22 Dekabr 2024, Bazar

Bu mövzuda elmi-praktik konfrans keçirilib

Dünən Naxçıvan  Müəllimlər İnstitutunda “Milli mücadilə və Qanlı Yanvar” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq bildirib ki, 20 Yanvar Azərbaycan tarixinə təkcə faciə deyil, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu hadisə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən ermənilərin təcavüzkar hərəkətlərindən və keçmiş sovet rəhbərliyinin onlara havadarlığından hiddətlənən, qəti etirazını bildirən geniş xalq kütləsinin qəhrəmanlıq nümunəsi, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladlarının şəhidlik zirvəsinə ucalmasının ifadəsi kimi tarixdə qalacaqdır.
Konfransda institutun əməkdaşlarından tarix üzrə fəlsəfə doktoru Ələkbər Cabbarovun “20 Yanvar Azərbaycan xalqının şərəf tarixidir”, pedaqogika üzrə fəlsəfə doktoru Rövşən Vəliyevin “20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin rolu” mövzularında məruzələri dinlənilib.
Sonda tələbələr 20 Yanvar faciəsinə, şəhidlərimizə həsr olunmuş şeirləri bədii qiraət ediblər.
Konfransa institutun rektoru Oruc Həsənli yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR