22 Dekabr 2024, Bazar

“Maarifçi, pedaqoq, şair, publisist Məhəmməd Tağı Sidqi mədrəsə təhsili almış, klassik Şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdir. Gəncliyində ticarətlə məşğul olmuş, ailəsini dolandırmaq üçün çayxana açmışdı; bu çayxana, bir növ, ziyalıların, ədəbiyyat həvəskarlarının toplaşdığı mədəni mərkəz, qiraətxana rolunu oynayırdı. Sidqi Hüseyn Sultan Kəngərli ilə birlikdə 1892-ci ildə Ordubadda “Əxtər”, 1894-cü ildə isə Naxçıvanda “Tərbiyə məktəbi” təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur. Birmənalı şəkildə qeyd etmək olar ki, o, bütün şüurlu həyatını xalqımızın maariflənməsinə, tərəqqisinə həsr etmişdir”.
Bu fikirlər AMEA Naxçıvan Bölməsində keçirilən Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinə həsr edilmiş konfransda səsləndirilmişdir. Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Məhəmməd Tağı Sidqinin maarifçilik fəaliyyətinin Naxçıvanda elmə, biliyə, maarifə olan marağın göstəricisi, tarixi mədəniyyət mərkəzi Naxçıvanda bu sahənin inkişafının yeni mərhələsinin başlanğıcı olduğunu qeyd etmişdir.

Ardını oxu...

Qədim tarixə malik Naxçıvanın XIX əsrdə yetirdiyi məşhur simalar sırasında Məhəmməd Tağı Sidqinin (1854-1903) adı ən şərəfli yerlərdən birini tutur. O, universal maarifçi, ustad pedaqoq, istedadlı şair, vətənpərvər publisist kimi səmərəli fəaliyyət göstərmiş, böyük nüfuz qazanmışdır. 1892-ci ildə Ordubadda açdığı  “Əxtər” (“Ulduz”) məktəbi ilə qısa müddətdə şöhrətlənən M.T. Sidqi Naxçıvana dəvət olunmuş, 1894-cü ildə burada təşkil etdiyi “Məktəbi-tərbiyə” (“Tərbiyə məktəbi”) ilə maarifçilik hərəkatına ciddi töhfələr vermişdir. Bir müddət sonra rus-Azərbaycan məktəbinə çevrilən bu təhsil ocağı xalq təhsilinin inkişafında mühüm rol oynamışdır.

Ardını oxu...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizdə müəyyənləşdirdiyi ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbiətin qorunmasına və zənginləşdirilməsinə, ekoloji problemlərin həllinə ciddi diqqət yetirən ölkə başçısı demişdir: “Azərbaycanda elə bir sahə yoxdur ki, sürətlə inkişaf etməsin... Bütövlükdə, ölkəmiz yeniləşir, müasirləşir, zənginləşir, bununla bərabər, təbii ki, sürətli inkişaf istər-istəməz ətraf mühitə təsir göstərə bilir. Məhz buna görə də biz çalışırıq ki, öz ekoloji tədbirlərimizi geniş kontekstdə həyata keçirək”.
Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsidir. Ötən dövr ərzində diyarımızda ətraf mühitin mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində mühüm işlər görülmüş, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, bəzək kolları, həmişəyaşıl, həmçinin meşə ağaclarının əkilməsi, müntəzəm olaraq onlara qulluq edilməsi diqqət mərkəzində saxlanılmış, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılması istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilmişdir.

Ardını oxu...

RSFSR ilə Türkiyə arasında “Dostluq və qardaşlıq haqqında” bağlanan beynəlxalq Moskva müqaviləsinin imzalanmasından 93 il keçir. Bu müqavilənin imzalanmasının çox böyük tarixi və siyasi əhəmiyyəti vardır. Hər şeydən əvvəl, bu müqavilə Türkiyə ilə Rusiya arasında mövcud olan problemlərin həlli üçün hüquqi-siyasi zəmin yaratmışdır. Türkiyə işğal rejimini ləğv etməklə, Rusiya isə yeni rejimi tanımamaq siyasətinə son qoymaqla təbii müttəfiqə çevrildilər. Bu müqavilənin Azərbaycan üçün ən mühüm əhəmiyyəti qismən də olsa, Azərbaycanın ərazi bütövlüyünü qoruması və Naxçıvanın ərazi mənsubiyyəti məsələsini birdəfəlik həll etməsidir.

Ardını oxu...

Abbasqulu ağa Bakıxanov Azərbaycan tarixinin ən kəşməkəşli dövrlərindən birində yaşamışdır. Onu Azərbaycanın XIX əsrdə  dünyaya bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biri kimi xarakterizə etmək mümkündür. Tarixçi kimi fəaliyyətinə görə bu şəxsiyyəti “Azərbaycan tarix elminin atası” da adlandırırlar. Başqa sözlə desək, Herodot dünya tarixi üçün hansı mövqedə dayanırsa, Abbasqulu ağa Bakıxanov Azərbaycan tarixi üçün həmin mövqedə dayanır. Herodotun “Tarix” əsəri dünya tarixi üçün nə qədər əhəmiyyətlidirsə, Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri Azərbaycan tarixi üçün o qədər əhəmiyyətli bir əsərdir.

Azərbaycan maarifçiliyinin ilk üç nümayəndəsindən biri hesab edilən Abbasqulu ağa Bakıxanovun “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan” kimi əsərləri onun dil, coğrafiya, astronomiya, məntiq, psixologiya və sair elmləri gözəl bilən ensiklopedik bir mütəfəkkir olduğunu göstərməkdədir.

Ardını oxu...

İran İslam Respublikasının xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndə İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana səfəri çərçivəsində muxtar respublikanın bir sıra elm, təhsil, mədəniyyət müəssisələri və Naxçıvanın gəzməli, görməli yerləri, tarixi abidələri ilə tanış olub.
Nümayəndə heyəti əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində olub. Burada  bölmənin yaranma tarixi, elmi-tədqiqat institutlarında görülən işlər, Naxçıvanın tarixinin öyrənilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.
Sonra iranlı qonaqlar Naxçıvan Dövlət Universitetinə gələrək bu təhsil ocağının Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində olublar. Burada onlara Tərcümə-Tədris Mərkəzinin fəaliyyəti haqqında məlumat verilib, müasir texnologiyalarla tədris aparılan auditoriyaların texniki imkanları nümayiş etdirilib.
Muxtar respublikanın qonaqları səfər çərçivəsində Naxçıvan Dövlət Xalça Muzeyində də olublar. Şərq memarlığının incilərindən olan Möminə xatın türbəsi  ilə tanışlıq qonaqlarda xoş təəssüratlar yaradıb.  
Qonaqların ziyarət etdiyi növbəti ünvan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi idi.
Sonra qonaqlar Naxçıvan Biznes Mərkəzi və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar.

Xəbərlər şöbəsi

Müasir dünyada istehlakçı hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. 1962-ci il martın 15-də Amerika Birləşmiş Ştatlarında “İstehlakçıların hüquqlarının müdafiəsinə dair Bəyanat” qəbul edilmişdir. Həmin tarixdən etibarən hər il martın 15-i dünyada “Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü” kimi qeyd olunur.
İstehlakçı hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlər sonrakı dövrlərdə də dünya ictimaiyyətinin diqqət mərkəzində olmuş, istehlakçıların seçim etməsi, təhlükəsizliyi, məlumat almaq və eşidilmək hüququ konkret sənədlərlə tənzimlənmişdir. 1975-ci ildə Avropa Birliyi tərəfindən “İstehlakçıların hüquqlarının tanınması” haqqında regional sənəd qəbul edilmişdir. Sənəddə istehlakçıların sağlamlığının və təhlükəsizliyinin qorunması, iqtisadi maraqlarının müdafiəsi, istehlakçıya dəyən zərərin ödənilməsi kimi vəzifələr öz əksini tapmışdır.

Ardını oxu...

Dünən Naxçıvan Biznes Mərkəzində 15 mart – Beynəlxalq İstehlakçılar Günü münasibətilə tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilmiş tədbiri giriş sözü ilə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Namiq Əhmədov açaraq çıxış etmişdir.
Bildirilmişdir ki, istehlakçıların tələbatının keyfiyyətli məhsullarla ödənilməsi üçün süni qiymət artımının qarşısının alınması istiqamətində muxtar respublikanın şəhər və qəsəbələrində mütəmadi olaraq aparılan monitorinqlər zamanı satışı həyata keçirilən məhsulların keyfiyyətinə nəzarət olunur, ərzaq və qeyri-ərzaq məhsullarının baha qiymətə satışının qarşısı alınır. Eyni zamanda Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi müvafiq qurumların əməkdaşları ilə birlikdə daxili bazarda idxal məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, istehsal prosesi zamanı aşkar edilən nöqsanların aradan qaldırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Rauf Rüstəmovun və “İstehlak Malları Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Səbuhi Seyidovun çıxışları olmuşdur.

Xəbərlər şöbəsi

Naxçıvan Tibb Kollecində muxtar respublikanın yaradılmasının 90 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İlhamə Mustafayeva açaraq 2014-cü ilin Naxçıvanda “Muxtariyyət ili” elan olunduğunu bildirmiş, Azərbaycanın ən yeni tarixində Nax­çıvanın yeri və rolu haqqında danışmışdır.
Sonra kollecin müəllimlərindən Tutu Fərəcovanın, Zəminə İsmayıl­ovanın, Əntiqə Qasımovanın və Mehri Seyidbəylinin məruzələri dinlənilmişdir. Məruzələrdə qeyd olunmuşdur ki,  Naxçıvanın əlverişli təbii-coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun üzərində yerləşməsi onu fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirmişdir.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universiteti tələbələrinin iştirakı ilə açıq dərs keçilmişdir.
“Muxtariyyət ili” çərçivəsində keçilən açıq dərsdə muzeyin direktoru Ramil Orucəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd olunması ilə bağlı 14 yanvar 2014-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrdən, 2014-cü ilin Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan olunmasından bəhs etmişdir. Muzeyin direktoru Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılan, 1999-cu il mayın 10-da fəaliyyətə başlayan Heydər Əliyev Muzeyinin fəaliyyəti haqqında məlumat vermişdir.

Ardını oxu...

1918-1920-ci illərdə Naxçıvanın müdafiəsində

Azərbaycanın və Rusiyanın hərb tarixində qəhrəmanlıq səhifələrinin yazılmasına səbəb olmuş Qafqaz Yerli Süvari Diviziyasının yaradılmasından 100 il keçir. Ötən yüzillikdə cəsurlar ailəsi olan bu Süvari Diviziyaya aid xeyli kitablar yazılmış, sənədli-xroniki filmlər çəkilmişdir. Ancaq Müstəqil Dövlətlər Birliyi ölkələrinin arxivlərindəki axtarışlar zamanı əldə olunan sənədlər göstərir ki, heç də kompleks araşdırma aparılmamışdır. Çünki yazılan kitablarda naxçıvanlıların hərbi hünərləri haqda olduqca az məlumata rast gəlinir. Əlbəttə, Cəmşid Naxçıvanskini çıxmaq şərtilə.

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır.
Elə bu sərəncamın işığında biz bir daha 100 il əvvəlki tariximizə ekskurs edərək mövcud boşluğu imkanımız daxilində doldurmaq niyyətindəyik.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti Şərur Rayon İcra Hakimiyyətində inzibati ərazi dairəsi üzrə nümayəndələr və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün maarifləndirici tədbir keçirmişdir.
Tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Kamil Bağırov açmışdır.
Sonra Dövlət Miqrasiya Xidməti əməkdaşlarından Şahin Nəbiyevin “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi”, İlqar Seyidovun “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması”, Rahib Kərimovun “Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi” mövzularında məruzələri dinlənilmişdir.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Naxçıvan Muxtar Respublikasının (MR) 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir.

İnstitutdan AzərTAc-a bildirmişlər ki, tədbiri bu elm müəssisəsinin direktoru, akademik İsa Həbibbəyli açaraq Naxçıvan MR-in keçdiyi tarixi inkişaf yolundan ətraflı söhbət açmışdır. Akademik ümummilli lider Heydər Əliyevin Naxçıvanda tarixi fəaliyyətini xüsusilə qeyd etmiş, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2014-cü il 14 yanvar tarixli Sərəncamının böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Akademik İsa Həbibbəyli ölkəmizin digər regionları ilə yanaşı, Naxçıvana da dövlət tərəfindən xüsusi qayğı göstərildiyini önə çəkmişdir. Qeyd olunmuşdur ki, şərəfli tarixi yol keçmiş, respublikamızın iqtisadiyyatı ilə yanaşı, elm, təhsil və mədəniyyətinə böyük töhfələr vermiş Naxçıvan ölkəmizin tarixi inkişafında mühüm nailiyyətlər qazanmışdır.
Elmi-tədqiqat müəssisəsinin rəhbəri muxtar respublikanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, qədim diyarın elm və mədəniyyət xadimləri haqqında ətraflı məlumat vermişdir.

Ardını oxu...

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin rəhbərliyi ilə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, qanunvericilik bazası yaradılmış, kadr siyasətinin əsas prinsipləri və dövlət qulluqçularının cəmiyyətdəki yeri müəyyənləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikasında çevik dövlət idarəçilik sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılaraq fəaliyyəti təmin edilmişdir. Muxtar respublikada dövlət qurumlarının və bu qurumlarda çalışan dövlət qulluqçularının fəaliyyətlərinin normativ-hüquqi aktlara uyğunlaşdırılması, görülən işlərin nəticəsinin qiymətləndirilməsi, dövlət qulluğuna qəbulun şəffaflıq və müsabiqə əsasında aparılması komissiyanın əsas fəaliyyət istiqamətidir.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbiri Şahmat Mərkəzinin direktoru Emin Hacıyev açmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət idman və gənclər siyasətini uğurla davam etdirən  ölkə Prezidenti cənab İlham Əliyev intellektual idman növü kimi şahmatın inkişafına xüsusi diqqət yetirir. Dövlət başçısı tərəfindən 2009-cu il mayın 5-də “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında Dövlət Proqramı”nın təsdiq edilməsi ölkəmizdə şahmatın inkişafına böyük təkan vermişdir. Muxtar respublikamızda da ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin hər bir sahədə uğurla davam etdirilməsi ilə bərabər, əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın rolunun artırılmasına xüsusi diqqət və qayğı göstərilir.

Ardını oxu...

1991-ci ilin dekabr ayında keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və şəxsi heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. 1992-ci il martın 12-də Daxili Qoşunların şəxsi heyəti ərazi bütövlüyümüzün qorunması uğrunda mübarizəyə qoşulmuş, igidlik və qəhrəmanlıq nümunəsi göstərmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə hər il mart ayının 12-si “Azərbaycan Respublikasının Daxili Qoşunları Günü” kimi qeyd olunur.
Azərbaycanda Daxili Qoşunların formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin diqqət və qayğısı ilə Daxili Qoşunlar böyük bir inkişaf yolu keçmiş, hərbi hissələrin müasir standartlar səviyyəsində qurulması istiqamətində tədbirlər görülmüş, bu sahənin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılmışdır. 1994-cü il fevralın 8-də qəbul edilmiş “Daxili Qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Daxili Qoşunların əsas funksiyalarını, vəzifələrini, fəaliyyət prinsiplərini müəyyən etmişdir. Daxili Qoşunları xalqın və dövlətin layiqli müdafiəçisinə çevirməyin vacibliyindən danışan ulu öndərimiz demişdir: “Daxili Qoşunlarda yüksək vətənpərvərlik ruhu vardır. Bizim Silahlı Qüvvələrimizdə, eyni zamanda Daxili Qoşunlarda Azərbaycanın dövlətçiliyinə, dövlətinə, Azərbaycanın Ali Baş Komandanına yüksək sədaqət ruhu formalaşıb”.

Ardını oxu...

Dünən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında bayram tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində istedadlı qadınların əl işlərindən ibarət sərgiyə baxmışlar.

Ardını oxu...

1910-cu ildə Kopenhagendə keçirilən beynəlxalq konfransda martın 8-i “Beynəlxalq Qadınlar Günü” kimi təsis edilmişdir. Bu bayram dünyanın bir sıra ölkələrində, o cümlədən 1917-ci ildən etibarən Azərbaycanda qeyd olunur.
Əsrlər boyu Azərbaycan qadını ictimai-siyasi həyatda fəal iştirak etmiş, cəmiyyətin aparıcı qüvvəsi kimi öz iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə seçilmişdir. Qadınlarımız min illərdən bəri formalaşmış milli dəyərlərimizə sadiq qalaraq ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Artıq Azərbaycanın iqtisadi-siyasi, elmi-mədəni və ictimai həyatında qadınların yüksək intellektual təbəqəsi formalaşmışdır.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyində bir qrup sahibkara “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanının təqdim edilməsi mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov açaraq “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 mart 2014-cü il tarixli Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırmış, nişanları sahiblərinə təqdim etmişdir.
Sonra 2013-cü ildə muxtar respublikanın sosial-iqtisadi inkişafında fərqlənən sa­hibkarlara “Biznesdə Uğur-2013” mükafatının nominasiyaları üzrə qiymətli hədiyyələr təqdim edilmişdir. “İlin şirkəti” nominasiyası üzrə “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “İlin sahibkarı” nominasiyası üzrə fiziki şəxs, süd emalı və xama istehsalı ilə məşğul olan sahibkar Cəmaləddin Məmmədov, “İlin ixracatçısı” nominasiyası üzrə “Badamlı” mineral suyunun ixracına görə “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti, “İlin məhsulu” nominasiyası üzrə isə fiziki şəxs, meyvə və tərəvəzqurutma istehsalı ilə məşğul olan İntiqam Hüseynov mükafatlandırılmışlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mehmanxanalarda yaradılmış Vahid Miqrasiya Məlumat Sisteminin mehmanxana modulu istifadəçiləri üçün maarifləndirici tədbir keçirilib.
Tədbirdə xidmətin əməkdaşlarından Əfqan Əliyevin, İlqar Seyid­ovun, Aysel Əliyevanın, Zakir Məmmədovun çıxışları olub. Çıxışlarda Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə, eləcə də mehmanxanalarda yerləşmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatlarının aparılması, Vahid Miqrasiya Məlumat Sistemi ilə inteqrasiya edilmiş mehmanxana modulu vasitəsilə məlumat mübadiləsinin həyata keçirilməsi qaydaları haqqında tədbir iştirakçılarına məlumat verilib. Bundan başqa, tədbirdə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması işində qeydiyyat prosedurlarının icrası zamanı yol verilən nöqsanlardan və həmin nöqsanların səbəb olduğu problemlərdən, bu sahədə mehmanxana əməkdaşlarının məsuliyyətindən danışılıb.
Vurğulanıb ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş şəxslər miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmalarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətlərə cəlb edilirlər.
Tədbirin sonunda mehmanxana modulu vasitəsilə məlumat mübadiləsinin həyata keçirilməsi qaydaları haqda slayd nümayiş etdirilib.

Xəbərlər şöbəsi

Culfa rayonunda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev açaraq rayonda inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin fəaliyyət istiqamətlərindən danışıb, onlara yaradılan şəraitin müqabilində nümunəvi iş tələb olunduğunu deyib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan haqqında danışarkən demişdir: “Naxçıvan blokada şəraitində yaşayır. Ancaq naxçıvanlılar bu blokadanı hiss etmirlər. Çünki həm Naxçıvanın rəhbərliyi çox böyük işlər görür, həm də Azərbaycan dövləti, hər zaman olduğu kimi,  Naxçıvana böyük diqqət göstərir”.
Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına göstərilən diqqət və qayğının əsası müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikasında naxçıvanlılarla birgə çətin şəraitdə yaşayan ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1991-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi və gərgin fəaliyyəti sayəsində bölgəni ağır vəziyyətdən xilas etdi. Onun rəhbərliyi ilə həyata keçirilən tədbirlərin əsas istiqamətlərini siyasi sabitlik, iqtisadi potensialdan səmərəli istifadə, xarici ticarət və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi təşkil edirdi.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin yaradılmasının 90 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət etmişlər. Sonra tədbir Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin akt zalında davam etdirilmişdir.
Tədbiri komitə sədri Bəxtiyar İsmayılov açaraq bildirmişdir ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1924-cü il 6 mart tarixli qərarı ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Mərkəzi Statistika İdarəsi yaradılmışdır. İdarənin tabeçiliyi və adı bir neçə dəfə dəyişdirilərək 1931-ci ildə Naxçıvan MSSR Dövlət Plan Komitəsi nəzdində Xalq Təsərrüfatının Qeydiyyat İdarəsi,1934-cü ildə Naxçıvan MSSR Xalq Təsərrüfatı Uçotu İdarəsi, 1946-cı ilin mart ayından isə yenidən Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsi adlandırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1993-cü il 3 aprel tarixli Fərmanına əsasən, Naxçıvan  Muxtar Respublikası Dövlət Statistika Komitəsi yaradılmışdır.

Ardını oxu...

1921-ci ilin mart ayında imzalanan Moskva müqaviləsi nəticəsində Türkiyə Böyük Millət Məclisi hökuməti bolşevik Rusiyasını, RSFSR isə Türkiyə Böyük Millət Məclisi hökumətini tanıdı. Müqavilənin Azərbaycan üçün ən böyük əhəmiyyəti ondan ibarət oldu ki, əzəli Azərbaycan torpağı olan Naxçıvan Azərbaycanın protektoratlığına verildi. Burada muxtar bir qurumun qurulmasının beynəlxalq hüquqi əsası müəyyənləşdirildi.

Müqavilə hər iki tərəfin özünütəsdiq şansı olsa da, danışıqların gedişatında əzəli rus-türk rəqabətinin hənirtisi duyulurdu. Görünən tərəf ondan ibarət idi ki, Mustafa Kamal paşanın başçılığı ilə yenidən qurulmaqda olan Türkiyə bu müqavilə vasitəsi ilə həm də RSFSR-in “Milli And”la (“Misakı-Milli”) müəyyənləşdirilmiş yeni Türkiyənin sərhədlərini tanımasına nail oldu. Türk Milli Mücadiləsinin manifesti sayılan bu “Milli And” Mustafa Kamal paşa tərəfindən hazırlanmış, İstanbulda toplanan son Osmanlı Məclisi tərəfindən 28 noyabr 1920-ci ildə qəbul edilmişdi. Lakin qeyd etmək lazımdır ki, Qarsı və Ərdəhanı öz əlində saxlayan Türkiyə Batumu Gürcüstana güzəştə getməklə “Milli And”da əksini tapmış sərhədi müəyyən qədər dəyişikliyə uğratmağa məcbur oldu.

Ardını oxu...

XX əsrin əvvəllərində əldə edilən muxtariyyət naxçıvanlıların qəhrəmancasına və fədakar mübarizəsinin məntiqi nəticəsi, yaranmış beynəlxalq şəraitin yaratdığı imkanların milli məqsədlər uğrunda layiqincə dəyərləndirilməsi idi. XX əsrin 90-cı illərinin əvvəllərində muxtariyyətin qorunması muxtariyyətin əldə edilməsi qədər çətin bir mübarizənin nəticəsində mümkün olub. Məhz ümummilli   lider Heydər Əliyevin fəaliyyəti nəticəsində muxtariyyətin  qorunması təmin edilib. Naxçıvanın muxtariyyəti yaranmış coğrafi ərazi vəziyyətinin yaratdığı zərurətdir.
AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 58-ci məşğələsini giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bu fikirləri səsləndirib.
AMEA Naxçıvan Bölməsinin Tarix,  Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Emin Şıxəliyev “Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda geniş məruzə edib. Məruzəçi vurğulayıb ki, Naxçıvanın geo­strateji mövqeyi hər zaman dünyanın böyük dövlətlərinin maraq dairəsində olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada muxtar respublikanın daxili işlər orqanlarında vakant yerlərin tutulması məqsədilə elan edilən müsabiqənin test mərhələsi keçirilib.
TQDK-nın Naxçıvan Muxtar Respublikası Regional Bölməsi ilə birgə təşkil edilən və üç mərhələdən ibarət olan test imtahanında vakant yerlərin tutulması üçün 51 namizəd biliyini sınayıb. Namizədlər onlar üçün ayrılmış üç saat ərzində 100 suala cavab verməli olublar. Suallardan 80-i ixtisas biliklərindən, 20-si isə məntiqi təfəkkürün yoxlanılmasına aid test tapşırıqlarından ibarət olub.
Qeyd edək ki, test imtahanında müvəffəqiyyət qazanan namizədlər Daxili İşlər Nazirliyində keçiriləcək müsahibə mərhələsinə buraxılacaqlar. Müsahibəni uğurla başa vurmuş namizədlər muxtar respublikanın daxili işlər orqanlarında müstəntiq, təhqiqatçı, inspektor, post-patrul xidməti taqımının komandiri və digər vəzifələrə təyin ediləcəklər.

Xəbərlər şöbəsi

Dünən Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.    
Tədbiri giriş sözü ilə muzeyin direktoru Nizami Rəhimov açaraq “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, çətin və kəşməkəşli tarixi inkişaf yolu keçmişdir. Vaxtilə coğrafi cəhətdən Azərbaycanın mərkəzi ərazilərindən olan Naxçıvan XX əsrin əvvəllərində Azərbaycandan ayrı düşmüş, onunla sərhədi ləğv olunmuşdur. Erməni daşnakları böyük güclərin dəstəyi ilə yaranmış bu şəraitdən yararlanaraq Naxçıvanı işğal etməyə çalışmışlar. Lakin qəhrəman naxçıvanlıların mərdlik və igidliklə apardıqları mübarizə məkrli düşmənlərin arzularının reallaşmasına imkan verməmişdir. Naxçıvan diyarının əhalisi heç vaxt özünü Azərbaycan­dan ayrı təsəvvür etməmiş və 1921-ci ilin yanvarında keçirilən rəy sorğusunda mahalın muxtar respublika hüququnda Azərbaycanın tərkibində qalmasına səs verilmişdir.

Ardını oxu...

“Üç gün, üç gecə oturub Tiflisdə general Haskelə memorandum yazdım. …Memorandumu generala təqdim etdim”
Onu ən yaxşı halda yazıçı, jurnalist, tərcüməçi və Naxçıvanın azadlığı uğrunda döyüşən bir əsgər kimi xatırlayırıq çox zaman. Naxçıvanın “təyini-müqəddəratı”nın 90 illik yubileyini qeyd etdiyimiz bu günlərdə Əli Səbri Qasım­ovun diplomat kimi göstərdiyi fəaliyyətini xatırlamadan keçmək olmaz. Çünki hələ 1918-1919-cu illərdə Əli Səbri Qasımov və Naxçıvanın digər vətənpərvərləri ölüm-dirim mübarizəsinə atılmasaydılar, amerikalı generallara idarəçi deyil, hərbçi olduqlarını xatırlatmasaydılar, yəqin ki, 1924-cü il muxtariyyətinin qazanılması haqqında danışmaq bir az çətin olardı. Öz taleyi uğrunda vuruşmayan xalq üçün heç bir beynəlxalq qüvvə muxtariyyət tələb etmək gücündə olmayacaqdı. Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Bu tarixi nailiyyətin baş müəllifi isə naxçıvanlılardır. Kalbalı xan, Rəhim xan, Behbud ağa Şahtaxtinski, Əli Səbri Qasımovun simasında Naxçıvan əhalisi…
Əli Səbri Qasımov 1892-ci ildə Nehrəm kəndində dünyaya göz açıb. O Nehrəm kəndində ki, hər zaman özünün qəhrəmanlığı, mübarizliyi ilə seçilən tarixi Azərbaycan kəndlərindən biri olub.

Ardını oxu...

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1924-cü il 6 mart tarixli qərarı ilə Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsi yaradılmışdır. İdarə 1931-ci ildə Naxçıvan MSSR Dövlət Plan Komitəsi nəzdində Xalq Təsərrüfatının Qeydiyyat İdarəsi, 1934-cü ildə Naxçıvan MSSR Xalq Təsərrüfatı Uçotu İdarəsi, 1946-cı ilin mart ayından isə yenidən Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsi adlandırılmışdır. 1993-cü ildə Naxçıvan Muxtar Respublikası Statistika İdarəsinin nəzdində Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi yaradılmışdır.

İdarənin yarandığı ilk illərdə əsas fəaliyyət sahəsi kimi əhali uçotu üstünlük təşkil etmişdir. 1932-ci ildə ilk dəfə olaraq sənaye müəssisələrinin, sovxozların, 1934-cü ildə isə kolxozlar üzrə illik hesabat məlumatlarının yığılıb işlənilməsinə başlanılmışdır. Ötən əsrin 70-80-ci illərində isə statistika orqanları öz fəaliyyətlərini, əsasən, dövlət planlarının və tapşırıqlarının yerinə yetirilmə vəziyyəti, eləcə də xalq təsərrüfatında mövcud olan ehtiyatların aşkara çıxarılması istiqamətində qurmuşdur.

Ardını oxu...

Sədərək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə seminar keçirilib. Seminarda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının qanunvericiliyin tələblərinə uyğun aparılması sahəsində rayondakı mövcud vəziyyət müzakirə edilib.
Tədbiri giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq deyib ki, sərhəd bölgəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliklər üçün müasir standartlara uyğun iş şəraiti yaradılıb. Yaradılan şəraitin müqabilində icra nümayəndələri yüksək iş keyfiyyəti nümayiş etdirməli, qanunvericiliyin tələblərinə əməl olunmasına maksimum səy göstərməlidirlər.

Ardını oxu...

Gəmiqaya abidəsi adı və еcazkar gözəlliyi ilə, min illər bоyu haqqında söylənilən əfsanə və rəvayətlərlə gеniş еlmi ictimaiyyətin maraq dairəsindədir. Abidədəki vulkanik mənşəli daşlardakı qayaüstü təsvirlərdən ibarət yazılı daş salnamələrimizi, onun ətrafındakı zəngin arxeoloji abidələri öyrəndikcə sanki Azərbaycan хalqının milli-mənəvi dünyasının  qədim dövrlərinə səyahət edirsən.

Gəmiqaya tariхi abidələri kоmplеks şəkildə Azərbaycanın qədim mədəniyyət və incəsənət хəzinəsinə qızıl fоnd kimi da­хildir. Onların kompleks şəkildə öyrənilməsi, hər zaman olduğu kimi, bu gün də uğurla davam etdirilir. Bu sahədə tərəfimizdən aparılan tədqiqatlar nəticəsində son dövrlərdə  də  bir sıra yeni arxeoloji materiallar aşkar olunmuşdur. Onlardan hər birinin öyrənilməsi Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı maraqlı elmi faktların aşkarlanması ilə nəticələnmişdir.

Ardını oxu...

Konfransı Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəm­ov açıb.     
Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədovun məruzəsi dinlənilib.
Qeyd olunub ki, Naxçıvanın muxtariyyəti Azərbaycanın XX əsrdə əldə etdiyi böyük tarixi nailiyyətdir. Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil edib. Naxçıvanın muxtariyyət statusunun qorunması və möhkəmləndirilməsi ümummilli liderimiz Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində həmişə mühüm yer tutub. Onun siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində naxçıvanlılar bunu həmişə hiss ediblər.

Ardını oxu...

Martın 4-də “Muxtariyyət ili” ilə əlaqədar Heydər Əliyev Muzeyində Babək rayon Nehrəm kənd 1 və 3 nömrəli tam orta məktəbləri şagirdlərinin iştirakı ilə  açıq dərs keçilmişdir.
Açıq dərsdə Nehrəm kənd 1 nömrəli tam orta məktəbin tarix müəllimi Şəlalə Vəlisoy və 3 nömrəli tam orta məktəbin tarix müəllimi Nazilə Həsənova “Muxtariyyət statusunun qorunmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda danışmışlar. Bildirmişlər ki, ötən əsrin sonlarında SSRİ-nin süqutundan sonra Azərbaycan, o cümlədən onun tərkib hissəsi olan Naxçıvan özünün mürəkkəb dövrünü yaşamış, sovet rəhbərliyinin ölkəmizin maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları muxtar respublikamızın ictimai-siyasi həyatına ciddi təsir göstərmişdir. Məhz həmin dövrdə Azərbaycan xalqının müdrik oğlu, ümummilli lider Heydər Əliyevin Bakıya, sonra isə Naxçıvana gəlişi regionun təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi nikahın bağlanması, doğumun və ölümün qeydiyyatının düzgün aparılması ilə bağlı seminarların keçirilməsini davam etdirir. Növbəti belə tədbir Şərur rayonunda keçirilmişdir.
Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açaraq bildirmişdir ki, bölgədə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər üçün müasir standartlara uyğun iş şəraiti yaradılmışdır. Yaradılan şəraitin müqabilində hər bir icra nümayəndəsi işinə məsuliyyətlə yanaşmalı, ona verilən səlahiyyətlərdən qanunun verdiyi imkanlar daxilində istifadə etməlidir.

Ardını oxu...

Ölkəmizin BMT-yə üzvlüyündən 22 il ötür

1992-ci il martın 2-də Azərbaycan dünyanın ən mötəbər dövlətlərarası təşkilatına – Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilmişdir. Bu gün dünya birliyinin üzvü olmaq və beynəlxalq aləmdə cərəyan edən proseslərdə fəal iştirak etmək üçün hər bir dövlət BMT-nin üzvlüyünə daxil olmağı əsas vəzifələrdən biri kimi qarşıya qoyur. Digər bir tərəfdən BMT-yə üzvlük dövlət müstəqilliyinin beynəlxalq aləmdə rəsmiləşməsi və təsdiqi kimi qəbul edilir.

Azərbaycan 1991-ci il oktyabrın 29-da BMT-nin Baş Məclisinə üzvlük haqqında müraciət etmişdir. 1992-ci il fevralın 14-də Azərbaycanın müraciəti BMT Təhlükəsizlik Şurasında müzakirə olunmuş və beləliklə, BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edilmişdir. Həmin gün Nyu-Yorkda BMT-nin mənzil qərargahında Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılmış, 4 gün sonra isə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi fəaliyyətə başlamışdır.

Ardını oxu...

Hər il mart ayının 1-i “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd dünya ictimaiyyətinin diqqətini mülki müdafiə xidmətlərinin, insanların və onların əmlakının xilası, təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin qorunmasına yönəltməkdir.
Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən çox dövləti qoşulmuş, bir sıra ölkələr isə müşahidəçi qismində onun tədbirlərində iştirak edir. Azərbaycan Respublikası 1993-cü ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvlüyünə qəbul edilmişdir. Hazırda dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da mülki müdafiə sisteminin qarşısında iki mühüm məsələnin həlli durur. Birincisi, əhalini və iqtisadiyyatı təbii fəlakətlərin, habelə istehsalatda, nəqliyyatda və məişətdə baş verən dəhşətli qəzaların nəticələrindən xilas etmək, ikincisi isə müharibə dövründə dinc əhalini və iqtisadiyyatı qorumaqdır.

Ardını oxu...

Fevralın 24-də Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanov çıxış edərək demişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və döyüş texnikasının iştirakı ilə şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törətmişlər. Bu hərbi təcavüz zamanı Xocalı şəhəri darmadağın edilmiş, dinc sakinlərə divan tutulmuşdur.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin dünən 179-cu məşğələsi keçirilmişdir.
“Muxtariyyət ili”nə həsr olunmuş növbəti məşğələni universitetin rektoru, professor Saleh Məhərrəmov açmışdır.
Sonra universitetin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zaman­ovun “Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” mövzusunda məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, o cümlədən onun tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın milli maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması muxtar respublikanın həyatına ciddi təsir göstərmişdir.

Ardını oxu...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevralın 26-sı saat 1700-də Azərbaycan Respublikasının bütün ərazilərində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Dünən Naxçıvan Muxtar Respublikasında da Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, nəqliyyatın hərəkəti dayandırılmış, avtomobillərdən səs siqnalları verilmişdir.
Həmin vaxt xətdə olan sərnişin qatarlarının da hərəkəti dayandırılaraq səs siqnalları verilmişdir.

Xəbərlər şöbəsi

Dünən Naxçıvan Şəhər Polis İdarəsində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev çıxış edərək bildirmişdir ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Tariximizə ən dəhşətli faciə kimi daxil olan Xocalı faciəsi haqqında ümummilli lider Heydər Əliyev demişdir: “Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağılasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Təəssüf ki, 1993-cü ilə qədər Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Eyni zamanda Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Bildirilmişdir ki, bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır.
Sonda tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş kitab, qəzet və jurnalların nümayiş etdirildiyi sərgiyə baxmışlar.

Kərəm HƏSƏNOV

Fevralın 23-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə anma mərasimi keçirilmişdir.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimdə çıxış edən Baş konsul Əli Əlizadə demişdir ki, xalqımız dəfələrlə erməni millətçiləri tərəfindən etnik təmizləmə və soyqırımına məruz qalmış, doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edilmişdir. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı bu baxımdan daha dəhşətli olmuş, yüzlərlə günahsız insan öldürülmüş, əsir götürülmüş, mədəniyyət müəssisələri, sosial-məişət obyektləri dağıdılmışdır. Xocalı şəhərində azərbaycanlılara aid bütün tarixi izlər, milli-mədəniyyət nümunələri bir gecədə məhv edilmişdir.

Ardını oxu...

Muxtar respublikanın geologiyasına, neft-qazlılıq perspektivliyinə həsr olunmuş dəyərli kitab bu suala aydınlıq gətirir

Çoxsaylı əsərlərindən birini yazıb qurtardıqdan sonra “Bu gün mən növbəti kitabımın taleyini insan laqeydliyinin ixtiyarına buraxıram”, – deyən Don Migel Unamunonun fikrində nə qədər haqlı olduğunu qiymətləndirməkdə çətinlik çəksəm də, D.M.Yusifov və R.R.Rəhmanovun “Naxçıvan Muxtar Respublikasının neft-qazlılıq perspektivliyi” kitabına laqeyd qalmaq, ən azından, ədalətsizlik olardı. Bu kitab muxtar respublikanın geologiyasına və təbii ehtiyatlarına həsr olunmuş əsərlər arasında Ş.Əzizbəyovun məlum fundamental monoqrafiyasından (Ш.A.Aзизбеков. Гeoлoгия Нахичеванской АССР. Москва, 1961.502 стр.) sonra öz dəyərinə görə ikinci yeri tutmağa ən layiqli əsərdir.

Uzun illər muxtar respublika ərazisində aparılan geoloji kəşfiyyat işləri, əsasən, faydalı qazıntı yataqlarının axtarışı ilə bağlı olmuş, burada 250-dən artıq mineral su bulağı, zəngin dağ-mədən yataqları (travertin, mərmər, arsen, gips, mis-porfir, kobalt, qızıl, sürmə, polimetal, kükürd) aşkarlansa da, Naxçıvanın neft-qazlılıq perspektivliyinin araşdırılması zəif olmuşdur. İran və Türkiyənin neftli-qazlı əyalətləri ilə qonşu olması, kəsilişində böyük qalınlığa malik Paleozoy və Mezo-Kaynozoy yaşlı çökmə süxurların mövcudluğu bu bölgəni neft-qazlılığı güman olunan ərazi kimi düşünməyə imkan verir.

Ardını oxu...

Dünən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Tibb Kollecində “Xocalı faciəsi insanlığa qarşı cinayət – soyqırımı aktıdır” mövzusunda tədbir keçirib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərlinin, təşkilatın Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayevanın, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müəssisədənkənar ərazi ilk partiya təşkilatının sədri Ramil Məmmədxanovun çıxışları olub.
Çıxışlarda bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində deyildiyi kimi: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.

Ardını oxu...

Ulu öndər Heydər ƏLİYEV: Xocalı faciəsi xalqımızın, millətimizin tarixində qara bir səhifədir, xalqımızın faciəsidir. Eyni zamanda bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların xatirəsi heç vaxt unudulmayacaqdır. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Həmvətənlərimiz tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Qarabağın dilbər guşələrindən biri olan Xocalı ötən əsrin əvvəllərində də erməni daşnakları tərəfindən yandırılıb, viran edilmişdi. Amma 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımının nəticələri daha ağılasığmaz, daha dəhşətli oldu. Öz miqyasına görə Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biridir.

Ardını oxu...

Dünya çox müharibələr görüb. Savaşan tərəflərin haqlı və haqsız olmağından asılı olmayaraq, müharibə dağıntı, ölüm, faciə deməkdir. Ancaq müharibənin də öz qayda-qanunları var. Döyüşən tərəflərdə ölümün də, dağıntının da, aclıq və xəstəliklərin də olması qaçılmazdır. Eyni zamanda müharibədə nifrətin olması labüddür. Və bu nifrət hər iki tərəfin özünəməxsus səbəbləri çərçivəsində formalaşır. Lakin bu gün baş verməsinin 22-ci ili tamam olan Xocalı faciəsi vəhşiliyin son həddi – soyqırımı hadisəsidir.

Tarixdən hamımıza məlumdur ki, istər keçən əsrin əvvəllərində baş verən faciələrin, istərsə də ən yaxın tarixdə törədilmiş Xocalı soyqırımının əsl səbəblərinin kökü Azərbaycan torpaqlarında erməni dövlətinin qurulmasına bağlanır. Yer üzərində, bəlkə də, ikinci bir “millət” yoxdur ki, başqa bir ölkənin tarixi ərazilərində dövlət qursun, sonra həmin ölkənin digər bölgələrinə torpaq iddiasına düşsün.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş internet aksiyası keçirilmişdir. Aksiyanı giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açmışdır.
Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayev internet aksiyası haqqında məlumat vermişdir.
Sonra internet aksiyasına başlanılmışdır. Aksiya iştirakçıları mətnlər, fotoşəkillər və slaydlar şəklində xarici universitetlərin elektron poçt ünvanlarına Xocalı faciəsi barədə məlumatlar göndərmişlər. Məlumat üçün bildirək ki, internet aksiyası ərzində Azərbaycan həqiqətləri 100-dən çox ölkənin 300-ə yaxın elektron poçt ünvanlarına çatdırılmışdır.
İnternet aksiyasından sonra universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş konfrans keçirilmişdir.

Xəbərlər şöbəsi

Dünən muxtar respublikamızın ali, orta ixtisas və ümumtəhsil məktəblərində, Heydər Əliyev adına Hərbi Liseydə Xocalı soyqırımına həsr edilmiş bir dərs saatında həmin qanlı faciə bir daha xatırlanmışdır. Bu barədə tələbə, kursant və şagirdlərə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Xocalı soyqırımı xalqımıza qarşı bir neçə əsr əvvəl başlanan və həyata keçirilən erməni təcavüzünün davamı və tərkib hissəsidir. Həmin faciənin törədilməsi ilə yüzlərlə soydaşımız qətlə yetirilmiş, işgəncələrə məruz qalmışdır. Xocalının qəhrəman və fədakar sakinləri düşmən qarşısında mənən sınmamış, sonadək vuruşaraq Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərmişlər.
Dərslərdə Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsindən də ətraflı bəhs edilmiş, bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanmışdır.

Xəbərlər şöbəsi

26 fevral – Xocalı soyqırımı ilə əlaqədar “Silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq” mövzusunda IV muxtar respublika inşa yazı, şeir və rəsm müsabiqəsi keçirilmişdir. Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Rəssamlar Birliyinin üzvü, sənətşünas Nizami Alıyev, Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev çıxış edərək Xocalı soyqırımından bəhs etmişlər. Bildirilmişdir ki, soyqırımı nəticəsində qətlə yetirilmiş 613 nəfər dinc sakindən 63-ü uşaq olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir.

Ardını oxu...

Azərbaycan xalqının tarixinə nəzər salarkən aydın olur ki, tariximizin müxtəlif dövrlərində ərazimiz qəsbkar dövlətlərin və ya xalqların hücumuna məruz qalarkən xalqımız ölkənin müdafiəsinə qalxmış, torpaqlarımızın azadlığı uğrunda vuruşmuş, bu yolda çoxlu şəhidlər vermişdir. Bu, XX yüzilliyin əvvəllərində, 1918-1920-ci illərdə bütün Azərbaycan ərazisi kimi, Naxçıvan bölgəsi erməni təcavüzünə məruz qalarkən də belə olmuşdur.

Məlum olduğu kimi, I Dünya müharibəsində məğlub olaraq Qafqaz cəbhəsində geri çəkilən Rusiya ordusundan aldıqları döyüş sursatı hesabına güclü şəkildə silahlanan ermənilər Azərbaycanın mərkəzi Bakıda və digər bölgələrində olduğu kimi, Naxçıvanda da qırğınlar törədirdilər. Vəziyyəti ağırlaşdıran amillərdən biri də Andranik Ozanyanın quldur dəstəsinin bölgəyə hücumu idi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır. “Əsrin faciəsi” mövzusunda keçirilən tədbiri giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açmışdır.
Tədbirdə şuranın əməkdaşları Xatirə İbrahimli, Akif Mahmud­ov, Şahin Qurbanov, Məhsəti Məmməd­ova və başqaları çıxış etmişlər. Çıxışlarda ulu öndər Heydər Əliyevin ölkəmizə ikinci rəhbərliyi dövründə Xocalı faciəsinə verilən siyasi-hüquqi qiymət xatırlanmış, bu faciənin tanıdılması istiqamətində həyata keçirilən dövlət siyasətindən danışılmışdır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR