22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Fərmanı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət proqramında narkomaniyaya qarşı mübarizə istiqamətində konkret vəzifələr müəyyənləşdirilmişdir.
2013-cü il ərzində Müsadirə Edilmiş Narkotik Vasitələri, Psixotrop Maddələri və Onların Prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 28 qram 795 milliqram heroin, 525 qram 461 milliqram həşiş qətranı, 295 qram 49 milliqram tiryək, 8 qram 51 milliqram marixuana yandırılaraq məhv edilmişdir. Qanunsuz dövriyyədən ümumi çəkisi 8 kiloqram 99 qram 841 milli­qram olmaqla, 26 qram 402 milliqram heroin, 297 qram 0,57 milliqram tiryək, 7 kiloqram 249 qram 482 milliqram marixuana, 526 qram 9 milliqram həşiş aşkarlanaraq götürülmüşdür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qanunsuz dövriyyədən 7 kiloqram 999 qram 122 milliqram artıq narkotik vasitə götürülmüşdür.

Muxtar respublikada narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaq­mal­çı­­lığına qarşı aparılan mübarizə nəticəsində 2012-ci illə müqayisədə cinayət hadisələrinin sayında artım olmamış, 2013-cü ildə narkomaniya ilə bağlı 4 cinayət hadisəsi və 4 inzibati fakt qeydə alınmışdır. İl ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 1 cinayət hadisəsi və 4 inzibati fakt aşkar edilərək, ümumilikdə, 7 kiloqram 249 qram 482 milliqram qurudulmuş marixuana qanunsuz dövriyyədən çıxarılmışdır. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən də narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə tədbirləri davam etdirilmiş, 2 cinayət faktı üzrə aşkar edilmiş 26 qram 402 mil­liqram heroin, 525 qram 911 milliqram həşiş, 295 qram 67 milliqram tiryək qanunsuz dövriyyədən çıxarılmışdır. Hesabat dövründə 139 kiloqram əkinəyararlı çətənə toxumunun, müvafiq orqanlardan icazə sənədi olmayan 20 min 582 ədəd psixotrop tərkibli dərman preparatlarının muxtar respublikaya gətirilməsinin qarşısı alınmışdır.
Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, muxtar respublikaya qeyri-qanuni yollarla narkotik maddələrin gətirilmə kanallarının və bu işdə iştirak edən şəxslərin aşkar olunması, onların fəaliyyət dairəsinin müəyyənləşdirilməsi istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, bu tədbirlər nəticəsində 1 qram 387 milliqram tiryək və 989 milliqram həşiş aşkar edilərək götürül­müş və cinayət işi başlanılmışdır. Narkomaniya ilə əlaqədar Naxçıvan Muxtar Res­publikası məhkəmələrinin icraatında 5 nəfər barəsində 4 cinayət işi olmuş, həmin cinayət işlərinə baxılaraq təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmışdır. Bundan başqa, məhkəmələr tərəfindən 4 nəfər barəsində 3 inzibati xəta üzrə işə baxılmışdır.
Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində xəstə­liyin profilaktikası və dispanserizasiyası, sərxoşluğun müayinəsi, ambulator və məhkəmə narkoloji rəyinin verilməsi diqqət mərkəzində saxlanılmışdır.
Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində gənc nəslin asudə vaxtının səmərəli təşkili vacib məsələdir. 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının Təhsil, Gənclər və İdman nazirlikləri, eləcə də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan digər orqanlar tərəfindən əsas diqqət profilaktik tədbirlərin həyata keçirilməsinə yönəldilmiş, zərərli vərdişlərin qarşısının alınması məqsədilə müxtəlif bilik və idman yarışları təşkil edilmiş, gənclərin idman məktəblərinə və federasiyaların məşqlərinə cəlb edilməsi yolunda tədbirlər davam etdirilmişdir. Nəticədə, yetkinlik yaşına çatmayanlar və ya qadınlar arasında narkotiklərlə bağlı cinayət və inzibati məsuliyyətə cəlb edilən olmamış, muxtar respublikanın təhsil müəssisələrində narkotik vasitələrdən istifadə faktı aşkarlanmamışdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və tövsiyələrini rəhbər tutmaqla gənclər arasında sağlam həyat tərzinin formalaşması və asudə vaxtın səmərəli təşkil edilməsi istiqamətində aidiyyəti dövlət orqanlarının və ictimaiyyətin səylərini əlaqələndirərək narkomaniyaya qarşı mübarizə tədbirlərini bundan sonra da davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikasının
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR