22 Dekabr 2024, Bazar

Yanvarın 18-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yaradılmasının 90 illiyi qeyd olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət etmiş, abidə önünə tər gül dəstələri düzmüş, Heydər Əliyev Muzeyində olmuşlar.
Tədbir Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində  davam etdirilmiş, səhiyyə naziri Niyazi Novruzov muxtar respublikamızda səhiyyənin inkişafı barədə çıxış etmişdir. Qeyd olunmuşdur ki, 90 il əvvəl – 1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Səhiyyə Komissarlığı yaradılmış, bununla da, səhiyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulmuşdur. Bu dövrdən etibarən Naxçıvan səhiyyəsi iyirminci əsrin elmi-texniki tərəqqisindən bəhrələnərək əhalinin sağlamlığının əsl mühafizəçisinə çevrilmişdir.

Vurğulanmışdır ki, bu il həm də Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi qeyd olunacaqdır. Bu münasibətlə 2014-cü il muxtar respublikada “Muxtariyyət ili” elan olunmuşdur. Muxtar respublikada Səhiyyə Nazirliyinin yaradılma tarixi muxtariyyətin tarixi ilə üst-üstə düşdüyündən hər bir səhiyyə işçisi üçün ikiqat bayramdır.
Nazir bu əlamətdar bayramlar münasibətilə səhiyyə işçilərini təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.
Niyazi Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə dörd nəfər səhiyyə işçisinə “Naxçıvan Muxtar Respublikasının əməkdar tibb işçisi” fəxri adının verildiyini bildirmiş, onlara fəxri adın döş nişanını və vəsiqəsini təqdim etmişdir. Təltif olunanlar bu qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz minnətdar­lıqlarını bildirmişlər.
Bir qrup səhiyyə işçisinə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin fəxri fərmanı, pul mükafatı təqdim olunmuşdur.
Sonra Naxçıvan Tibb Kollecinin direktoru İlhamə Mustafayeva, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinin baş həkimi Alı Əliyev, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının şöbə müdiri Aytən Əhmədova çıxış edərək səhiyyənin inkişafına göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirmiş, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yaradılmasının 90 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etmişlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR