22 Dekabr 2024, Bazar

Naxçıvan Qızlar Liseyində 20 Yanvar faciəsinə həsr olunmuş “Milli azadlıq hərəkatının zirvəsi” mövzusunda tədbir keçirilib. Tədbiri liseyin direktoru, Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin deputatı  Aidə Allahverdiyeva açaraq bildirib ki, 20 Yanvar hadisələri xalqımızın milli azadlıq arzusuna qarşı törədilmiş ən böyük təcavüz faktı, bir qəhrəmanlıq səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini sıx birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

Tədbirdə liseyin müəllimlərindən Zivər Kərimova, Heyran Ələkbərova və başqaları çıxış edərək bildirib­lər ki, Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi sayılan 20 Yanvar faciəsi yeni tariximizə həm də bir qürur günü kimi yazıldı. Çünki bu hadisə günahsız insanların amansızcasına qətlə yetirilməsi ilə nəticələnsə də, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu bir daha bütün dünyaya, o cümlədən o vaxtkı imperiya rəhbərliyinə aydın şəkildə nümayiş etdirdi. Tarixə qanla yazılan 20 Yanvar faciəsi Vətəni, azadlığı uğrunda ölümün gözünə dik baxan Azərbaycan övladlarının varlığını bir daha dünyaya tanıtmaqla yanaşı, SSRİ adlanan nəhəng imperiyanın çöküşündə əsas amillərdən biri oldu.
Sonda elektron lövhədə 20 Yanvar hadisələrini əks etdirən slayd  və şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

*   *   *

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə də Qanlı Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Naxçıvan şəhərində yaşayan  şəhid ailələrinin üzvlərinin, məktəbin müəllim və şagirdlərinin iştirak etdikləri anım mərasiminə Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru Şərəf Qasımova, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Laləzər Novruzova və başqaları 20 Yanvar faciəsinin başvermə səbəbləri və  nəticələri barədə tədbir iştirakçılarına məlumat veriblər.
Sonra məktəb şagirdlərinin ifasında Qanlı Yanvar faciəsinin dəhşətlərini əks etdirən “Azadlıq yolunun 20 Yanvar zirvəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.   

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR