22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaradılmasından 90 il ötür. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçı­ları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstələri düzmüş, Heydər Əliyev Muzeyini ziyarət etmişlər.
Daxili İşlər Nazirliyində davam etdirilən tədbiri daxili işlər naziri, polis general-leytenantı  Əhməd Əhmədov açaraq məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, 18 yanvar 1924-cü ildə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin birinci plenumunun qərarı ilə Naxçıvan Daxili İşlər Şöbəsinin nəzdində Naxçıvan Daxili İşlər Komissarlığı yaradılmışdır.
Azərbaycan polisinin, o cümlədən Naxçıvan polisinin əsl inkişafı, milliləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra daxili işlər orqanlarına dövlət qayğısı güclənmiş, əməkdaşların təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verilmişdir.

Bildirilmişdir ki, son illərdə göstərilən yüksək dövlət qayğısı Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının fəaliyyətində böyük dönüş yaratmağa imkan vermişdir. Belə ki, nazirliyin maddi-texniki bazasının ən müasir səviyyəyə çatdırılması istiqamətində lazımi tədbirlər həyata keçirilmiş, nazirlik aparatının inzibati binası da daxil olmaqla  bütün ərazi polis orqanlarının inzibati binaları yenidən qurulmuş, xidməti avtomobillər ən yeni model xarici markalı avtomobillərlə əvəzlənmiş, 81 polis sahə məntəqəsi tikilib istifadəyə verilmişdir. Əməkdaşların məişət-sosial problemlərinin həlli də diqqətdə saxlanılaraq Daxili Qoşunların Naxçıvan Alayında xidmət edən zabit və gizirlərin ailələrinin mənzil-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində dövlət pro­qramı çərçivəsində 5 mərtəbədən, 60 mənzildən ibarət, lazım olan avadanlıqlarla tam təchiz olunmuş yeni yaşayış binası tikilib istifadəyə verilmişdir. Bundan əlavə, 5 mərtəbə, 45 mənzildən ibarət yeni yaşayış binası və hərbi qulluqçuların istifadəsində olan 2 mərtəbədən, 8 mənzildən ibarət yaşayış binası 1 mərtəbə də əlavə olunmaqla əsaslı təmir edilərək yaxın gələcəkdə istifadəyə veriləcəkdir. Bu yöndə ardıcıl olaraq bir çox polis ailələri də yaşayış mənzilləri ilə təmin edilmişlər.
Həyata keçirilən bu kimi tədbirlər  muxtar respublikanı dünyanın ən təhlükəsiz regionlarından birinə çevirmişdir.
Tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən nazir gələcək fəaliyyətlərində polis işçilərinə uğurlar arzulayaraq bildirmişdir ki, Naxçıvan polisi bundan sonra da göstərilən etimadı doğrultmaq üçün bütün qüvvə və vasitələri səfərbər etməklə dövlətçiliyin qorunması,  milli təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, torpaqlarımızın azad olunmasında da andına sadiq qalacaq, bu uğurda həyatını belə əsirgəməyəcək, “Muxtariyyət ili”ndə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında qazandığı uğurları daha da artıracaqdır.
Tədbirdə ehtiyatda olan polis polkovniki Yadulla Əliyev, polis leytenantı Samirə İbrahimova, nazir müavini, polis general-mayoru Qaçay Quliyev çıxış etmişlər.
Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarına layiq görülmüş polis işçilərinə nişanlar və vəsiqələr təqdim edilmiş, nazirlik tərəfindən polis orqanlarında səmərəli fəaliyyətlərinə görə polis işçilərindən bir qrupuna vaxtından əvvəl növbəti xüsusi rütbə, fəxri fərmanlar, “Əla xidmətlərə görə” döş nişanı, 104 nəfərə pul mükafatı verilmiş, 44 nəfərə təşəkkür elan olunmuşdur. 10 nəfər polis veteranı da pul mükafatı almışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR