22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Biznes Mərkəzində 15 mart – Beynəlxalq İstehlakçılar Günü münasibətilə tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilmiş tədbiri giriş sözü ilə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Namiq Əhmədov açaraq çıxış etmişdir.
Bildirilmişdir ki, istehlakçıların tələbatının keyfiyyətli məhsullarla ödənilməsi üçün süni qiymət artımının qarşısının alınması istiqamətində muxtar respublikanın şəhər və qəsəbələrində mütəmadi olaraq aparılan monitorinqlər zamanı satışı həyata keçirilən məhsulların keyfiyyətinə nəzarət olunur, ərzaq və qeyri-ərzaq məhsullarının baha qiymətə satışının qarşısı alınır. Eyni zamanda Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi müvafiq qurumların əməkdaşları ilə birlikdə daxili bazarda idxal məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, istehsal prosesi zamanı aşkar edilən nöqsanların aradan qaldırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Rauf Rüstəmovun və “İstehlak Malları Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Səbuhi Seyidovun çıxışları olmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR