22 Dekabr 2024, Bazar

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının şura iclasından qeydlər

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının növbəti şura iclası keçirilmişdir. İclasda rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin deputatı Əmir Babayevin məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, 2013-cü ildə muxtar respublika həyatının bütün sahələrində inkişaf təmin olunmuş, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Ötən ilin əvvəlindən həyata keçirilmiş məqsədyönlü islahatların nəticəsidir ki, 2013-cü ildə muxtar respublika üzrə Ümumi Daxili Məhsul istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 2 milyard 337 milyon manatdan çox olmuşdur. Onun hər bir nəfərə düşən həcmi də 2012-ci illə müqayisədə 9 faiz artaraq 5 min 420 manata çatmışdır. Bütün bu uğurlar Heydər Əliyev quruculuq xəttinin ardıcıllıqla davam etdirilməsi hesabına əldə olunmuşdur və fərəhli haldır ki, bu uğurların qazanılmasında Yeni Azərbaycan Partiyası üzvlərinin müstəsna xidməti və rolu vardır.

Vurğulanmışdır ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi qeyd olunacaq. Bu münasibətlə 2014-cü il muxtar respublikada “Muxtariyyət ili” elan olunmuşdur. Təbii ki, muxtar respublikanın yubileyi ilində də iqtisadiyyatın dinamik inkişafı davam etdiriləcək, qarşıya qoyulan vəzifələr uğurla icra olunacaq, Azərbaycan tarixinin bir qolu olan Naxçıvan tarixinin və mədəniyyətinin öyrənilməsi sahəsində fəaliyyət daha da güclənəcəkdir.
Əmir Babayev Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının ötən ildəki fəaliyyətindən danışaraq nəzərə çatdırmışdır ki, rayon təşkilatı 1 konfrans, 4 şura, 11 idarə heyəti yığıncağı keçirmiş, eyni zamanda əlamətdar günlərlə əlaqədar ardıcıl olaraq bir sıra tədbirlər təşkil etmişdir. Xüsusilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Heydər Əliyev ili”ndə rayonda tədbirlər planına uyğun olaraq müxtəlif tədbirlər həyata keçirilmişdir. Belə ki, “Heydər Əliyev lektoriyası”nın məşğələləri, dəyirmi masalar, yaradıcı gənclərin əl işlərindən ibarət sərgilər, müxtəlif səpgidə idman yarışları yaddaqalan olmuşdur.
2013-cü ildə həmçinin ölkəmizdə prezident seçkiləri keçirilmiş və partiyamızın sədri cənab İlham Əliyev növbəti möhtəşəm qələbəsini qazanmışdır. Bu sahədə də rayon təşkilatı öz işini Seçki Məcəlləsinə uyğun quraraq seçki ilə bağlı qarşıda duran vəzifələrin yerinə yetirilməsində yaxından iştirak etmişdir.
Bildirilmişdir ki, hazırda Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının tərkibində 162 ilk partiya təşkilatı fəaliyyət göstərir. Bunların 63-ü kənd ərazi ilk təşkilatı, 64-ü məktəb, 35-i isə idarə və müəssisə ilk təşkilatlarıdır. Təşkilatın uçotunda 10 min 542 nəfər partiya üzvü vardır ki, bunların  2 min 871 nəfərini, yəni 27 faizini qadınlar, 3 min 804 nəfərini, yəni 36 faizini  gənclər təşkil edir. Ötən il ərzində Yeni Azərbaycan Partiyası sıralarına 131 nəfər qəbul olunmuşdur. Bunların 60 nəfərini qadınlar, 104 nəfərini isə gənclər təşkil edir.
Əmir Babayev dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında “Muxtariyyət ili” elan olunmuş 2014-cü ildə qarşıda duran vəzifələrdən də söhbət açmış, qeyd etmişdir ki, əsas işimiz əhali arasında ideya-siyasi işi daha da gücləndirmək, partiya üzvlərinə təmsil etdiyi təşkilatın işində fəal olmağı aşılamaqdan ibarət olmalıdır. Tutduğu vəzifədən asılı olmayaraq, hər bir partiya üzvü partiyanın Proqram və Nizamnamə tələblərinə, prinsiplərinə əməl etməli, siyasi proseslərdə, “Muxtariyyət ili”ndə rayonda gedən quruculuq-abadlıq işlərində, yaşıllaşdırma tədbirlərində və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində daha fəal olmalıdır.
Yığıncaqda Şərur şəhər ərazi ilk partiya təşkilatının sədri Ramiz İmanov, Tumaslı kənd ərazi ilk partiya təşkilatının sədri Ramil Həsənzadə, rayon Elektrik Şəbəkəsi ilk partiya təşkilatının sədr müavini Eldəniz Əlizadə, Aşağı Aralıq kənd ərazi ilk partiya təşkilatının sədri Cəfər Muxtarov çıxış etmişlər.
Şura iclasında “Muxtariyyət ili” ilə bağlı Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının tədbirlər planı təsdiq olunmuşdur.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR