili və ədəbiyyat ixtisasının III kurs tələbələri Aytən Əhmədli və Rəfiqə Cavadova çıxış etmişlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatı ilə birgə 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Kəngərli rayonunun Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində “Biz sizdən öyrəndik qəhrəmanlığı” devizi altında tədbir keçirmişdir. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Məcid Seyidov çıxış edərək bildirmişdir ki, xalqımız 1990-cı ilin 20 Yanvarını həm faciə, həm də qəhrəmanlıq tarixi kimi daim xatırlayacaqdır. Həmin gün çətin sınağa çəkilən Azərbaycan xalqı bu sınaqdan üzüağ, mətin bir döyüşçü kimi çıxdı. Azərbaycan xalqının milli-azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyan bu təcavüzkarlıq aksiyası totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Bu gün müstəqil və dinamik inkişafda olan, dünya dövlətləri arasında sayılıb-seçilən Azərbaycan 20 Yanvar gecəsi şəhid olan soydaşlarımızın öz canlarını əbəs yerə qurban vermədiklərinə ən parlaq sübutdur.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının Kəngərli Rayon Şöbəsinin sədri Xanlar Əhmədov, rayon Təhsil Şöbəsinin əməkdaşı Yusif İmanov və digər çıxış edənlər 20 Yanvarın haqsızlığa və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış, bunun müqabilində güclü və qansız düşmənlə üz-üzə qalmış dinc, əliyalın insanların mərdlik, rəşadət, qürur və qəhrəmanlıq tarixi olduğunu vurğulamışlar.
Sonda şagirdlər 20 Yanvar faciəsinə aid şeirlər söyləmişlər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Yanvarın 16-da Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə bu mövzuda  tədbir keçirilmişdir. Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirak etdiyi tədbiri mərkəzin şöbə müdiri Fərzəli Səfərov açaraq məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, 24 il bundan əvvəl, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar günü” kimi yazılmışdır. Həmin gün Azərbaycanda suveren, demokratik dövlət yaratmaq arzusu ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli azadlıq hərəkatını boğmaq üçün sovet ordusunun hərbi hissələri dinc əhalini qətlə yetirmişdir.

Ardını oxu...

On səkkiz ildir ki, Naxçıvan tarixinin üçüncü intibah dövrünü yaşayırıq. Bu intibah dövrü müstəqil Azərbaycanın 1993-cü ildən başlayan inkişafının və tərəqqisinin, intibahının ayrılmaz tərkib hissəsidir. Onun xarakterik xüsusiyyətləri isə Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı düşməsinə baxmayaraq, ümummilli inkişaf proseslərindən bəhrələnməsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsasları müəyyənləşdirilən və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla inkişaf etdirilən inkişafın Naxçıvan modelinin əsas uğuru blokada şəraitində, ölkənin əsas ərazisi ilə birbaşa əlaqənin olmadığı şəraitdə belə, inkişafı təmin etməsi, eyni zamanda inkişafın sistemli xarakter daşıması və sürətli təkamül yolu ilə getməsindədir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının şura iclasından qeydlər

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının növbəti şura iclası keçirilmişdir. İclasda rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin deputatı Əmir Babayevin məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, 2013-cü ildə muxtar respublika həyatının bütün sahələrində inkişaf təmin olunmuş, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Ötən ilin əvvəlindən həyata keçirilmiş məqsədyönlü islahatların nəticəsidir ki, 2013-cü ildə muxtar respublika üzrə Ümumi Daxili Məhsul istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 2 milyard 337 milyon manatdan çox olmuşdur. Onun hər bir nəfərə düşən həcmi də 2012-ci illə müqayisədə 9 faiz artaraq 5 min 420 manata çatmışdır. Bütün bu uğurlar Heydər Əliyev quruculuq xəttinin ardıcıllıqla davam etdirilməsi hesabına əldə olunmuşdur və fərəhli haldır ki, bu uğurların qazanılmasında Yeni Azərbaycan Partiyası üzvlərinin müstəsna xidməti və rolu vardır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR