Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş internet aksiyası keçirilmişdir. Aksiyanı giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açmışdır.
Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayev internet aksiyası haqqında məlumat vermişdir.
Sonra internet aksiyasına başlanılmışdır. Aksiya iştirakçıları mətnlər, fotoşəkillər və slaydlar şəklində xarici universitetlərin elektron poçt ünvanlarına Xocalı faciəsi barədə məlumatlar göndərmişlər. Məlumat üçün bildirək ki, internet aksiyası ərzində Azərbaycan həqiqətləri 100-dən çox ölkənin 300-ə yaxın elektron poçt ünvanlarına çatdırılmışdır.
İnternet aksiyasından sonra universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş konfrans keçirilmişdir.
Xəbərlər şöbəsi