22 Dekabr 2024, Bazar

Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib. Hərbi xidmətə çağırılan gənclərin yola salınması münasibətilə təşkil edilmiş mərasimi giriş sözü ilə idarənin rəis müavini, polkovnik-leytenant Zahid Əliyev açıb.
Naxçıvan Şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Şəhər Təşkilatının sədri Zahid Cəfərov çıxış edərək bildiriblər ki, Vətənə xidmət ən ali xidmətdir. Azərbaycanımızın müstəqilliyi heç də asan yolla əldə edilməyib. Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəman oğul və qızlarımız şəhid olublar. Buna görə də gənclərimiz daha yaxşı xidmət etməli, şəhidlərimizin qanını yerdə qoymamalı, istənilən anda düşmənə layiqli cavab verməlidirlər.

Valideyn Təhməz Təhməzov hərbi xidmətə yola düşən gənclərə xoş arzularını çatdırmaqla bərabər, bu günün qəlbində böyük qürur hissi oyatdığını bildirib.
Çağırışçılar adından çıxış edən Əvəz Ələkbərov Vətənin keşiyində ayıq-sayıq dayanacaqlarına, verilən əmrləri layiqincə yerinə yetirəcəklərinə söz verib.
Mərasimdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahov və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik-leytenant Elxan Əliyev çıxış edərək orduya göstərilən dövlət qayğısından danışıb, xalq-ordu birliyinin sarsılmaz vəhdətindən bəhs ediblər. Mərasim iştirakçıları hərbi xidmətə yola salınan bütün çağırışçıları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, həmin gün Babək rayonunda da çağırışçıların hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR