Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “20 Yanvar – ümumxalq hüzn günü” adlı konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açaraq 20 Yanvar faciəsinin dəhşətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet imperiyasının “sülh ordusu” Bakıya daxil olaraq dinc əhalini, əliyalın insanları gülləbaran etdi. Bu tarix – 20 Yanvar Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunan bir tarixdir.
Konfransda kitabxananın şöbə müdiri Nailə Əsədovanın “20 Yanvar tariximizin şanlı səhifəsidir” adlı məruzəsi dinlənilmişdir.
Sonra kitabxananın şöbə müdiri Tamella Əsgərovanın “Şəhidlər Xiyabanı bizim and yerimizdir”, kitabxanaçı Gülşən Allahverdiyevanın “Torpaq uğrunda şəhid olanlar heç vaxt unudulmur” mövzularında çıxışları olmuşdur.
Sonda Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri 20 Yanvar şəhidlərinə həsr olunmuş seirləri bədii qiraət etmiş, şəhidlərə həsr olunan kitablardan ibarət sərgiyə baxış olmuşdur.
Xəbərlər şöbəsi