22 Dekabr 2024, Bazar

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda anım tədbiri keçirilmişdir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Baş konsul Əli Əlizadə çıxış edərək 20 Yanvar faciəsi barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 1990-cı il yanvarın 20-si xalqımızın azadlıq və mübarizə tarixinə əbədi həkk olunmuşdur. Müstəqillik uğrunda aparılan mübarizəni yerindəcə boğmaq, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına şərait yaratmaq üçün Azərbaycan vətəndaşları amansızcasına qətlə yetirilmişlər. 20 Yanvar faciəsinə ilk dəfə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini bildirən Baş konsul demişdir ki, Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmış şəhidlərimizin əziz xatirəsi daim qəlblərdə yaşayacaqdır.

Təbriz şəhər sakini, folklorşünas alim Böyükbəy Ələkbəroğlu çıxış edərək demişdir ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin şərəfli səhifəsidir.
Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunmuş, iştirakçılara 20 Yanvar faciəsini əks etdirən əyani vəsaitlər paylanmış, hazırlanmış fotostendlərə baxış olmuş, ehsan süfrəsi açılmışdır.
Anım tədbirində İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Valiliyi və Təbriz şəhər fərmandarlığının nümayəndələri, Türkiyə Respublikasının Təbrizdəki Baş Konsulluğunun əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR